• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

FTB agentinin Hollivuddakı qızı: “Sevgi romanlarım mənim sərvətimdir”

FTB agentinin Hollivuddakı qızı: “Sevgi romanlarım mənim sərvətimdir”

“Məni sevərək öldür” filminin çəkilişləri zamanı aktyor Cozef Faynsla yataq səhnəsində çəkilirdik. Biz tamamilə çılpaq və müdafiəsiz idik. Bununla belə, Faynsa və rejissora etibar etdiyimdən hər hansı qoruyucu vasitə ilə çəkilmədim. Faynsın yerində kim olsa, bu fürsətdən istifadə edərdi”.

O eyni zamanda həm şən, həm də qəmgin ola bilir. Ekrandan baxan iri gözləri ilə izləyicilərin qəlbini fəth edir, sevgi səhnələrində ehtiraslı qadın obrazını canlandırır. Amma aktrisa Hizer Qrem heç vaxt vulqar görünmür. Hizer “Bugi üslubunda gecələr” filmində 70-ci illərin pornoaktrisa obrazında – çılpaq çəkilsə də, onu bayağı qadın hesab etmədilər. Bununla belə, Hizer Qrem davranışları heç bir yeniyetməyə nümunə ola bilməyəcək “yaramaz qızcığazdır”. Valideynlər o, ekranda görünəndə övladlarının gözlərini bağlayır, onun iri posterinin yataq otağından asılmasını qadağan edirlər. Bununla belə, Hizer elə adamdır ki, hamı onunla dost olmağa can atır.

Publika.az “Bizim tərcümə” layihəsi üçün açıq-saçıq filmlərin “şahzadəsi” aktrisa Hizer Qremin həyat hekayəsini təqdim edir.

Hizer Qrem 1970-ci il yanvarın 29-da Viskonsin ştatının Miluoki şəhərində dünyaya gəlib. Onun ailəsi sıravi amerikalılar üçün nümunə hesab oluna bilərdi: atası sərt və qapalı FTB agenti, anası isə uşaqların tərbiyəsi ilə bağlı dərs vəsaitlərini yazan müəllimə olub. Atasının işiylə bağlı ailə yaşayış yerini tez-tez dəyişməli idi. Ona görə də Hizer ən azı 10 məktəb dəyişməli olub...

Hizer katolik ruhda tərbiyə olunub: “Məni sözəbaxan uşaq kimi tərbiyə etmişdilər. Hətta seks haqqında fikirlər məndə günah hissi yaradırdı”.

Fəal və ünsiyyətcil Hizer Qrem hələ 5 yaşı olarkən, qeyri-adi artistik bacarığına görə ətrafdakı insanların diqqətini cəlb edir. Nəticədə, qızcığaz böyük səhnəyə gəlməzdən öncə məktəbin teatr dərnəyində oynamağa başlayır. Hizer şagirdlər arasında “ən istedadlı” tituluna da layiq görülür.

1988-ci ildə məktəbi bitirdikdən sonra o, Los-Ancelesə getmək üçün valideynlərindən icazə alır. Ailə qayda-qanunları sərt olsa da, valideynləri ona böyük şəhərə köçməyə icazə verir. Lakin elə həmin gündən etibarən ailənin həyatında dəhşətli günlər başlayır. “Sonrakı peşmançılıq isə fayda verməz” deyiblər. Onlar bu gün də doğma qızlarıyla heç bir əlaqə saxlamırlar...

Los-Ancelesə gələn Hizer aktrisalığa can atan gənc qızlar kimi müxtəlif kastinqlərdə iştirak etməyə başlayır. Bacarığı onun aktrisa olacağına zəmanət vermirdi. Çünki Hizerin ilk növbədə pula ehtiyacı vardı. Pul olmadan böyük səhnəyə gəlmək asan deyil. Pul qazanmağın yolu isə bar və gecə klublarından keçirdi...

Dünya Hizer Qremi 2000-ci illərdən sonra qiymətləndirməyə başlayır. Çünki həmin dövrdə lezbiyanlıq və eləcə də filmdə lezbiyan epizodlar dəb halını almışdı. Hizer isə gündəmdən geri qalmayaraq, fahişə rollarını da ifa etməkdən imtina etmirdi.

Hizer Qrem şəxsi həyatını rahat və utanmadan danışan nadir aktrisalardandır. Onun verdiyi açıq-saçıq müsahibələr hər zaman müzakirələrə səbəb olur. Hizer Qrem digərlərini utandıra biləcək hər bir mövzuda sıxılmadan danışır. Məsələn, Hizer “Talk” jurnalına müsahibədə katolik kilsəsinə qarşı öz narazılığını bildirir. Aktrisa kilsəni sağlam seksual həyata təzyiq göstərməkdə ittiham edir. Katolik kilsəsi aktrisanı kişi təbiətini korlayan günah adlandırır. “Kişilərin fikrindən mənə nə var?”- yetkin yaşlarında dini baxışları dəyişən Hizer kilsəyə ritorik sual ünvanlayır...

Bununla belə, Hizerdə tamaşaçını ürküdərək qaçıracaq elə bir xüsusi nüans yoxdur. Çünki Hizer ekranda olduğu kimi, həyatda da təvazökar və yandırıb yaxan seksuallığa malikdir.

Hizer Qrem ilk dəfə pornoaktrisa kimi çılpaq obrazda ekrana çıxanda onun bədən forması hamının diqqətini çəkir: onun bədəni qüsursuz, siması isə idealdır. İllər keçsə də, aktrisa hələ də saf simasını və iri gözlərinin parlaqlığını qoruyub saxlaya bilib. Bu azmış kimi, Hizeri gənc qız rollarını oynamaq üçün dəvət edirlər. Bəs “təhlükəli” yaş həddində olan Hizer gənclik və gözəlliyini hansı vasitələrlə saxlayır?

Gənclik illərində onun sinəsi ideal forma və ölçüdə olub. Onun əsrarəngiz sinəsini əvvəlki kinolentlərdən görmək olar. Yaşa dolduqca Hizerin sinəsində deformasiyalar yaranmağa başladı. Aktrisa erotik film səhnələrində çəkilməkdən məhrum olmamaq üçün gözəllik naminə mammoplastikaya razılıq verməli olub. Təbii gözəl olan Hizer ömrünün 40-cı illərində də bir çox kişilərin ağlını başdan almağa nail olur. Əbəs yerə “yaramaz qız” təxəllüsünü almayıb ki...

Hizer Qremin filmdə yaratdığı obrazlar kimi şəxsi həyatı da rəngarəngdir. Onun sevgililəri arasında hansı Hollivud aktyorları olmayıb ki? O hətta evliliyə can atmayan nadir qadınlardan biri də hesab olunur. 45 yaşlı sarışın gözəl bir çox aktyor, rejissor, musiqiçilərlə görüşüb. Maraqlısı odur ki, Hizer onlardan heç birini öz əri kimi görməyib. Çünki özünün etirafına görə, onun ərə getmək üçün kişiyə ehtiyacı yoxdur.

“Evliliyin əleyhinə deyiləm. Və yəqin ki, uyğun vəziyyət yaransa, ərə gedərəm. Yerdə qalan ömrümü sonadək etibar edə biləcəyim insanla yaşamaq istərdim. Amma görünür ki, buna çox da ehtiyacım yoxdur...Yəqin, bu yolla özümü böyük məyusluqlardan qorumuşam. Evlənib bədbəxt olmaqdansa, subay və xoşbəxt qalmaq daha yaxşıdır. Elə ona görə də, vaxtımı mükəmməl keçirirəm.

Sevgi romanlarım mənim sərvətimdir. Çünki hər birindən özümə bir dərs götürürəm. Qısaca deyim ki, sekslə məşğul olmaq sağlamlıqdır!

Həyatda necə sekslə məşğul olduğumu təsəvvür etmək yetər ki, sevgi səhnəsini ekranda canlandıra bilim”.

Aktrisa etiraf edir ki, onun görüşdüyü kişilər heç də pis olmayıb. Lakin hərəsi hansı bir səbəbdən ər tituluna layiq görülməyib. Hizer sevgi dünyası və sevgililəri haqda 80 yaşından sonra dünyaya danışmaq niyyətindədir. Bizə isə gözləmək qalır...

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR