"Qaranlığı gözlə" - VİDEO - FOTOLAR
Bizi izləyin

Bu kino ki, var...

"Qaranlığı gözlə" - VİDEO - FOTOLAR

"Bu kino ki, var" layihəsi sizə əvəzedilməz aktrisa Odri Hepbernin ən sevilən bir neçə filmini təqdim edir...

"Roma tətilləri", 1953-cü il.

Kinematoqrafiyada ilk uğurlu addımını Odri Hepbern məhz "Roma tətilləri" filmi ilə atdı.
"Roma tətilləri" bir şahzadənin Romadakı macəralarından bəhs edir. Filmin süjet xəttində qeyri-adi heç nə yoxdur, hər şey çox sadədir, hadisələr səssiz-səmirsiz bir-birini izləyir. Ancaq məhz bu sadəlik, hətta belə demək olarsa, sadəlövhlük adıçəkilən filmi qiymətsiz edir...

Filmin ağ-qara olmasını tamaşaçı son ana qədər hiss etmir. "Roma tətilləri"ni canlı edən bir neçə detal var. Bunlar təkrarolunmaz, Odri Hepbern, istedadlı və çox yaraşıqlı Qreqori Pek və əsrlərin şəhəri olan Romadır...

Film boyu Odrinin incə təbəssümü tamaşaçını məftun edir...
Şahzadə Anna roluna görə aktrisa "Oskar", "Qızıl Qlobus" mükafatlarına layiq görülür, film özü isə əfsanəyə çevrilir...

***

***

"Tiffanidə səhər yeməyi", 1961 –ci il.

Yazıçı Trumen Kapotenin eyniadlı romanı əsasında çəkilmiş "Tiffanidə səhər yeməyi" birmənalı olaraq, XX əsrin ən gözəl filmləri siyahısında yer alıb.
Nəhəng və möhtəşəm Nyu-York şəhəri... "Tiffanidə səhər yeməyi" filmi ekranlara çıxar-çıxmaz milyonlarla turist Nyu-York şəhərinə axışdı. Filmin qəhrəmanları daim varlı sevgili axtarışında olan yelbeyin gözəlçə və varlı qadınların hesabına yaşayan yazıçıdır...

Film boyu dəbli geyimləri ilə gözqamaşdıran Odrinin şən, həyatsevər qəhrəmanı Holli Qolaytli özünəməxsus həyat fəlsəfəsi ilə tamaşaçını güldürür, çox vaxt isə düşündürür... Hər iki qəhrəman sonda hisslərinə təslim olur...

***

***

"Milyonu necə oğurlamalı", 1966-cı il.

Gözəl Odri Hepbern və Piter O’Tulun iştirakı ilə daha bir romantik komediya. Bu filmə əhvalınız olmayanda baxın, ruhunuza bir hüzn gələcək.

***

"Qaranlığı gözlə", 1967-ci il.

"Qaranlığı gözlə" filmi Odrinin yaradıcılığında horror janrında olan ilk və son filmdir. Filmin rejissoru Terens Yanqdır. Tənqidçilər bu filmi Xiçkokun çəkmədiyi ən yaxşı horror filmi hesab edir.
"Qaranlığı gözlə"-nin qəhrəmanı avtomobil qəzasından sonra kor olan Syuzidir. Bu filmlə Odri eyniamplualı aktrisa olmadığını sübut etdi...

***

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm