Hollivud aktrisası: “İkili həyat yaşayıram”
Bizi izləyin

Bizim tərcümə

Hollivud aktrisası: “İkili həyat yaşayıram”

1983-cü ilin fevralın 23-də İngiltərənin paytaxtı Londonda Emili Oliviya Lia Blant adlı qız dünyaya gəldi. Heç kəs deyə bilməzdi ki, kompleksli və dil qüsurlu Liya böyüyəndə Hollivud aktrisasına çevrilə bilər.

Publika.az “Bizim tərcümə” layihəsində bu gün 32 yaşını qeyd edən aktrisa Emili Bluntın həyatını təqdim edir.

Qız çox uşaqlı ailədə dünyaya göz açıb. Emilinin anası vaxtı ikən aktrisa olub, lakin qızlarının tərbiyəsi ilə məşğul olmaq üçün sənətini məktəb müəllimliyinə dəyişib. Atası isə Böyük Britaniyanın ən məşhur vəkillərindən biri olub.

Emili anasının yolunu davam etdirib aktrisa olmaq istəyirdi. Amma pəltəklik qızı utandırırdı, o, hətta, adam üzünə belə çıxmağa ehtiyat edirdi. Qızcığaz elə uşaqlıq illərindən loqopedin diqqəti altında idi. Həkim ona nəinki düzgün danışığı, hətta, başqalarının səsini yamsılamağı da öyrədirdi. Ona görə də, Blant dil qüsurunun öhdəsindən gələ bildi.

Gənc qız 18 yaşından teatr tamaşalarında aktrisalıq etməyə başladı. Məktəb teatrı qızı kəkələməkdən tamamilə xilas etdi. 2002-ci ildə “Romeo və Culyetta” filmində baş qəhrəman obrazını canlandıran Blant uğur qazandı. Blant bir çox tamaşaçıların yaddaşında üçün günü bu günədək Culyetta kimi olaraq qalmaqdadır.

“Hərdən elə qəribə vəziyyət yaranır – uğur sanki başımdan yağış kimi tökülməyə başlayır. Sonra isə hər şeyin əksi baş verir. Tez-tez öz-özümə deyirəm: “Lənətə gələsən! Mənə nə olub belə?”. Qeyri-adi işim var, iş əsasında bir çox insanlarla tanış oluram. Onlar mənim həyatım və xasiyyətimə təsir göstərir. Özümü süngər kimi hiss edərək onların enerjisini özümə tərəf çəkib hopdururam”.

Emilinin mavi gözləri və sirli baxışları ona televiziya ekranlarına düşməyə imkan verdi. “İblis dəblə geyinir” filmi Emilini dünyaşöhrətli aktrisaya çevirdi. Bundan sonra, dünyanın bir çox kino şirkətləri ona diqqət ayırmağa başladı.

“İntim səhnələrə hər bir aktyor və aktrisa narahatçılıqla yanaşır. Onlar yataq səhnəsinə öyrəşsə belə, bu, onlar üçün alçaldıcı və qorxuludur. Kino çəkilişlərində ən çətini yataq səhnələridir. İkinci çətin səhnə isə uzun paltarda qaçmaqdır”

2005-ci ildə çəkildiyi “Gideonun qızı” filminə görə Emili Blant “Qızıl Qlobus” mükafatının ikinci plan aktrisa nominasiyasında qalib gəldi.

Emili çoxşaxəli aktrisadır. O, ingilis kraliçasının həyatını təsvir edən “Gənc Viktoriya” tarixi filmindən tutmuş “Dəyişən reallıqlar” fantastik filminədək müxtəlif janrlarda oynayıb. Blant “Arzularımın balığı” komediyasında da özünü sınamaqla “Qlobus” mükafatına layiq görülüb.

“Mən çox enerjiliyəm. Hər zaman əyləncə, yeni emosiya və özümü doğrutlmaq üçün imkanlar axtarıram. Və belə görünür ki, bu vaxtadək istədiyimi qazana bilmişəm”

Emili Blantın kareyrası getdikcə zirvəyə doğru gedirdi. Bəs onun şəxsi həyatı necə? Yerli qəzetlərdən biri yazır:

“Emilinin heç zaman tənha olmaması heç də təəccüblü deyil. Onun xarici görkəminə bir çox qadınlar həsəd apara bilər. Emili Blantın boyu, çəkisi və digər bədən ölçüləri bir çoxları üçün nümunə ola bilər. Hündürboylu aktrisa yaxşı formada qalmasına görə idman zalındakı məşqlərinə minnətdar olmalıdır. Onun sinə, bel və ombası 90-60-90 etalonu çərçivəsindədir”

Britaniyalı 3 il müddətində musiqiçi Maykl Buble ilə vətəndaş nikahında yaşayıb. Lakin onların toyu sıx qrafik ucbatından baş tutmadı. Bundan sarsılmayan Emili tezliklə Maykla əvəz tapdı. O, 2010-cu ildə Con Krasinski ilə ailə həyatı qurdu.

“Aktrisa olduğum üçün köçəri həyat tərzi sürürəm. Gah Nyu-Yorkda, gah da Londonda işləməyə gedirəm. Okeanın o biri tərəfində olanda ailəm üçün darıxmağa başlayıram”

Emili həyatın mənasını özünə uyğun zövqü tapmaqda və öz iştirakınla çəkilmiş filmlərə baxmamaqda görür. O, nadir insanlardandır ki, həyatını dəqiqliyi ilə 2 hissəyə bölüb: aktyorluq və şəxsi həyat. Və deyir:

“Aktyorluq, yəni iş həyatı və şəxsi həyat, yəni asudə vaxt anlamı var. Bu, iki məfhum arasında sərhədləri müəyyənləşdirmişəm. Belə demək olarsa, ikili həyat yaşayıram”

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm