Bu kino ki, var...
“Qadınla yatmaq üçün ona aşiq olmalıyam” – VİDEO - FOTOLAR
"Bu kino ki, var" layihəsi Adriano Çelentanonun ən məşhur filmlərindən biri olan "İnadkarın ram edilməsi"ndən seçilmiş sitatları təqdim edir:
"İnadkarın ram edilməsi" (Il Bisbetico domato)
Rejissor: Kastellano və Pippolo
Janr: Romantik komediya
Baş rollarda: Adriano Çelentano, Ornella Muti
– Qadına aşiq olmadan onunla yata bilmirəm.
– Neçə dəfə aşiq olmusan?
– Heç vaxt.
– Milanda görüşənədək.
– Yaxın vaxtlarda ora gələcəksən?
– Hə, tezliklə - üç-dörd ildən sonra.
– Elia? Peyğəmbərlərdən birinin adı, deyəsən, belə olub. Bəlkə,
siz gələcəyi də görə bilirsiniz?
– Çərənləməyə son qoymasanız, şorbanız soyuyacaq.
– Danışa bilərsiniz, amma mən sizi dinləmirəm.
– Deyəsən, heyvanları çox sevirsiniz.
– Sevirəm.
– Bəs insanları necə?
– Dözürəm, ancaq çox yox.
– İcazənizlə, özümü təqdim edim. Adım...
– Bununla da bitirək. Beynimi yükləmək istəmirəm.
– Elia kəndin bütün sakinlərini məhkəməyə verib!
– Hətta məni də.
– Siz kimsiniz ki?
– Hakim.
– Qayıtdım deyəm ki, sən anormal, ədəbsiz, qadınlara nifrət edən
kobud qanacaqsızın birisən.
– Başqa?
– Sən həm də lovğasan.
– Aydındır, mənə aşiq olmusan.
– Neçə yaşın var?
– Qırx.
– Heç deməzsən...
– Bilirəm.
– Mənim isə iyirmi beş yaşım var.
– Sənə də verməzsən.
– Əlbəttə.
– Mən elə bilirdim, iyirmi alt yaşın var.
– Hər axşam İsaya dua edirəm.
– Daha yuxarılara müraciət et.
– "Tac" otelidir?
– Yox, yanacaqdoldurma məntəqəsidir.
– Mən otaq sifariş etmək istəyirəm.
– Bura yanacaqdoldurma məntəqəsidir. Sizə benzin lazımdır?
– Vanna otağı olan birotaqlı nömrəniz var?
– Siz bir vanna benzin istəyirsiniz?
– Otaq yoxdur? İkinəfərlik də?
– Yağım var, istəyirsiniz?
– Aydındır, yer yoxdur...
– Heyvanlar sənə insan deyil. Onlarla razılığa gəlmək olur.
– Sən məni vurdun!
– Mən yox, vedrə.
– Mənim kostyumum barədə hələ heç nə deməmisən.
– Nə deməliydim ki?
– Belə güman edək ki, onu sənin üçün geyinmişəm. Xoşuna gəlir ya
yox? Fikrini söylə!
– Amma dünən də əynində bu idi.
– Yox, dünən başqası idi. Bu gün Valentinodan geyinmişəm.
– Valentinodan? Elə bilirdim, sənindir.
– Qulaq as, mənə başa sal – sən, həqiqətən, beləsən, yoxsa özünü
elə göstərirsən?
– Deməli, sənə tamamilə maraqsızdır, geyinikliyəm mən, yoxsa
yox?
– Bəli, maraqsızdır! (Liza əynini soyunur)
– Onda bütün axşamı belə gəzəcəm, xoşuna gəlir?
– Yox!
– Mənə görə utanırsan?
– Yox, sənin əvəzinə üşüyürəm.
– Qəfəsə düşən quşlar da gülür, amma gücsüzlük və qəzəbdən...
Aytən Cavanşir
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər