"Kinonu öpmək olmur axı..." - VİDEO
Bizi izləyin

Bu kino ki, var...

"Kinonu öpmək olmur axı..." - VİDEO

"Bu kino ki, var" - Jan-Lyuk Qodar...

"Kinoda belə qəzaların əksəriyyəti "Oskar"a layiq görülür..."

"Qarışqalardan yaxşı başı çıxan sərtqanadlılar haqda heç nə deyə bilməz..."

Fransalı rejissor, ssenarist Jan-Lyuk Qodarın 10 ən məşhur filmi:

"Son nəfəsdə" (1960-cı il)
"Qadın qadındır" (1961-ci il)
"Öz həyatını yaşamaq" (1962-ci il)
"Nifrət" (1963-cü il)
"Autsayderlər dəstəsi" (1964-cü il)
"Dəli Pyero" (1965-ci il)
"Onun haqda bildiyim bir-iki şey" (1966-cı il)
"Film sosializm" (2010-cu il)

Jan-Lyük Qodarın kino barədə fikirləri:

Filmlərimi zamanı qısaltmaq üçün çəkirəm...
Mən burjua filmləri çəkən rejissor kimi başlamışam, çünki özüm də burjua ailəsindən çıxmışam. Qarışqalardan yaxşı başı çıxan sərtqanadlılar haqda heç nə deyə bilməz...

Mən "xalq hakimiyyəti devirir" adında bir film çəkmək istəyirəm. Birinci hissə: Sosialistlər hakimiyyəti ələ keçirir. İkinci hissə: Qadınlar sosialistləri devirir. Üçüncü hissə: Uşaqlar qadınları devirir. Daha sonra isə heyvanlar uşaqları devirir.

Dəqiq deyə bilmərəm, ancaq zənn edirəm ki, filmin büdcəsi üç yüz - dörd yüz milyon arası təşkil edəcək. Bu məbləği heç "Xaç atası"nın yaradıcıları da qazanmayıblar. Bundan belə nəticəyə gəlirəm ki, bu filmi çəkmək mümkün deyil.

"Yeni dalğa" ucuz film hesab olunur. Bu, sadəcə, yaxşı filmdir.İndi hamı necə film çəkmək lazım olduğunu bilir. Belə zənn edirlər... Əgər həmin insanlar təyyarə mühəndisliyi ilə məşğul olsaydılar, təyyarə qalxdığı andaca yerə çırpılardı. Prinsipcə, kinoda belə qəzaların əksəriyyəti "Oskar"a layiq görülür.

Los- Anceles –böyük qarajdır.

Həmişə fransız kinosuna pulu olmadığına görə, Amerika kinosuna isə ideyası olmadığına görə, yazığım gəlib.
Şəkil – həqiqətdir. Kino isə bir saniyədə 24 kadr olan həqiqətdir.

Qürubun ən böyük sübutu incəsənətdir.

"Mədəniyyət" sözünü eşidəndə dərhal çek kitabçamı əlimə götürürəm.

Gənc və varlı olmaq – düzgün deyil. Qocalıq və var-dövlət daha uyğun kəlmədir.
Ən çox nəyi arzulayıram? Ölümsüz olmaq və ölmək...

Heç kimlə danışmıram. Əgər aktyorlarla da danışmamaq imkanım olsaydı, həqiqətən, tənha insan sayıla bilərdim.
Səyahət özü elə də vacib deyil, əsas səyahətə kiminlə çıxmağındır.

Filmə qarşı hər hansı bir hiss keçirmək mümkün deyil. Hissləri qadına qarşı keçirirlər. Kinonu öpmək olmur axı...

Pornoqrafiya sevgi səhnəsini nümayiş etdirə bilməyən kinonun gücsüzlüyünü sübut edir.

İncəsənət içimizdəki gizli hissləri üzə çıxarır, bununla da, bizi özünə cəlb edir.
Kino ilə televiziya arasındakı fərq göz qabağındadır. Kinoya gedəndə biz başımızı yuxarı qaldırırıq. Televizora baxanda isə başımızı aşağı salırıq.

Hər şey bitib. Vaxt vardı ki, kino cəmiyyətə müsbət təsir edirdi. Ancaq indi o zəmanə deyil.

Məndə belə bir təəssürat var ki, Hollivudda son 20-30 ildə filmləri klerklər, hüquqşünaslar və hesabdarlar çəkir.

Başqalarının çəkdiyi filmi tənqid etmək üçün sən özün film çəkməyi öyrənməlisən.

İstənilən filmdə başlanğıc, orta və son olmalıdır. Əlbəttə ki, bu ardıcıllıqla olmasa da, olar.

Özümü müasir kinematoqrafçı hesab edirəm, çünki hələ sağam.
Olum ya ölüm? – ümumiyyətlə, sual deyil.

Tarantino kinoşirkətini filmlərimdən birinin şərəfinə adlandırıb. Ondansa, mənə pul verərdi...

Kino - dünyada ən gözəl fırıldaqdır.

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm