Seksual alt geyimlərinin yaradıcısı ad günündə özünü körpüdən atdı - VİDEO, FOTOLAR
Bizi izləyin

Brendlərin tarixi

Seksual alt geyimlərinin yaradıcısı ad günündə özünü körpüdən atdı - VİDEO, FOTOLAR

O, qadın alt geyimləri brendinin yaradıcısıdır. Həyat yoldaşına alt paltarı seçərkən bazarın qıtlığı səbəbindən öz brendini yaratmağı qərara alıb. 5 il ərzində çox böyük uğurlara imza atsa da tale sona qədər üzünə gülməyib. Əvvəlcə yaratdığı brendi satıb. Daha sonra isə doğulduğu gün özünü körpüdən ataraq intihar edib.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Victoria’s Secret”in yaranma tarixçəsini təqdim edir:

Qız bürcünün möhtəşəm istedadı

Roy Reymond 1947-ci ilin 26 avqust ayında Amerikada anadan olub. Tafta Universitetini və Stenfordski yüksək biznes məktəbini bitirib. 1977-ci ildə Reymond həyat yoldaşına qəşəng alt geyimi hədiyyə etmək istəyir. Bu məqsədlə dükana yollanır. Ancaq seçim edə bilmir. Çünki bir çox kişi kimi qadın alt geyimi haqqında geniş məlumatlı deyildi. Satıcılar da kişi alıcılarla davranışı bacarmırdılar. Roy Reymond mağazalardan əli boş, beyninda isə inqilabi ideyalarla dolu qayıdır. 1977-ci ildə Stenfordski Ticarət Mərkəzində özünün “Victoria’s Secret” adlı ilk mağazasını açır. Hansı ki, orada qadın alt geyimləri satışı həyata keçirilir. Bu arada yazılanlara inansaq, Reymond dükan açmaq üçün bankdan və qohumlardan ayrı-ayrılıqda 40 min dollar borc götürür. 80 min dollara dükan açır.

“Victoria’s Secret”i satır

“Victoria’s Secret” mağazasının interyeri həddən artıq rahat idi. Alt geyimləri təkcə rəflərdə deyil, manikenlərdə də sərgilənirdi. Bir sözlə dükana gələn alıcılar Reymondun bir zamanlar başına gəldiyi kimi seksual geyimlərlə bağlı suallarda çətinlik çəkmirdilər. 5 il ərzində Roy biznesini kifayət qədər inkişaf etdirir. Geyimlərin kataloqlarını hazırlayan Reymond kataloqlarla da xidmət göstərməyə başlayır. Mühafizəkar dünya görüşünə sahib qadınlar artıq evdən çıxmadan da “Victoria’s Secret”dən alt geyimləri sifariş verə bilirdilər. İş adamı bir ildə nə az, nə çox 500 min dollar qazanır. Getdikcə işini genişləndirir və daha 3 mağaza açır. Lakin həyat Reymondun üzünə çox gülmür. İş adamı gözə gəlir. Maliyyə çətinliyi səbəbindən 1982-ci ildə “Victoria’s Secret”ə alıcı axtarmağa start verir. Nəticədə şirkəti daha bir qadın alt geyimləri şəbəkəsi olan “The Limited”in sahibi Lesli Veksneruya 4 milyon dollara satır. Əldə etdiyi məbləği yeni biznesə qoymağa qərar verir.

Uşaq geyimi dükanları iflas edir

“Victoria’s Secret”i satdıqdan sonra iş adamı 1984-cü ildə uşaq geyimləri sektoruna can atır. Lakin bu səhədə bəxti gətirmir. Belə ki, açdığı “My Child’s Destiny” dükanı 1986-cı ildə iflasa uğrayır. Lesli isə artıq “Victoria’s Secret”i satın almaqla udur. Məhz o, bu brendi bazarda ən aparıcı brendə çevirir. “Victoria’s Secret” in dükanlarının sayı az müddətdə 6-ya çatır. 6 dükan və 42 səhifəlik kataloqla şirkətin illik gəliri 6 milyon dollar təşkil edir. Lesli böyük əmək sərf edərək kişi alıcı auditoriyasına deyil, qadınlara üstünlük verməyə başlayır.

Mələk cildində modellər

1990-cı ildə artıq “Victoria’s Secret” alt geyimləri satışını həyata keçirən böyük setə çevrilir. Bu brend altında təkcə alt geyimləri deyil, çantalar, ayaqqabı, aksessuar, üst geyimləri istehsal edilməyə başlanılır. 1990-cı ildən başlayaraq “Victoria’s Secret” brendi altında paltarların Nyu York, Milan, Paris podiumlarında nümayişləri keçirilir. Bu məqsədlə bir neçə məşhur modellə müqavilə imzalanır. Modellər alt geyimlərini mələk cildində təqdim edirlər. İlk mələk cildində model podiuma 1998-ci ildə çıxır.

12 milyon dollara alt geyimi

1996-cı ildə şirkət imkanlı alıcıları cəlb etmək üçün “Very Sexy Fantasy Bra” kolleksiyası adı altında qızıl və bahalı daş-qaşlarla bəzədilmiş alt geyimləri ilə aksesuarları bazara çıxarır. İndiyə qədər də hər yaz fəslində moda nümayişlərində “Victoria’s Secret” özünün yeganə ekzemplyarda yeni komplektini təqdim edir. “Very Sexy Fantasy Bra”-da məhsulların dəyəri isə fantastikdir. Konkret qiymətlər 1 -12 milyon dollar arasında dəyişir (kolleksiyanın ümumi dəyəri 100 milyon dollardır).

Məsələn, Adriana Limanın 2010-cu ildə nümayiş etdirdiyi “Bombshell” alt geyiminin dəyəri 2 milyon dollar olub. Qeyd edək ki, bu geyim brilyantla bərabər tapaz, sapfir qaşları ilə bəzədilmişdi. Kendis Sveynpolun 2013-cü ildə geyindiyi "Royal Fantasy Bra" alt geyiminin dəyəri isə 10 milyon dollar təşkil edirdi. Bu geyimin üzərində 4000 bahalı daş-qaş var idi. Yeri gəlmişkən, kolleksiyanın buraxıldığı 14 il ərzində kimsə milyon dollarından keçib alt geyimi almayıb.

“Pink” markası

“Victoria’s Secret” moda evi 2004-cü ildə özünün populyarlığının pik nöqtəsində “Pink” markası altında qadınlar üçün istirahət geyimləri istehsal edir. İlk əvvəl çimərlik geyimləri yetkin qadınlar üçün nəzərdə tutulsa da bir qədər sonra moda evi gənclərin də zövqünü oxşamağı qərara alır.

İllik dövriyyəsi 3.5 milyard dollardır

2009-cu maliyyə ilində bazar dəyəri 5 milyard dollar həcmində qiymətləndirilir. Bu gün “Victoria’s Secret” brendi Amerikada qadın alt geyimləri sektorunda lider sayılır. Eləcə də dünyanın geyim və aksesuar biznesi sahəsindəki 10 ən nəhəng şirkətdən biridir. Hazırda 50-dən çox ölkədə “Victoria’s Secret” in dəbli butikləri açılıb. Şirkətin illik gəliri 3,5 milyard dollar həcmində dəyərləndirilir. Yüksək nəticənin əldə edilməsinin əsas səbəbi isə son 10 ildə fasiləsiz öz məhsullarını internet üzərindən reklam etməsidir. “Victoria’s Secret”in “Ebay”, “Amazon”, hətta sosial şəbəkə olan “Factbook”da dükanları var. Şirkəti rəhbəri Lesli Veksneruyadır.

Seksual alt geyimlərinin yaradıcısı intihar edir

Bədbəxt Roy Reymonda gəlincə, bizneslə bağlı bir neçə uğursuz cəhdən sonra özünə inamı itirir. 1993-cü ildə 26 avqustda, məhz doğum günündə Roy Reymond San Fransizkodakı Golden Gate Bridge körpüsündən özünü ataraq intihar edir. Onun cəsədini 1 həftə sonra tapırlar.

Viktoriya kimdir?

Yaradıcı dükana “Victoria’s Secret” adını 19-cu əsrdə İngiltərəni idarə edən kraliça Viktoriyanın şərəfinə verir. Qeyd edək ki, kraliça özünün karsetləri , qadın bədəninin qurluşunu əks etdirən seksual geyimləri ilə həmişə diqqət çəkirdi. Əri Albert gənc yaşlarında ölməsinə baxmayaraq, kraliçanın qadın kimi özünə daim fikir verməsi onu cəmiyyət üçün sirli edirdi. Məhz bundan da ilhamlanan Roy Reymond yaratdığı brendə “Victoria’s Secret” adını verir.

“Victoria’s Secret”in mələkləri “Forbes”də

2008-2009-cu il ərzində gəlirlərinin həcminə görə, “Forbes” in siyahısına düşən 11 modeldən üçü- Adriana Lima, Dautsen Krez və Alessandra Ambrosio “Victoria’s Secret”in “mələkləri” sayılırlar. Ümumiyyətlə, bir çox modellər “Victoria’s Secret”in geyimlərinin nümayişini ediblər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm