• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Albert Eynşteyn ilə Rabindranat Taqorun söhbəti - BİZİM TƏRCÜMƏ

Albert Eynşteyn ilə Rabindranat Taqorun söhbəti - BİZİM TƏRCÜMƏ

Söhbət 14 iyul 1930-cu ildə baş tutub

Eynşteyn: Siz dünyadan təcrid olunmuş Аllaha inanırsınızmı?

Taqor: Təcrid olunmamış Аllaha. Bitib-tükənməyən insan şəxsiyyəti Kainatı anlayır. Heç nə insan şəxsiyyəti üçün anlaşılmaz ola bilməz. Bu sübut edir ki, Kainatın həqiqəti insan(ın) həqiqətidir.

Öz fikrimi aydınlaşdırmaq üçün mən elmi bir faktdan istifadə edim. Materiya – aralarında boşluq olan proton və elektronlardan ibarətdir, amma buna baxmayaraq o ayrı-ayrı elektron və protonları fəzada birləşdirən rabitə olmadan bütöv görünə bilir. Eynilə bunun kimi insanlıq da individuumlardan ibarətdir, amma onların arasında insan cəmiyyətinə canlı orqanizm vəhdəti bəxş edən insan münasibətlərinin qarşılıqlı əlaqəsi hökm sürür. Bütövlükdə Kainat bizimlə individuumlar kimi əlaqədədir. Bu, insanın Kainatıdır.

İfadə edilmiş ideyanı mən incəsənətdə, ədəbiyyatda və insanın dini şüurunda tədqiq etmişəm.

Eynşteyn: Kainatın təbiəti haqqında iki müxtəlif konsepsiya mövcuddur:

1) Dünya – insandan asılı olan vahid tamlıq kimi;

2) Dünya – insan ağlından asılı olmayan reallıq kimi.

Taqor: Bizim kainatımız əbədi insanla harmoniyada olduqda biz onu həqiqət kimi anlayırıq və gözəllik kimi duyuruq.

Eynşteyn: Amma bu, kainatın xalis insani konsepsiyasıdır.

Taqor: Başqa konsepsiya ola bilməz. Bu dünya–insanın dünyasıdır. Onun haqqında elmi təsəvvür–alimin təsəvvürüdür. Buna görə də bizdən kənarda dünya

mövcud deyil. Dünyamız nisbidir, onun reallığı bizim şüurumuzdan asılıdır. Əqliliyin və gözəlliyin bu dünyaya həqiqilik bəxş edən hansısa standartı var; duyğuları bizim duyğularımızla üst-üstə düşən Əbədi İnsanın standartı.

Eynşteyn: Sizin "Əbədi İnsan"ınız insan mahiyyətinin ifadəsidir?

Taqor: Bəli, əbədi mahiyyətin. Biz onu öz emosiyalarımız və fəaliyyətimiz vasitəsilə dərk etməliyik. Biz Ali İnsan dedikdə bizə xas olan məhdudiyyətləri olmayan insanı nəzərdə tuturuq. Elm ayrılıqda götürülmüş bir şəxsiyyətlə məhdudlaşmayan tədqiqatla məşğul olur, o, həqiqətin qeyri-şəxsi insani dünйasıdır. Din bu həqiqətləri başa düşür və onların bizim daha dərin tələblərimizlə əlaqəsini müəyyən edir; bizim individual olaraq həqiqəti dərkimiz ümumi məna kəsb edir. Din həqiqətə dəyər bəxş edir və biz həqiqəti–onunla öz aramızda harmoniya hiss edərək anlayırıq.

Eynşteyn: Amma bu o deməkdir ki, həqiqət və gözəllik insandan kənarda müstəqil deyil.

Taqor: Bəli, müstəqil deyil.

Eynşteyn: Əgər birdən insanlar mövcud olmasalar, onda Apollon Belvederskiy gözəlliyini itirərmi?

Taqor: Bəli!

Eynşteyn: Mən gözəlliyin bu cür konsepsiyası ilə razıyam, amma həqiqət konsepsiyası ilə razı ola bilmirəm.

Taqor: Nə üçün? Axı həqiqət insan vasitəsilə dərk edilir.

Eynşteyn: Mən öz konsepsiyamın düzgünlüyünü isbat edə bilmərəm, amma bu, mənim dinimdir.

Taqor: Gözəllik–universal insanda təcəssüm etmiş kamil harmoniya idealından ibarətdir; həqiqət-universal ağlın kamillik zirvəsidir. Biz individuumlar həqiqətə, kiçik və böyük səhvlər edərək, damla-damla təcrübə toplayaraq, ağlımızı aydınlaşdırsaq yaxınlaşırıq, yoxsa başqa hansı yolla biz həqiqəti dərk edə bilərik ki?

Eynşteyn: Mən isbat edə bilmərəm ki, elmi həqiqət doğrudan da insandan asılı olmayan həqiqətdir, amma mən buna möhkəm inanıram. Həndəsədə Pifaqor teoremi insan varlığından asılı olmayan, nəsə təxmini doğrunu müəyyən edir. Hər halda əgər insandan asılı olmayan reallıq varsa, onda bu reallığa müvafiq olan həqiqət də olmalıdır və birincinin inkarı öz arxasınca ikincinin də inkarını gətirir.

Taqor: Universal İnsanda öz ifadəsini tapan həqiqət mahiyyətcə insani olmalıdır, çünki əks halda biz individuumların dərk edə biləcəyi heç nəyi, hятта məntiqi proseslərlə, başqa sözlə desək, insani qabiliyyət olan təfəkkür vasitəsilə yaxınlaşa bildiyimiz elmi həqiqəti də heç vaxt həqiqət adlandırmaq mümkün olmazdı. Hind fəlsəfəsinə görə, ayrılıqda götürülmüş bir individuumun ağlı ilə anlaşıla və sözlərlə təsvir oluna bilməyən Brahma var, yəni mütləq həqiqət. O, ancaq individuumun sonsuzluğa tamamilə qərq olması yolu ilə dərk edilir. Belə həqiqət elmə məxsus ola bilməz. Haqqında danışdığımız bu həqiqətin təbiəti səthi xarakter daşıyır, yəni insan ağlı o şeyi təsəvvür edir ki, onu həqiqi sayır, elə buna görə də bu həqiqət insanidir. Onu Maya və yaxud illüziya adlandırmaq olar.

Eynşteyn: Sizin konsepsiyanıza-bu, ola bilsin ki, щind konsepsiyasıdır-uyğun olaraq, biz ayrıca bir şəxsin yox, bütövlükdə bütün insanlığın illüziyaları ilə məşğuluq.

Taqor: Biz elmdə intizama tabe oluruq, şəxsi ağlımıza qoyulan bütün məhdudiyyətləri rədd edirik və beləliklə, Universal İnsanın ağlında öz ifadəsini tapan həqiqətin anlaşılmasına gəlib çatırıq.

Eynşteyn: Həqiqət bizim şüurumuzdan asılıdırmı? Bu, problemli məsələdir.

Taqor: Bizim həqiqət adlandırdığımız–reallığın subyektiv və obyektiv aspektləri arasında rasional harmoniyadan ibarətdir; bu aspektlərin hər biri Universal İnsana məxsusdur.

Eynşteyn: Hətta biz gündəlik həyatımızda istifadə etdiyimiz predmetlərin də insandan asılı olmayan reallığına istinad etmək məcburiyyətindəyik. Biz bunu duyğu orqanlarımızın məlumatları arasında qarşılıqlı əlaqəni rasional üsulla müəyyən etmək üçün edirik. Məsələn, bu stol hətta əgər evdə heç kim olmasa da öz yerində dayanmış olacaqdır.

Taqor: Bəli, stol individual ağыla əlçatmaz qalacaqdır, amma universal ağыla yox. Mənim qavradığım bu stolu mənimlə eyni cinsdə bir ağıl da qavraya bilər.

Eynşteyn: İnsandan asılı olmayan Щəqiqətin varlığı haqqında bizim təbii baxış bucağımızı nə izah etmək olar, nə də isbat, amma ona hamı inanır, hətta ibtidai insanlar da. Biz Щəqiqəti fövqəlinsani obyektivliyə aid edirik. Varlığımızdan, təcrübəmizdən və ağlımızdan asılı olmayan bu reallıq bizim üçün zəruridir, halbuki biz heç deyə bilmərik ki, onun mənası nədir.

Taqor: Elm sübut etdi ki, stol bərk cism kimi sadəcə olaraq görünüşdür və buna görə də, əgər insan ağlı var olmasaydı, bu ağlın stol kimi qavradığı nəsnə də var olmazdı. Elə bu vaxt onu da qəbul etməliyik ki, stolun elementar fiziki reallığı, məsələn elektrik qüvvəsinin fırlanan ayrı-ayrı mərkəzlərinin çoxluğu kimi, nəsə başqa bir şeyi ifadə etmir, belə ki, bu sonuncu da insan ağlına məxsusdur.

Həqiqətin anlaşılması prosesində universal insan ağlı ilə ayrılıqda götürülmüş individuumun ağlı arasında əbədi konflikt baş verir. Bu arasıkəsilməyən anlama prosesi bizim elmimizdə, fəlsəfəmizdə, bizim etikamızda gedir. Hər halda, əgər insandan asılı olmayan hansısa bir həqiqət olmuş olsaydı, onda onun varlığı bizim üçün mütləq surətdə qapalı olardı.

Musiqidə not ardıcıllığı kimi hadisələrin ardıcıllığı da məkanda yox, yalnız zamanдa baş verir; ağlın bunu təsəvvür etməsi çətin deyil. Belə bir ağlın reallıq konsepsiyası Pifaqor həndəsəsinin daha heç bir əhəmiyyət daşımadığı musiqi reallığı ilə qohum olacaqdır. Kağızın reallığı ədəbiyyatın reallığından sonsuz dərəcədə uzaqdır. Kağızı yeyən güvвənin ağlı üçün, ümumiyyətlə, ədəbiyyat deyəн bir şey yoxdur, amma insan ağlı üçün ədəbiyyat həqiqət kimi kağızın özündən daha böyük dəyərə malikdir. Eynilə bunun kimi, əgər insan ağlı ilə, nə rasional, nə də hissi, heç bir əlaqəsi olmayan hansısa bir həqiqət varsa, biz insan ağlına malik varlıqlar olanadək o, yiyəsiz qalacaqdır.

Eynşteyn: Onda mən Сizdən daha dindaram.

Taqor: Mənim dinim Əbədi İnsanın, Universal İnsan ruhunun öz şəxsi varlığımda dərk edilməsindən ibarətdir. Bu, mənim "İnsan dini" adlandırdığım Hibbert mühazirələrimin mövzusu olub.

(Fəlsəfə dotoru Etibar Əliyevin "Ədəbiyyat üzrə Nobel müafatçıları" kitabından)

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR