“İstedad vacibdir, lakin ehtiras daha önəmlidir”
Bizi izləyin

Brendlərin tarixi

“İstedad vacibdir, lakin ehtiras daha önəmlidir”

“İstedad vacibdir, lakin ehtiras və həyata maraq daha önəmlidir”. Bu sözlərin müəllifi əvvəlcə incəsənətə, sonra memarlığa maraq göstərsə də sonda geyim dizayneri olmağı qərara alıb. Halbuki özü insanın paltarsız, təbii, daha gözəl olduğunu deyir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Tom Ford” brendinin necə yarandığını təqdim edir:

Xanım, nə gözəl qızınız var

Qeyd edək ki, brendin sahibi Tomas Karlayl Forddur. Tom 1962-ci ilin 27 avqustunda Texas ştatında anadan olub. Valideynləri Tom Forda və Şirli Baton relitor işləyib. Tomasın uşaqlığı San-Markosda keçib. 11 yaşı olanda ailə Nyu Meksikaya köçüb. Nəzərə çatdıraq ki, hələ uşaqlıqdan Tom digər yaşıdlarından seçilib. Məsələn, 18 yaşına qədər onun uzun saçları varmış. Hətta bu valideynlərinin xoşuna gəlməzmiş: “Anamla hara gedirdiksə, hamı ona "sizin nə gözəl qızınız var" deyərdi”.

14 yaşımda artıq sekslə məşğul olurdum

“Yeniyetməlik dövründə Amerikan futbolu oynamırdım. Buna görə də populyar oğlan deyildim. Lakin 14 yaşında məşhurlaşdım. Çünkü gözəl xarici görünüşə malik idim. Nəyisə məqsədli etmirdim, amma qızların xoşuna gəlirdim. Artıq 14 yaşımda onlarla sekslə məşğul olurdum”.

Təhsil üçün Nyu- Yorka gedir

17 yaşında uzun saçlı Tom təhsil almaq məqsədilə sərbəst şəkildə Nyu-Yorka üz tutur. Universitetə qəbul olunur. Əvvəlcə diqqətini incəsənət fakultəsi çəkir. Amma bir qədər sonra fikrini dəyişərək universiteti atır və memar olmağı qərara alır. Bunun üçün “Parsons School”a daxil olur.

Bu zaman artıq o, “Studio 54”-də məşhur idi. Yeri gəlmişkən, “Studio 54” Fordun cinsi orientasiyasını dəqiqləşdirməsində böyük rol oynayır. Tom homeseksual olduğunu dərk edir: “Qız dostlarım olub. Düzdür, mənə onlarla xoş idi. Lakin kişilərə daha çox üstünlük verirəm. Seksdə cinsi ayrılıq yoxdur”.

Bu arada Tom interyer dizayneri də olmur. Parsons School-da təhsil aldığı son illərdə hədəfini dəyişərək geyim dizaynına yönəlir. Bunda “Chole”nin press-ofisində interaturanı keçmək üçün il yarımlıq getdiyi Parisin rolu böyük olur. Məhz Parisdə o, anlayır ki, dəb onun beynində, ürəyində daha dərin yerə sahibdir, nəinki interyer dizaynerliyi.

Reklamlara, seriallara çəkilir

Tom cəlbediciliyi, gözəl vücudu ilə daim seçilirdi. Buna görə, hələ təhsil aldığı illərdə onu reklamlara, seriallara çəkirdilər: “İlk dəfə Parisin küçələrində gəzərkən ağladım. Hər şey o qədər gözəl idi ki! Moda sənayesində işləməyə başlayanda yeganə istəyim var idi - dünyanın ən yaxşı dizayneri olmaq. Ümumiyyətlə, ən yaxşı ambisiyası olmayan insanları başa düşmürəm”.

Həmin ərəfədə Fordun geyim dizaynı ilə bağlı heç bir anlayışı yox imiş. Keti Xardviklə tanışlıq onun köməyinə gəlir.

1986-cı ildə tanınmış dizaynerin yaradıcı komandasında işləməyə başlayır: “Xardvik bir dəfə mənə ətək eskizi hazırlamağımı tapşırdı. Tez Bloomingdales-ə qaçdım və orda ətəklərə baxaraq lazımi konturları götürdüm”.

Liftdə bir neçə dəqiqə…

Həmin ərəfədə 25 yaşlı Fordun həyatının başlıca tərəfdaşı, “Women's Wear Dailiy” jurnalının direktoru Ricard Bakli ilə tanışlığı baş tutur. Tom həmişə açıq şəkildə etiraf edir ki, Baklinin həyatının məhəbbəti olduğunu anlaması üçün liftdə bir neçə saniyə bərabər olmaları yetir:

“26 ildir Riçardla birlikdəyik. Möhtəşəmdi. Halbuki düşünürdük ki, homoseksuallar uzun illər birlikdə yaşamırlar. Və öz-özümə sual verirəm: niyə?”

1988-ci ildə Ford Perri Ellisu ilə işləyir.

Batmış “Gucci”ni dirçəldir

29 yaşını tamamlayan Ford 1990-cı ildə okeanının o biri tərəfinə keçir. O, İtaliyaya üz tutur. “Gucci” şirkətində qadın geyimlərinin dizayneri kimi işləməyə başlayır. Qeyd edək ki, həmin ərəfədə şirkət bir ilə 340 milyard lira itirmişdi. T.Fordun şirkətə gəlişi böyük canlanma yaradır. Dizayner 1992-ci ildə “Gucci”nin bədii, 1994-cü ildə kreativ rəhbəri olur. Bu vəzifələr Tomun “Gucci”nin bütün geyimlərinin bədii konsepsiyasının hazırlanmasına rəhbərlik etməsi demək idi. O, həmçinin şirkətin imicinə - reklamlara, dükanların dizaynına cavabdeh idi. 1995-ci ildə “Gucci”nin gəlirləri 87 faiz qalxır.

1996-cı ildə Amerika Moda dizaynı Şurası Tom Fordu ilin dizayneri elan edir. 1997-ci ildə People jurnalı Tom Fordu dünyanın ən gözəl 50 insanının siyasına daxil edir. Yazılanlara inansaq, Fordun cəlbediciliyi bütün qadınların diqqətini çəkir:

“Bəzən kənardan baxıb düşünürlər ki, hər şeyi asan əldə edirəm. Lakin həqiqət heç də belə deyil. Vaxtımın və gücümün böyük hissəsini hər şeyin mükəmməl olmasına sərf edirəm. Tutduğum mövqedə qalmaq üçün daim mübarizə aparmalıyam. Qələbə qazanmağı, müvəffəq olmağı sevirəm. Hər gün işə müharibəyə gedər kimi gedirəm. Ona görə tam hazır olmalıyam”.

Çox içirdim

Ford bir zamanlar çox içirmiş:

“Artıq 4 ildir içmirəm. Özümü layiqli aparıram. İndi həqiqəti insanların üzünə qarşı söyləməyi bacarıram. Dizayner işi havadan əhval alıb onu insanların ala biləcəyi maddi bir şeyə çevirmək deməkdir”.

2000-ci ildə “Gucci” “Yves Saint Laurent”in idarə səhmlərini satın alır. Bundan sonra Ford həm bə bu brendin kreativ direktoru olur. Lakin dizayner həmin vaxtları yada salmağı xoşlamır:

“Əvvəllər İv çox dostcasına idi. Lakin işlər yaxşıya doğru istiqamət aldıqca, satışlar artdıqca İv həsəd aparmağa başladı. Məndə onun yazdığı məktub qalmaqdadır. Məktubda “30 dəqiqəlik göstəridə sən mənim 40 il əmək verib yaratdığım işi məhv etdin” - deyə bildirilirdi. Həmin anı həyatımın ən pis dövrü kimi xatırlayıram. Həmişə göstərilərə kino kimi yanaşmışam”.

Öz brendini yaradır

Tom Ford özünün brendini 2005-ci ildə yaradır. İlk əvvəl qadın eynəyi kolleksiyasını hazırlayır. Bir qədər sonra “Estye Lauder” ilə birlikdə kosmetika xəttini buraxır. Bura Tom Ford pour Estye Lauder kolleksiyası ilə ətirlər daxil olur. Brendinin reklam roliklərində Tom cəmiyyəti təəcübləndirməkdən çəkinmir. Kimə də olmasa, ona böyük uğurun sirləri bəllidir. Dizayner 2006-cı ildən kişi geyimləri kolleksiyası istehsal etməyə başlayır. Hansı ki bura ayaqqabı, paltar, aksessuarlar daxil idi.

Özünün ilk butikini isə 2007-ci ildə açır. 2008-ci ildə Torontoda, 2009-cu ildə Moskvada dükanlarını yaradır. Hazırda brendin 100 dükanı var.

T.Ford 2009-cu ildə özünün yeni ətrini “Bois Marocain”i buraxır. Həmin ilin yayında opera geyimləri kolleksiyasını “Məktubu” istehsal edir. Həmişə paltarsız bədəni xoşlamışam. İstər qadın, istərsə də kişi. Təbii gözəllik. Evə gələn kimi əynimi soyunuram. Hər şeyi demək olar ki, lüt halda edirəm. Məndə çoxlu lüt qadın və kişi rəsmləri var. Qadınların rəsmlərini divara yapışdırsam da kişilərin cinsiyyət orqanlarını divara vurmaq çətin məsələdir”.

Kinemotoqraf

T.Ford 2008-ci ildə özünü kinemotoqraf kimi sınayır. “Tənha kişi” filminin rejissoru olur: “İlə 16 kolleksiya hazırlayır, 8 dəfilə təşkil edirəm. Yeni geyimlər, ayaqqabılar, aksesuarlar təqdim edirəm. İndi mənim başqa biznesim var. İstəmirəm məndən sonra muzeydə ancaq geyimlər qalsın”.

Açıq homoseksual

Onu da bildirək ki, Tom Ford açıq homoseksualdır. Onun tərəf müqabili Riçard Baklidir. R.Bakli bir müddət xərçəngdən əziyyət çəksə də sağalıb. Onlar artıq 26 ildir birlikdədirlər. 2012-ci ilin 23 sentyabrında onlar surroqat ananın vasitəsilə valideyn olublar. Oğlanlarının adı isə Aleksandr Con Bakli Forddur. Hazırda dizayner oğlu və əri ilə birlikdə Londonda 19-cu əsrə aid malikanədə yaşayır.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm