• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Brejnevlə öpüşən və uşaqlarla mahnı oxuyan adamyeyən prezident - FOTOLAR

Brejnevlə öpüşən və uşaqlarla mahnı oxuyan adamyeyən prezident - FOTOLAR

Hadisə 1978-ci il aprel ayının 15-də Bulonsk meşəsində baş verdi. Polis patrul maşının projektoru meşədə sevişən yarıçılpaq cütlüyü qorxuzdu. Hətta Fransa kimi sivil ölkədə təbiət qoynunda sevgi ilə məşğul olmaq hələ də dəbdədir. Qəfildən projektorun işığı çamadanı başı üzərinə qaldırıb gölməçəyə tullayan hündür kişini sezdi. İşığı görən kişi dərhal gözdən itdi. Serjant yoldaşına müraciət etdi:

-Fransua, səncə, gecə vaxtı gölməçəyə atılan çamadanın içərisində nə ola bilər? Yox, burada nəsə var...

Polis işçiləri müəmmanı həll etmək üçün gölə tor salmalı oldular. Oradan 2 ədəd çamadan çıxarıldı. Çamadanın içərisindəki tapıntılar isə nəinki polis işçilərini, hətta bütün dünyanın gözünü açdı və qorxuya saldı. Orada insan barmaqları, ayaq dabanı və sümükləri vardı...

Səhəri gün dünya baş verən hadisədən xəbərdar oldu. Artıq mətbuat da bu xəbərləri gündəmdə saxlayaraq ictimaiyyətə çatdırırdı.

Publika.az “Bizim tərcümə” layihəsində dünyada yeganə adamyeyən prezidentin həyat hekayəsini təqdim edir.

Gecəyarısı meşəyə çamadanla üz tutan və atletik bədənə sahib olan afrikalının siması taksi sürücüsünün yadında qalmışdı. Müştəri üzərində “Bokassa II” yazılı siqarı elə taksidəcə çəkmişdi. O, siqarı külqabıda söndürmək əvəzinə, onu ayağı altında söndürmüşdü. Sürücü isə siqarın kötüyünü prezidentə yaxın olan adamdan yadigar qalan suvenir kimi saxlayırdı.

Paris polisi çaşqınlıq içində idi. İnsan qalıqlarının olduğu çamadanı gölməçədə batırmaq əmrini Mərkəzi Afrika imperatoru I Bokassanın oğlu Antuan-Jan-Bedel Bokassa veribmi? Varis şahzadə Parisdə yaşayıb oxuyurdu. Bu ki, beynəlxalq səs-küyə gətirib çıxara bilərdi.

Bəs onun atası kim?

Ən məşhur adamyeyən olan şahzadənin atası Mərkəzi Afrika Respublikasının prezidenti Jan-Bedel Bokassanı vətənində hələ də xatırlayırlar. Heç kim hannibal və xalqa qarşı soyqrım cinayətinə görə ölüm cəzası almış prezidenti unutmur.

Afrika ölkəsinin qaradərili prezidenti özünü kübar insan kimi aparırdı. Uşaqlarla birgə şeir söyləyib nəğmə oxuyardı. Ümumiyyətlə, o, uşaqları çox sevərdi.

Rus yazıçısı hələ 1925-ci ildə yazıb: “O, Afrikada gəzişir və uşaqları tutub yeyir”. Hələ o zaman yazıçı bu sözləri Fransanın Ubanqui-Çarli koloniyasında yaşayan cani haqda yazılmış əsərində deyib.

Jan-Bedel Bokassa kənddə böyüyüb. Atası erkən öldüyü üçün anası 12 uşağı özü böyütməli olub. Gənc oğlan 19 yaşına çatanda hərbçi karyerasında şöhrət və pul tapmaq qərarına gəlib. Onu Fransa ordusuna qəbul edirlər. İkinci Dünya müharibəsi illərində Bokassa serjant rütbəsinə kimi yüksəlir. Fransa qoşunları Vyetnama kimi irəliləmişdi. Cəngəllikdə aparılan reydlərin birində cəsur serjant itkin düşür. 1 həftədən sonra isə meşədə gəzişən bölük uzaqdan tüstünün qalxdığını gördü. Bölük tüstü gələn yerə tərəf addımladı. Tonqalın yanında hissələrə ayrılmış insan bədəni vardı, tonqalda isə ət qızarırdı. Beləcə, Bokassa hannibalizmi ələ keçirilmiş Vyetnam partizanlarının ətini dadmaqla başladı. Özünün etirafına görə, Bokassa partizanın əvvəlcə ürək və qaraciyərini yedi. Bununla da o, düşmənin məğrurluğunu ələ keçirdiyini düşünürdü... Bununla da Bokassa ordudan qovuldu.

Bokassa Fransadan müstəqillik əldə etmiş və Mərkəzi Afrika Respublikası adlandırılan vətəninə qayıtmalı oldu. Yenicə müstəqillik qazanmış Afrika ölkəsinin prezidenti isə Jan-Bedelin bacısı oğlu idi. Prezident Devid Dako dayısını polkovnik rütbəsinə kimi qaldıraraq ona baş qərargahın rəisi postunu həvalə etdi. Beləcə, Bokassa 1963-cü ildə bir çox səlahiyyətlərə sahib oldu.

Dakonun prezidentliyinin ilk illərində Zair sərhədində bir neçə ay iğtişaşlar davam etdi. Bu vaxtlar Dako ölkə iqtisadiyyatının dirçəlməsi üçün kredit almaq üçün Avropaya yollanmışdı. Buna baxmayaraq, ölkə almaz və uranla zəngin idi. Xaricdən maliyyə yardımı alan prezident, nazir və parlament üzvləri varlandı. Bokassa isə bacısı oğlunun ölkəni idarə etmə qabiliyyətini kənardan nifrətlə izləyirdi. Bokassanın prezident haqda narazıçılığı Dakonun qulağına çatdı. Devid Dako Fransanın hərbi təcrübəsi ilə tanış olmaq üçün dayısına çamadanlarını yığmaq əmrini verdi. Kənarda isə Dako “xalqın mümkün xilaskarı” hesab edilən dayısından canını qurtarmaq üçün plan cızırdı. Bokassa vətənə qayıtdıqdan sonra onu əsassız yerə həbs etdilər. Ona hər hansı konkret cinayət işi açılmadı, sadəcə olaraq, ölüm cəzası verildi.

Bokassanı edam edə bilmədilər: Onun hərbçi dostları ayağa qalxdı və ölkə paytaxtını mühasirəyə aldı. Jan-Bedel həbsxanadan qəhrəman və yeni prezident kimi çıxdı. Bundan sonra, Bokassa tarixin yenidən təkrarlanmaması üçün düşmənlərini aradan qaldırmağa başladı. Ölkədə çevriliş edildikdən sonra 1972-ci ildə Bokassa özünü ömürlük prezident, 1977-ci ildə isə imperator seçdi.

Bokassa diktator, sadist və qatil olsa da, o, tarixə daha çox adamyeyən prezident kimi daxil oldu. Hər şey onun böyüyüb boya-başa çatdığı şaman və hannibalizmə məşğul olan qəbiləsindən irəli gəlirdi. Ölkəsi Fransa müstəmləkəsi olmasına baxmayaraq, Bokassanın dünya görüşü hannibal ayinlərində qalmışdı.

Jan-Bedel Bokassanın inauqurasiya mərasimi də özünəməxsus şəkildə keçirildi. Mərasimə diplomat, biznesmen və kino ulduzları dəvət almışdı. Hələ bu azmış kimi mərasimdə imperator əleyhinə çıxış edən 50-ə yaxın paytaxt həbsxanasında saxlanılan məhbuslar da iştirak edirdi. Əvvəlcə onları yaxşı-yaxşı yedizdirib, küçədə gəzişməyə imkan verdilər. Onların son məntəqəsi isə saray sobasında bişirildikdən sonra stola təqdimatla bitdi.

İmperatorun ağız dadı qonaqlar üçün məxfi saxlanılırdı. Jan-Bedel özü insan ətini “şirin donuz əti” adlandırardı. Səyahət zamanı Bokassa konservləşdirilmiş insan ətindən hazırlanmış sevimli yeməklərini də götürərdi. SSRİ-ə səfər edərkən hannibal prezident SSRI-nin rəhbəri Brejnevdən öyrəndiyi öpüş sirrini ölkəsinə gətirdi. Ölkəsinə gələr-gəlməz o, bütün nazirləri öpdü. Onun fikrincə öpüşlə insanın sənə qarşı olan münasibətini ayırd etmək olur: Əgər dodaqlar nəm və zəifdirsə demək səmimidir. Yox əgər, dodaqlar quru və istidirsə o zaman həmin insana inanmaq olmaz.

70-ci illərdə imperator ölkənin yeganə riyaziyyatçı alimi və stomatoloqu da sarayın mətbəxində bişirdi. Bokassa sarayında hərəmxana yaratmaq arzusunda idi. Hərəmxanaya isə Afrika, Avropa və Asiyadan müxtəlif qadınlar daxil olmalı idi. Beləliklə də, 17 arvadlı Bokassa 55 uşağın atası oldu. İmperator arvadlarını heç üzdən də tanımırdı. Şahzadə və uşaqları üzərində Bokassanın portreti olan qızıl nişanə daşıyırdı. Yeri gəlmişkən, qeyd edək ki, uşaqlar mətbəxə yaxın gedə və atasının “xüsusi reseptlə” hazırlanmış yeməyindən dada bilməzdi. Bokassanın fikrincə uşaqlar adam əti yeyə bilməz, çünki bu ət onları zəiflədə bilər.

İmperatorun bir neçə övladı yaşamaq üçün Avropaya üz tutdu. Məsələn, oğlanlarından biri Parisdə yeməkxana, digəri isə Almaniya şəhərində restoran açdı. Sorbonna universitetinin tələbəsi və keçmiş şahzadə Antuan Jan-Bedel isə fransızları dəhşətə saldı. 80-ci illərdə polis onun mənzilindəki soyuducudan gənc qadınların sinəsi, baldırı, kəsilmiş qulaq və burunlarını aşkar etdi... Soyuducunun dolabında insan başı tapılmasa da, hər halda şahzadənin çarpayısının altında insan kəllələri tapıldı.

Onun daddığı ilk insan əti sevgilisi Dorisə məxsus idi. Tələbə qız uzun müddət idi ki, şahzadə ilə görüşürdü və görünür ki, münasibətləri ciddi şəkil almağa doğru gedirdi. Lakin oğul Bokassa yatan Dorisi gecə ikən boğdu. Sonradan isə oğul Bokassa öz hərəkəti haqda polisə belə bir məlumat verib: “Onun bişmiş ətini xüsusilə də, qaraciyər və ürəyini yeməkdən həzz alırdım. Afrika inanclarına görə, bundan sonra sən kişiləşirsən və cəsur olursan... Qadın kimi bic olmaq üçün mən onun beynini xörək qaşığı ilə yedim. Evə gətirdiyim hər bir yeni qızları isə əvvəlki sevgililərimdən hazırlanmış xörəyə dəvət edirdim”.

1979-cu il Jan-Bedel Bokassa dövrü sona çatdı. Bokassa məktəb formaları haqda fərman imzaladı. Çox az insanlar övladına məktəb forması ala bildiyi üçün ölkədə nümayiş başladı. Qəzəbli şagird və tələbələrin nümayişi ordunun qarşısında dura bildi. Şəhərdə blokadalar quruldu, imperatora qarşı narazılıqlar artdı... Onda Bokassa ölçü götürməli oldu...

Əmrə görə, əsgərlər 6-25 yaşlı insanları küçədə tutub mərkəzi həbsxanaya aparmalı idi. Bokassa “yaxşı dərs” vermək adı ilə 100-dən artıq uşağı qətlə yetirdi. Meyitləri isə çaya tullayır və həbsxana ərazisində basdırardılar. Bokassonun gözü qarşısında uşaqlar yerə uzadılırdı. Yük maşını isə insandan hazırlanmış xalının üzərindən keçməli idi. Sürücü bu əmri yerinə yetirməkdən imtina etdi. Onda Bokassa özü əyləcə oturub sonuncu çığırtı gələnə qədər insanların üzərindən şığıdı.

Fransız qoşunları ölkəyə 1979-cu il sentyabr ayında girdi. Hannibalizmə və soyqrıma görə sabiq prezidentə ölüm hökmü verildi.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR