Qan donduran qiymətlər - FOTOLAR
Bizi izləyin

Brendlərin tarixi

Qan donduran qiymətlər - FOTOLAR

O, dünyanın ən klassik və bahalı saat brendi sayılır. İsveçrəli yaradıcısı iflas olmasın deyə bu brendi alman əsilli zərgərə satıb. Məhz bundan sonra yüksəliş dövrü başlayıb. Söhbət “Chopard” markasından gedir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Chopard”-ın necə yaranmasını təqdim edir.

“Chopard”- ı kim yaradıb?

İsveçrə markası “Chopard” 24 yaşlı Lui-Ulissom Şopar tərəfindən 1860-cı ildə Sonvilidə yaradılıb. İlk vaxtlarda Lui-Ulissom Şopard yalnız cib saatları, xronometrələrin istehsalı ilə məşğul olur. Hətta qısa müddətdə o, İsveçrənin dəmiryolu sistemini xronometrələrlə təmin edir. 1912-ci ildə onun brendi ölkənin hüdudlarını aşır. “Chopard” saatları Macarıstan, Rusiya, Polşaya yayılır. Uğurları sayəsində Lui-Ulissom 1920-ci ildə biznesini genişləndirməyi qərara alır. İşini Cenevrəyə köçürür. Məhz burada yüksək keyfiyyətli, dəbdəbəli saatlar istehsal etməyə başlayır.

Babasının əmanətini qoruyub saxlaya bilmir

Bu dünya heç kimə qalmadığı kimi bahalı saat brendinin yaradıcısına da qalmır. Lui-Ulissom Şopar vəfat edir. Şirkətin başına nəvəsi Pol-Andri Şopar keçir. Lakin o, babasının əmanət etdiyi işi uğurla davam etdirə bilmir. 20-ci əsrin ortalarında artıq “Chopard” rəqabətdə yapon saatlarına uduzmağa başlayır. Konkret brend bazardan yox olma təhlükəsi ilə üzləşir. Belə halda Şopar soyadının sonuncu nümayəndəsi özünə ortaq axtarmağa başlayır. Həmin vaxt iki zərgərin və saatsazın görüşü baş tutur. Pol-Andri Şopar babasının mirasını 1963-cü ildə üçüncü nəsil sayılan, zərgər, saatsaz Karl Şoyfelyuya satır. 1963-cü ildən brend alman şirkəti “Eszeha” ya daxil olur.

Dayısından borc alıb “Chopard”- a sahiblənir

Qeyd edək ki, 1938-ci ildə Almaniyada anadan olan Şoyfelyu 25 yaşında bir qədər dayısından, bir qədər də bankdan borc götürərək batan “Chopard”-ı satın alır. Şoyfelyu şirkəti modernləşdirsə də “Chopard” -ın ənənəsini qoruyub saxlayır. Yeri gəlmişkən, Pol-Andri Şopar ölümünə, yəni 1968-ci ilə qədər şirkətdə işləyir. Şoyfelyu isə 40 il müddətində həyat yoldaşı Karin ilə birgə “Chopard”- ı idarə edir.

.

Şirkət ikinci dəfə köçürülür

1975-ci ildə şirkət Cenevrənin mərkəzindən Meyrin -Cenevrəyə köçürülür. Bu hadisə “Chopard” -ın fəaliyyətində yeni mərhələyə çevrilir. Köçdən sonra “Chopard” ekstra-klass saatlar istehsal edir. İlk dəfə brendin zavodunda qadın saatları, zərgərlik məmulatları -üzük, sırğa, bilərzik düzəldilir. 1976-cı ildə “Chopard” “Happy Diamonds” kolleksiyasını nümayiş etdirir. Kifayət qədər bahalı olan saatlar almaz və safirlərlə bəzədilmiş olur. 1980-ci ildə şirkət bazara sport stilində dəri kəmərlə saat buraxır.

İlk butiklər

1986-cı ildə“Chopard”- ın Hong Kongda, Cenevrədə, Vyanada butikləri açılır. Şirkət 1988-ci ildən maşın yarışlarının təşkilatçısı “Mille Miglia” ilə əməkdaşlığa start verir. Belə ki, “Chopard” klassik və köhnə avtomobillərdə yarışanlar üçün xüsusi saatlar hazırlayır. Yeni kolleksiya -“Chopard Happy Sport” 1993-cü ildə işıq üzü görür. 1996-cı ildə şirkət Fleriedə müstəqil fabrikini açır. Beləliklə, Şoyfelyu saatların hər bir detalını özü istehsal etməyə qərar verir. Həmin ildə bütün mexanizmi “Chopard”ın emalatxanasında hazırlanan yeni modellər bazara çıxarılır.

L.U.C saat kolleksiyası

1997-ci ildə “Chopard” öz köklərinə qayıdır. L.U.C saat kolleksiyasını ərsəyə gətirir. Hansı ki 1860-cı ildə Montres Passion adlı işveçrə jurnalı həmin saatları ilin saatı elan etmişdi. 1998-ci ildə “Chopard” Cannes International Film Festival-ın təşkilatçıları ilə ortaqlığını açıqlayır. 2001-ci ildə L.U.C Tonneau, daha sonra Chopard Tourbillon saatları alıcılara təqdim olunur. 2004-cü ildə Baselworld beynəlxalq saat sərgisində yeni kolleksiya - L.U.C Regulator nümayiş etdirilir.

Məhsullar dünyaya 13 törəmə şirkətdən yayılır

Hazırda şiktərin rəhbəri Karl Şoyfelyudur. Sadəcə 1990-cı ildə Karlın biznesinə övladları da qoşulub. Karalon Şoyfelyu şirkətin zərgərlik bölümünün rəhbəridir, Brendin məhsulları dünyaya 13 törəmə şirkət tərəfindən yayılır. “Chopard”-ın müxtəlif ölkələrdəki butiklərinin sayı 90-dır.Onu da bildirək ki, brend 6 kolleksiyasını - L.U.C, Happy Diamonds, Imperiale, Classic, Classic Racing, Chopardissimo təqdim edir. 2010-cu ildə şirkətin gəliri 108.9 milyon avro olub.

Brendin 150 ili

2010-cu ildə “Chopard” brendi özünün 150 illiyini qeyd edir. Bunun şərəfində Animal World kolleksiyası təqdim olunur. Şirkət üçün önəmli olan bu gün Kann Festivalı ilə birgə keçirilir. Hardakı ulduzlar “Chopard”ın brilyant saatlarını taxırlar. Bundan əlavə “Chopard” “Oscar” və” Cannes” mərasimlərində ulduzları bəzəyir. Penelope Cruzdan Yeva Herzigovaya qədər bir çox məşhuru markasının üzü edib.

Qan donduran qiymətlər

“Chopard”ın hər modeli unikallığı ilə seçilir. Saatlar özlərində həm klassik, həm də sport stilini birləşdirməklə bərabər, brilyantla, daş-qaşlarla bəzədilir. Qiymətlərə gəlincə, saatlar kifayət qədər bahalıdır. “Chopard”-ın Happy Beach xəttindən olan Happy Sport kolleksiyasında saatlar 5 980 dollardan başlayaraq 92 min, bəzən 100-200 min dollara qədər gedib çıxır. Aksesuarlardan sırğalara gəlincə ən ucuz 750 əyyar, 0,20 karat brilyant sırğa 3940 dollar təşkil edir. 0,50 karat brilyantla qadın bilərziyi 20 450 dollardır.

Türkiyənin “Atasay” brendi ilə əməkdaşlıq

Xüsusilə saat və ləl-cəvahiratın sintezi olan kolleksiyaları inkişaf etdirən “Chopard” Türkiyənin “Atasay” brendi üçün saat kolleksiyası hazırlayıb. "Chopard for Atasay" markasının ilk məhsuluna "Good Luck/ Şans" adı verilib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm