Hamının “iblis” dediyi milyonçunun qəribə həyat hekayəsi
Bizi izləyin

Brendlərin tarixi

Hamının “iblis” dediyi milyonçunun qəribə həyat hekayəsi

Ona “iblis” deyirdilər... Həqiqətən də ömrünün son günlərində Con Rokfeller dəhşətli dərəcədə şeytana bənzəməyə başladı. Keçəlləşmişdi. Nə qaşı, nə kirpikləri, nə də bığları var idi. Nazik dodaqları, kəskin baxışları insanı vahiməyə salırdı.

Məktəbə bitirməyə hövsələsi çatmadı

Ölümündən qabaq Rokfeller dostu ilə söhbət zamanı bildirir ki, yəqin o dünyada görüşərlər. İkinci diksinərək cavab verir ki, “yox, o dünyada səninlə yüz faiz görüşməyəcəyik”. Çünki o zamanlar hamı fikirləşmədən Conu cəhənnəmə “göndərirdi”.

Con Rokfeller Nyu-Yorkda 1839-cu ildə anadan olub. Tərbiyəsi ilə anası məşğul imiş. Biznes isə bu ailənin ənənəsi olub. Rokfellər balaca vaxtı böyük konfet alıb, onu balaca hissələrə bölür, bu xırda konfetləri bacılarına satırmış. 7 yaşından isə bəslədiyi hinduşkaları qonşularına satmağöa başalyıb. Qazandığı 50 dolları isə ildə 7 faiz gəlirlə sələmə verib.

Başı alverə qarışan Rokfellər məktəbi tam unutmuşdu. 16 yaşında 3 aylıq mühasiblik kurslarını bitirən Con Klivlendə iş axtarmağa başlayır. 6 həftəlik axtarışlardan sonra Rokfeller “Hyut və Tattl” kompaniyasında mühasib köməkçisi kimi işə düzəlir. Əvvəl 17 dollar məvacib alan Conun maaşı bir müddət sonra 25 dollara kimi yüksəlir.

Bir sent belə israf etmək istəməyən Con ilk maaşına balaca qeyd kitabçası alıb, ora xərclərini yazmağa başlayır. 4 ilə 800 dollar yığan Con atasından da 1000 dollar borc alıb özünə ticarət mərkəzini açmaq fikrinə düşür.

Buruq qurğusu

Yeni kompaniyanın dirçəlməsinə ABŞ-da 1861-1865-ci illərdə baş verən vətəndaş müharibəsi kömək edir. Döyüşən ordular vacib vəsaitlər üçün pul xərcləməkdə xəsislik etmirdilər. Müharibənin sonunda isə Pensilvaniya ştatında neft mədəni açdılar. Bununla da şəhər neft həyəcanı içində yaşamağa başladı. 1864-cü ildə isə Rokfeller və şəriki Klark Pensilvaniya neftini demək olar ki, ələ keçirmişdilər. Bir il sonra Con yalnız neft üzrə məşğul olmaq təklifini irəli sürsə də, Klark buna etiraz edir. Con isə 72 500 ABŞ dollarından keçib şəriyinin də hissəsini ələ keçirir və bütünlüklə neftin “içinə girir”.

Vətəndaş müharibəsindən sonra Birləşmiş Ştatlarda iqtisadi inkişaf müşahidə edildi. Kerosin və sürtkü yağlarına olan tələbatın artması Rokfeller kompaniyasının illik gəlirini 2 milyona kimi qaldırdı.

Uşaqları Rokfellerlə qorxudurdular

Qaşqabaqlı görünüşü, kəskin davranışları Rokfeller obrazına olan nifrəti daha da artırırdı. Jurnalistlər, mətbuat onu rahat buraxmırdı. Rokfellerin sahibi olduğu “Standart Oil” şirkəti haqqında ilk araşdırma yazı “Atlantik moneli”adlı jurnalda çıxmışdı. Yazıya maraq jurnalın tirajının 7 dəfə qalxmasına səbəb olmuşdu. Maqnatı inhisarçılıqda, rəqiblərinə qalib gəlmək üçün çirkin yollar tutmaqda ittiham edirdilər. Amerikalı analar uşaqları Rokfellerlə qorxudurdular. Özü isə bütün baş verənlərə susmaqla cavab verirdi. “Cəmiyyət bizim şəxsi müqavilələrimizə qarışa bilməz” – bunu bir dəfə verdiyi müsahibələrinin birində dilə gətirmişdi.

Siyasətçiləri pulla alırdı

“Standart Oil”in inhisarçılıqda ittiham olunması bir çox siyasətçilərin şirkət əleyhinə çıxışlarına səbəb olurdu. XIX əsrin sonlarından başlayaraq, Rokfeller siyasətçiləri pul hesabına öz tərəfinə çəkməyə başladı. Həm demokratçıları, həm də respublikaçıları ələ almağa kifayət qədər pul var idi. “Standart Oil” leqal yolla respublikaçı sentor Oqayonun bütün məsrəflərini ödəyirdi. 1890-cı ildə bu ödəmə 44 500 dollara çatmışdı. “Amerikanın əsas demokrat lideri” ləqəbini qazanmış Texas senatorunu ələ almaq üçün Rokfeller ona Dallasdan uzaq olmayan iri bir malikanə almışdır.

Ruzveltin düşməni

1901-ci ildə Ruzvelt vitse-prezident olan zaman tələbatçıların şərtlərinə baxacağına iri biznes sistemlərinə nəzarətin gücləndiriləcəyinə və sosial ədalətin yaradılacağına söz vermişdi. Buna görə də Ruzvelt “Standart Oil”ə qarşı tənqidi çıxışlar etməyə başladı. 1906-cı ildə Ruzveltin tapşırığı ilə aparılan araşdırma zamanı azad satış bazarında etdiyi inhisarçılığa görə “Standart Oil”ə qarşı məhkəmə işi açıldı. Ruzvelt özü “Standart Oil”in bütün direktorlarını “Ölkənin ən böyük cinayətkarları” adlandırırdı. Elə həmin il federal məhkəmə “Standart Oil”şirkətinə 29 milyon dollar məbləğində cərimə yazdı. Cərimə kerosin və neft üzərində qeyri-hüquqi endirimlər edildiyi üçün idi.

Rokfellər bu xəbəri alanda dostları ilə qolf oynayırdı. Ona verilən məktuba sakitcə baxıb, cibinə qoydu. “Davam edək, dostlar”-deyib bütün fikrini oyuna cəmlədi. Dostlarının biri vəziyyətdən xəbərdar olub, cərimə barəsində Rokfellərdən soruşanda, o, soyuqqanlıqla cavab verdi: “Heç bir cərimə almayacaqlar”. Doğrudan da, “Standart Oil” heç bir cərimə ödəmədi.

38 hissəyə böldülər

1911-ci ildən “Standart Oil” fəaliyyətini dayandırdı. Onun yerində isə 38 ayrı şirkət quruldu. Con Rokfellər isə hər bir şirkətdə öz haqqını qoruyub-saxlaya bildi. Rokfellər məhkəmin bu qərarını susqunluqla qəbul etdi. İllər sonra nəvəsi bu barədə diplom işi üçün Rokfellərdən müsahibə almaq istəsə də, Con bu barədə danışmayacağını bildirdi.

1917-ci ildə Rokfellerin şəxsi büdcəsi 1 milyard dollara yaxın idi. Ömrünün sonlarında isə o 16 dəmirtökmə, 6 poladqayırma kompaniyasının, 9 bankın, 6 gəmiçilik zavodunun sahibi idi.

100 ...

Onun cavanlğında iki arzusu vardı: Yüz min dollar qazansın və 100 yaşına kimi yaşasın. 98 yaşına iki ay qalmış dünyasını dəyişən Rokfellər bir arzusuna tamlıqla çata bildi... Onun adı indi də dünyanın ən varlı insanları sırasında hallanır.

Səltənət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm