Seksual ətirlərin yaradıcısı faşist imiş - FOTOLAR
Bizi izləyin

Brendlərin tarixi

Seksual ətirlərin yaradıcısı faşist imiş - FOTOLAR

Seksual ətirlərin yaradıcısı faşist imiş - FOTOLAR

Qara etiketli brendin yaranma tarixi fərqlidir. Belə ki, təsisçinin adı şirkətə o öldükdən sonra verilib. Bundan əlavə o modelyer, stilist yox, adi biznesmen idi. O biznesmen ki, müharibə dövründə fabrikində Hitler ordusunun məşhur SS xaçlı uniforması tikilir. Adı faşist kimi yaddaşlara həkk olunur. Söhbət Huqo Bossdan gedir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Hugo Boss” brendinin necə və kim tərəfindən yaradıldığını təqdim edir:

Huqo Boss kimdir?

“Hugo Boss” bir alman brendidir. Brend 1885-ci ilin 8 iyulunda Metzingendə anadan olan Huqo Bossun adını daşıyır. O H.Boss ki, əvvəlcə xalq məktəbində təhsil alıb, 1899-cu ildə Realschule qəbul olunub. Həmçinin Bad-Uraxedə 3 il biznes təhsili alıb. 1902-ci ildə Metzingendə toxuculuq fabrikində işləməyə başlayıb. Hərbi xidmətdən sonra 1903-1905-ci illərdə Konstansedə toxuculuq fabrikində işləyib. 1908-ci ildə valideynlərini itirsə də bu onu evlilikdən döndərməyib. Elə həmin ildə Anna Katarina adlı almanla evlənib. Bu nigahdan onların qızı Qertruda anadan olub. Hansı ki, 1931-ci ildə satış agenti Oyqena Holi ilə evlənir. İllər sonra onun oğulları miras aldıqları şirkətə babalarının adını verərək, dünya şöhrətli brendə çevirirlər.

Hitler ordusunu geyindirir

1914-ci ildə Birinci Dünya müharibəsi dövründə Huqo Boss “ober yefreytor” rütbəsində cəbhədə qulluq edir. 1918-ci ildə həmin rütbə ilə hərbidən ayrılır. 1923-cü ildə Metzingendə iş və idman geyimlərinin tikiş fabrikini açır. Yeri gəlmişkən fabrikin istehsal etdiyi geyimlərin bu günki “Hugo Boss”la heç bir əlaqəsi olmur.

1930-cu ildə fabrik iflas təhlükəsi ilə üzləşir. İflasdan qurtarmaq üçün Boss 1931-ci ilin 1 aprelində Milli Sosialist Alman İşçi Partiyasına üzv olur. Partiya üçün böyük həcmdə uniforma sifarişi alır. Tarixçilərin yazdığına görə, şirkətin uniforma dizaynı ilə heç bir əlaqəsi olmayıb. Amma SA, SS, Hitler Gəncliyi, NSKK və digər partiyalara nişanlı uniformalar “Hugo Boss”un sələfi tərəfindən tikilib.

Əsirləri fabrikində işlədir

1934-cü ildə Boss parça fabriki alır. Onun ərazisinə tikiş emalatxanasını da daxil edir. 1937-ci ildə iş adamının artıq 100 işçisi var idi. İkinci Dünya Müharibəsinin əvvəlində onun fabriki mühüm hərbi obyektə çevrilir. Bir sözlə fabrik Hitler ordusunu məşhur geyimlə təmin edir. 1940-1945-ci illərdə fabrikə 140 nəfər əsir işçi kimi cəlb edilir. Əsirlərin çoxu Polşa, Ukrayna və Fransa hərbiçilərindən ibarət olur. İkinci dünya müharibəsindən sonra Boss faşistlərlə əlaqəsini danaraq, poçt və dəmiryolu işçiləri üçün geyim istehsalına start verir.

Hitlerlə olan keçmişinə görə cərimə ödəyir

Müharibə dövründə Hitlerin ordusuna paltar tikmək Huqo Bossa baha başa gəlir. Belə ki, onu nasistlərin ortağı kimi tanıyırlar. Səsvermə hüququndan məhrum edilməklə bərabər 80 000 marok cərimə edilir. 1948-ci ildə 68 yaşında Boss vəfat edir. Ölümündən sonra şirkətin idarəsi kürəkəni Oyqena Holiyə keçir. Beləliklə də “Hugo Boss” brendinin yaranma və yüksəliş tarixi başlayır. Oyqena fabrikdə təkcə iş geyimi deyil, dəbli kişi geyimlərinin də istehsalına qərar verir. 1953-cü ildə fabrikdə ilk kişi kostyumları tikilir. 1967-ci ildə şirkət Huqo Bossun nəvələri Uve və Yoxan Holinin əlinə keçir. 1975- ildə qardaşlar şirkətə modelyer Vernera Baldessarini dəvət edirlər. Bunun nəticəsində bütün dünyada sensasiya yaradan kostyumlar dizayn edilir.

“Hugo Boss” brendi yaranır

Məhz Uve və Yoxan Holi babalarının miras qoyduqları biznesi yüksəldirlər. Huqo Bossun adını şirkətə verirlər. “Hugo Boss” adı kimi özündə səliqəni əks etdirməklə bərabər bütün dillərdə gözəl səsləndiyindən qısa müddətdə məşhurlaşır. 1985-ci ildə şirkət birjaya daxil olur. 1991-ci ildə baş səhmdarı Marçotto olur. 1993-cü ildə Holi qardaşları konserni tərk edirlər.

Şirkətin bazar kapitalizasiyası 2007-ci ildə 3 milyard avro təşkil edib

Şirkətin ana hissədarı italyan şirkəti “Valentino Fashion Group”dur. “Valentino Fashion Group”a “Hugo Boss”un səhmlərinin 50,9 faizi aiddir.. Adi hissə sənədləri isə 78,8 faizdir. Şirkətin bazar kapitalizasiyası 2007-ci ildə 3 milyard avro təşkil edib. Brendlə bağlı daha bir vacib məqam əsas istehsal obyektinin İzmirdə yerləşməsidir. 2005-ci ildə işçilərinin ümumi sayı 7,7 min nəfər təşkil edib. 2006-cı ilin 9 ayında şirkətin dövriyyəsi 1,2 milyard avroya çatıb. Təmiz gəliri 132,5 milyon avro təşkil edib.

2009-cu ildə şirkətin dövriyyəsi 1,562 milyard, əməliyyat gəliri 158,4 mln avro olub. Xalis gəliri 104,0 mln avro təşkil edib. Həmin ildə işçilərin sayı 9030 nəfər olub. Hazırda şikətin rəhbəri Buruno Zelserdir. “Hugo Boss”un 110 ölkədə ən az 6100 satış nöqtəsi var. Brend 1,000-dən çox mağaza və “franchise” dükanı ilə təxminən 330 pərakəndə mağazaya malikdir.

“Hugo Boss” ətirləri

“Hugo Boss” brendi altında parfumeriya Procter & Gamble-in lisenziyası ilə istehsal edilir. “Hugo Boss”un məşhur “Hugo Boss Number One” ətri isə 1985-ci ildə istehsal olunub. Hazırda “Hugo Boss” 42 növdə ətir istehsal edir. Onu da bildirək ki, parfumeriya reklamlarında Hollivud aktyorları Rayan Reynolds, Cared Leto, Conatan Ris-Mayres yer alıblar.

Brendin məşhur xətləri

Müasir kişi “Hugo Boss”da həyatının bütüh halları üçün paltar tapa bilər. “Black Lable” işgüzar adamlar üçün, “Orange Lable” əsasən sərbəst geyimə üstünlük verənlər nəzərdə tutulub. Lüks geyimlər isə brendin “Baldessarini” xəttindədir. İdman geyimlərinin daxil olduğu “Green Lable” qolf oynayanlar üçündür. Brend qadın geyimlərinin istehsalına 2000-ci ildə başlayıb. Göstərilən tarixdə işgüzar qadınlara hesablanan “Boss Woman” kolleksiyası təqdim edilib. Bir müddət əvvəl moda evi 2-12 yaşına qədər uşaqlar üçün nəzərdə tutulan geyim istehsalını nəzərdən keçirirdi.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm