Hollivud aktrisası: “Öz filmimə baxanda əllərimlə üzümü örtmüşdüm”
Bizi izləyin

Bizim tərcümə

Hollivud aktrisası: “Öz filmimə baxanda əllərimlə üzümü örtmüşdüm”

İri gözlər, mehriban gülüş...

Amanda Seyfrid kino aləminə sanki “uşaq dünyasından” düşüb. O, çox zaman sadəlövh və mehriban qız rolunu canlandırır. Lakin “Lavleys” filmi Amandanı tam fərqli bir ampluada göstərdi. Film XX əsrdə yaşamış bir insanın porno-bioqrafik surətini yaradıb.

“Bizim tərcümə” layihəsi Amanda Seyfridin müsahibəsini təqdim edir.

- Siz yataq səhnələrində problemsiz çəkilməyə razılaşan nadir Hollivud aktrisalarından birisiniz. Yəqin, ona görə də, bu rolu sizə həvalə ediblər.

- “Lavleys” təkcə seks haqqında deyil. Film sonda feminist olan qeyri-adi qadının tarixçəsindən danışır. Əslinə qalsa, orada açıq səhnələr yoxdur. Mənim lap açıq səhnəli rollarım olub. Məsələn, götürək “Xloya” filmini (filmdə Amanda aktrisa Culiann Mur ilə sekslə məşğul olur – red.). Mən oturub anamla o filmə tamaşa edəndə əllərimlə üzümü örtmüşdüm. Anamsa atamın gözlərini bağlamışdı!

- Siz kamera qarşısında soyunarkən özünüzü rahat hiss edirsiniz?

- Sözün düzü, başa düşə bilmirəm ki, burada adama nə narahatçılıq verə bilər. Əsas da, sən yaraşıqlı kişi bədəninə toxunub xoş hisslər yaşayırsansa... Lakin özünü ələ almağı bacarmalısan, yaddan çıxarmamalısan ki, hər şey film üçündür. Mən sevgi səhnələrindən bolluca pozitiv emosiya alıram. “Vaxt” filmində Custin Timberleyklə seks səhnəsini oynamağım məndə xoş təsir oyatmışdı. Bunun özünü xatırlamaq belə xoşdur.

- Lakin ekranlarda sizin özünəəminsizliyiniz daha çox gözə dəyir...

- Yəqin, kamera məni belə göstərir. Mən işləyərkən tamamilə personaja aludə oluram və öz qorxularım haqda düşünməyə belə vaxtım olmur. Adi həyatda isə mənim analiz etmək, əbəs yerə hər xırdalığa görə narahatlıq hissi keçirtmək kimi çox pis vərdişlərim var.

- Bir dəfə mətbuatda açıqlama vermişdiniz ki, sizdə panik tutmalar olur və arasıkəsilməz həyəcanlı vəziyyətə düşürsünüz.

- Həqiqətən də, belə bir şey olub. Ona görə də psixoloq yanına gedib öz üzərimdə çalışdım. Və sonda da yaxşı nəticə gördüm. Bundan əlavə, mənim özüməinamım artdı və əşyaların dərinliyinə varmağı dayandırdım. Beynimdəki bütün şübhələri atıb dünyaya fərqli baxmağa başladım.

- Çətin vəziyyətdə özünüzü müdafiə edə bilirsiniz?

- Əvvəllər çox sadəlövh idim və asanlıqla təsir altına düşərdim. Hamının xoşuna gəlməyə çalışırdım. Bilirsiniz, bu bir psixoloji tələdir ki, indiyədək də çıxmağa çalışıram. İndi isə daha çox inadkar olmuşam və məni kimsənin manipulyasiya etməsinə icazə vermərəm.

- Əvvəllər qırmızı xalıya çıxmağa belə utanardınız. İndi vəziyyət necədir?

- İndi utanmıram, lakin lazımi hallarda qırmızı xalıya çıxa bilərəm. Təsəvvür edin: hündürdaban ayaqqabıda, qara uzun libasda dayanmışınız. Yüzlərlə fotoqraf yanınızda çığır-bağır salır, sanki nəsə pis hərəkət etmisiniz. İndi isə dayanıb bədən formamı nümayiş etdirməyin düzgün yollarını tapmışam.

- Fotolarda yaxşı görünmək üçün aktrisalar bədən formalarının qeydinə qalırlar. Bu, sizin üçün problemdir?

- Sözün düzünü desəm, bədən formasına baxmaq heç də asan iş deyil: bədənim sanki alətdir. Onu işim üçün istifadə edirəm. Təbiətən arığam, lakin kökəlməyə meyilliyəm. Külli miqdarda şokolad yemək mənim zəifliyimdir. Mən nə qədər kökəlsəm belə, heç zaman ayaqlarım şişmir. Ona görə də, genimə minnətdaram. Bir çoxları ayaqlarımı toyuq qıçına bənzədir. Buna görə narahatlıq keçirtmirəm. Axı hamını razı salmaq olmur.

- Həqiqətən də, sizdə hər şey yaxşıdır: tez-tez ən zövqlü ulduzlar siyahısına düşürsünüz.

- Doğrudan? Əladır ki... 18 yaşım olanda mən diqqət mərkəzində idim: “Onlar mənim adımı çəkir! Əla, mən dünya kraliçasıyam”. İlk görüşə gedəndə özüm makiyaj etmişdim, çox bahalı paltar almışdım. Lakin indi heç bir görüş mənim belə canfəşanlıqla hazırlaşmağıma səbəb ola bilməz.

- Məgər siz indi dəbdəbəli geyimləri sevmirsiniz?

- Çox nadir hallarda olur ki, hər hansı bir libası görüm və ağlım başımdan çıxsın: “Mən onu geyinməliyəm! Məni onda görməlidirlər!”. Lakin çox vaxt işin ağırlığından belə bir emosiyalara qapıla bilmirəm. Mənə köməkçilərim geyim alıb gətirir, mənsə deyirəm: “Əla, qəşəng, bəyəndim”. İndi mənim üçün heç nə fərq etmir.

- Belə çıxır ki, sizin modaya marağınız yoxdur. Bəlkə, hər hansı başqa bir maraq dairəniz var?

- Mən musiqi dinləməyi çox sevirəm. İtimi sevirəm və sobada şirniyyat hazırlamağı da xoşlayıram. Məndə nənəmdən qalma çoxlu resept var. Həm də, özüm də oturub fikirləşirəm.

- İnternetdə şopinqi sevirsiniz?

- Bilirsiniz, nədən ötrü ürəyim gedir? Etsy.com saytından. Əla saytdır. Orada insanlar əl ilə hazırladıqlarını satırlar: bijuteriya, geyim, yastıq, oyuncaq, şəkil... Mən dostlarıma hədiyyə verməyi xoşlayıram.

- Belə görünür ki, siz, həqiqətən də, çox mehriban qızsınız.

- Belə deməzdim. Məsələn, mən bir stəkan viski içməyi xoşlayıram. Lakin mən heç zaman xoşagəlməz vəziyyətlərə düşmürəm. Çünki kimlə gəldi oturub içmirəm. Mənim yanımda yaxın insanlarım olur: valideynlərim, bacım, rəfiqələrim və mavi dostum Aleks.

- Yaxın adamlar içərisində sevgilinizin adını çəkmədiniz. Sizin sevdiyiniz insan var?

- Bu çox kədərlidir, lakin belə qərara gəlmişəm ki, müəyyən müddətə ciddi münasibətlərə baş qoşmayım. Sevgidən insanlar psix olur, etmək məsləhət olmayan şeyləri edir. Bu, məni qorxudur. Lakin etiraf etməliyəm ki, sevgi ilahi hissdir, bəzən onun üçün darıxıram.

- Sizin sözlərinizdə qüssə var. Kimsə sizin qəlbinizi sındırıb?

- Sındırıblar və bu, dəhşət idi. Amma mən qəlbimi qıfıllamağa hazırlaşmıram. Hələ də həqiqi sevgiyə inanıram. Bilirsiniz, mənim təcrübəm mənə deyir ki, qadınların hissləri daha dərin və güclü olur. Mənə elə adam lazımdır ki, bu fikirlərin əksini sübut edə bilsin.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm