• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Onu görənlər özünü öldürür - Film, yoxsa həqiqət – FOTOLAR

Onu görənlər özünü öldürür - Film, yoxsa həqiqət – FOTOLAR

"Bu kino ki var..." layihəsi həqiqət üzərində hazırlandığı iddia olunan qorxu filmlərini təqdim edir. Hansı filmin nə dərəcədə həqiqətə uyğun olmasını gəlin birlikdə araşdıraq:

  1. "Cadu" (The Conjuring, 2013)

"Cadu" filmində ruh ovsunçuları olan Eda və Lorreyn Uorrenin məşəqqətli həyatından bəhs edilir. 1971-ci ildə ABŞ-ın Rod-Aylend şəhərində yaşayan Perron ailəsinin evində naməlum hadisələr baş verir. Evin içində qapılar öz-özünə açılır, bağlanır. Bundan sonra ruhlar insanlara hücum etməyə başlayır. Məqsəd isə 5 qız uşağının anasını ələ keçirib uşaqlarını öldürtmək olur. Guya bu, evin əvvəlki sahibinin lənətidir. Köməyə gələn Uorren ailəsi evi pis ruhlardan təmizləməyə nail olur.

Filmdə digər maraqlı personaj isə Annabel adlı kukladır. Annabel də cinlərə tutulub və Uorren ailəsi ətrafı qorumaq üçün onu demonik əşyaların arasına qoyur. Filmdə kukla otaqlardan birinə yerləşdirilir, sonadan isə naməlum səbəbdən onun yeri dəyişir. Onu hətta zibilliyə tulladıqda belə o, yenidən evdə peyda olur. Həqiqətdə isə Annabel kuklası o qədər də qorxunc deyil.

  • Perron ailəsi mövcud olub. "Cadu" filminin rejissoru Ceyms Van onlarla görüşərək müsahibə alıb. Perron ailəsinin iddiasına görə, qeyri-adi hadisələr adətən gecələr baş verib. Gerçək Perron ailəsindən alınmış müsahibə kameraya çəkilib və filmin treylerində ondan istifadə olunub. "Providence Journal" xəbər portalına müsahibə verən 5 uşaq anası, doğurdan da, cinə tutulduğunu iddia edir.
  • Ola bilsin, ailə bütün bunları şöhrət və pul üçün uydurub. Lakin unutmayaq ki, Annabel kuklasının özü mövcud olub.

  1. "Kəpənək adam" (The Mothman Prophecoes, 2002)

Filmdə oynayan aktyor Riçard Gir jurnalist kimi Qərbi Virciniyanın Point Plezant şəhərinə yollanır. O, şəhərə uydurulmuş personajın arvadı da ölüm qabağı gördüyü "kəpənək adamı" tədqiq etmək üçün gedir. Film istehsalçıları hadisələrin real faktlar üzərində qurulduğunu iddia edir. Film qəhrəmanı Riçard Gir isə naməlum varlığın sirrini açmaq və katastrofik hadisələrin qarşısını almağa çalışır.

  • Qərbi Virciniyada Point Pleazant şəhəri mövcuddur. Orada hətta, "kəpənək adama" heykəl də qoyulub. 1960-cı illərdə baş verən qorxunc hadisələr haqqında bugünədək də əfsanələr gəzir. 1966 və 1967-ci illərdə "kəpənək adam" dəfələrlə görünüb və bu hadisələr Con Kili kitab yazmağa ilhamlandırıb. Elə onun kitabı əsasında da film çəkilib. Kil hətta naməlum bir insanın ona zəng edərək hadisələri nəql etdiyini də bildirib. "Kəpənək adamı" görən şahidlərin əksəriyyəti Ohayo çayında baş verən faciəvi hadisədə həlak olub.
  • Qar adamı kimi, "kəpənək adam" da əfsanədir. Bu, yerli əhalinin uydurduğu nağıldır və indiyədək onun mövcudluğu sübut edilməyib.

  1. "Amitvildəki dəhşət" (The Amityville Horror, 1979)

Film Cey Ensonun "Amitvildəki dəhşət: Olmuş hadisə" kitabı üzərində qurulub. Kitab 1977-ci ildə Corc və Ketlin Luts ailəsində baş verən hadisələrdən bəhs edir. Filmdə ev katolik kilsəsinin keşişi tərəfindən təmizlənir, lakin keşişin özündə problemlər yaranır və nəticədə o, inamını itirir. Ailə bir neçə dəfə paranormal hadisələr yaşayır. Məsələn, onlar qaranlıqda qırmızı gözlər görür, evdə sirli otaq aşkar edir, divarlardan yapışqan palçıq axmağa başlayır. Bundan əlavə, sakinlər bu evdə qətlə yetirilmiş ailə haqqında yuxular görməyə başlayırlar. Luts evin şeytana sitayiş edən qəbilənin məzarlığı üzərində tikildiyini öyrənir.

  • Luts ailəsi Nyu-Yorkun Amitville şəhərində yerləşən evə köçməzdən bir il əvvəl burada qəddar bir qətl hadisəsi baş verib: Ronald DeFeo 6 ailə üzvünü evdəcə güllələyib. Filmdə göstərilən paranormal hadisələr – qırmızı gözlər, qorxulu yuxular, palçıq, sirli otaq. Ehtimal olunur ki, kitabda təsvir edilən hadisələr uydurmadır. Ronald DeFeonın vəkili olan Uilyam Veber 1979-cu ildə "People" jurnalına verdiyi müsahibəsində Luts ailəsi ilə "bir neçə qədəh şərab" içdikdən sonra hadisələri uydurduğunu deyib.

  • Veber və Luts ailəsi DeFeo ailəsinin faciəsindən istifadə edərək pul qazanmaq üçün hadisələri uydurub.

  1. "Konnektikutdakı ruhlar" (The Haunting in Connecticut, 2009)

Marketoloqlar filmin Snedeker ailəsinin Konnektikutda yerləşən evində baş verən paranormal hadisələr üzərində qurulduğunu iddia edirlər. Filmdə ailə xərçəngdən müalicə alan uşağın xəstəxanasına yaxın yerə köçür.Konnektikutdakı evə köçən ailə buranın əvvəllər basdırılma bürosu olduğunu eşitsələr də, orada baş verən hadisələri qulaqardına vururlar. Bundan sonra xərçəngdən müalicə alan Mett və onun ailəsi ruhları görməyə başlayır. Mett əvvəllər evdə medium tərəfindən keçirilmiş seans nəticəsində İonanın həlak olmasına səbəb olan ayinlərdən xəbər tutur. Guya, evin divarlarında gizlədilmiş cəsədlərin ruhları yaşayış yerində ailə ilə birgə məskunlaşıb. Ailəyə ruhlardan azad olmaq üçün meyitləri yandırmaq tövsiyə edilir. Ev yandırılır və Mett xərçəng xəstəliyindən azad olur.

  • Öncəgörənlərdən biri – Lorreyn Uorren də filmin real hadisələr üzərində qurulduğunu bildirib. Lorreyn evdə, həqiqətən də, ruhların mövcud olmasını iddia edib, lakin Rey Qarton 1992-ci ildə yazdığı "Qaranlıq yerdə: Həqiqi ruhların tarixi" adlı kitabında hadisələrin uydurma olduğunu bildirib. Qarton deyib: "Lorreyn mənə deyib ki, ona kömək üçün yaxınlaşan insanların hamısının dəlidir. O, ruhi xəstələrin "başına gələn" hadisələri mənə danışıb və bu hadisələri şişirtməyi isə mənim öhdəmə buraxıb". Hətta Qarton xərçəng xəstəliyindən əzab çəkən oğlanla danışdıqdan sonra məlum olub ki, evdə baş verən qorxulu ruhlar onun xərçəng əleyhinə qəbul etdiyi dərmanlardan sonra yoxa çıxıb.
  • Snekeder ailəsi, həqiqətən də, Konnektikutda əvvəllər fəaliyyət göstərmiş basdırılma bürosunda yaşayıb. Bu, real faktdır. Yalnız hadisələrin gedişatı Snekeder və Uorrenin uydurmasıdır. Bütün bunları qələmə alan isə yazıçı Qarton olub.

  1. "Emili Rouzun cininin çıxarılması"(The Exorcism of Emily Rose, 2005)

Anneliz Mişel adlı alman qızının bədənində cin çıxarıldıqdan sonra o, vəfat edib. Elə film də onun məhkəmə işi üzərində qurulub. Kinoda gənc qız Emili Rouz adlandırılıb. Film də məhz real hadisələr üzərində qurulduğunu iddia edir, çünki Anneliz Mişel həyatda olmuş insandır və onu cin tutması haqda məlumatlar geniş yayılıb. Anneliz keçirilmiş cinçıxarma prosedurlarından sonra həlak olub və onun ölümündə keşiş günahkar bilinib.

  • Annelizin həyat hekayəsi çox kədərlidir. O, dindar ailədə böyümüş alman qızı olub. Qıcolmalardan əziyyət çəkdiyi üçün 16 yaşında ona epilepsiya diaqnozu qoyulub. O, psixi xəstəxanaya yerləşdirilsə də, qarabasmalardan əziyyət çəkməyə başlayıb. Müalicələr ona təsir etməyib və onu cin tutması haqda fərziyyələr yayılıb. Buna görə də onun ailəsi cinçıxarma mərasimin keçirilməsinə razılıq verib.

Keçirilmiş bir neçə seansdansonra o, son anda acından həlak olub. Onun ölümündə keşişlər günahkar bilinib və onlar 6 ay həbs cəazsı alıblar. Sonradan isə Annelizin əslində psixi pozğunluqdan əziyyət çəkməsi haqqında məlumat yayılır. Lakin indiyədək Annelizi cin tutduğunu iddia edənlər də var.

  • Film Annelizin həyatından götürülmüş hadisələri əhatə edir.

  1. "Özgələr" (The Strangers, 2008)

Hadisələr yay fəslini meşədə yerləşən balaca evdə keçirəngənc cütlükdən bəhs edir. Lakin onların sakitliyi kukla maskası geyinmiş bir neçə insanın onların evinə basqını nəticəsində pozulur. Filmin treylerində hadisələrin real faktlar üzərində qurulduğu qeyd edilir. rejissor isə filmin uydurulduğunu etiraf edib.

  • Hadisələr həqiqəti əks etdirmir.

  1. "Dördüncü növ" (Fourth Kind, 2009)

Kinoya baxan hər bir kəs filmin real hadisələr üzərində qurulduğuna şübhə etmir. Film insanların yadplanetlilər tərəfindən qaçırılmasından bəhs edir. Filmdə kadrlar gah kinoya, gah da olmuş hadisələrə çevrildiyindən insanda bütün bunların gerçəkliyinə şübhə yaranmır.

  • Amma filmin çəkiliş heyəti də hadisələrin uydurma olduğunu etiraf edib. Filmdə yeganə həqiqət olan hissə 2005-ci ildə Alyaskanın kiçik şəhərlərinin birində insanların yoxa çıxması olub. FTB-in apardığı tədqiqat zamanı onların yoxa çıxmasına pis hava şəraitinin səbəb olduğu göstərilir. Üstəlik, itkin düşmüş şəxslərin həmin vaxt spirtli içkilərdən istifadə etmələri bəllidir.
  • Filmdəki hadisələr reallıqda baş verməyib.

  1. "Açıq dəniz" (Open Water, 2003)

2003-cü ilin "Açıq dəniz" filmi okeanın ortasında atılıb qalmış cütlükdən bəhs edir. Okeanda kimsəsiz qalan cütlük köpəkbalığı ilə mübarizə aparır. Hadisələrin real faktlardan götürüldüyü iddia olunur.

  • 1998-ci ildə amerikan turistləri Tom və Eylin Loneqran Avstraliyanın Böyük Sədd Rifi yaxınlığında yoxa çıxırlar. Elə film də bu hadisələr üzərində qurulub.
  • Filmin ssenarisi itkin düşmüş cütlüyün əhvalatı üzərində qurulub.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR