• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Pianoçudan şok ittiham: “Hitlerdən də böyük nasist olmaq istəyirlər”

Pianoçudan şok ittiham: “Hitlerdən də böyük nasist olmaq istəyirlər”

"Pianoçu" ötən əsrin 30-40-cı illərində bütün Avropanı ağuşuna alan İkinci Dünya müharibəsinin dəhşətlərini əks etdirən dramatik filmdir. Məlum olduğu kimi, müharibə daha çox yəhudi milliyyətinə baha başa gəlib.

Film istedadlı Polşa pianoçusu Vladislav Şpilmanın həyatını təsvir edir. O, milli mənsubiyyətinə görə yəhudi soyqırımın qurbanlarından birinə çevrilə bilərdi. Əgər bəxti ona yar olsaydı...

Gözəl musiqiçi və bəstəkar öz peşəsinin zirvəsinə qalxmaqda idi, lakin... Faşist Almaniyasının Polşaya hücumu onun bütün ümidlərini alt-üst edir. O, qəlbindəki musiqini pianonun dillərinə köçürə bilmirdi. Lakin bu musiqi düz 6 il onun ruhunda yaşayaraq məhv olmasına imkan vermədi.

"Bu kino ki var" layihəsi "Pianoçu" filmini təqdim edir:

"Pianoçu"- təkcə ölüm və həyat haqda film deyil. Bu ekran əsəri ətraf mühitdən asılı olaraq insanların bir-birinə olan münasibətlərinin dəyişib-dəyişməməsi haqdadır. İzolyasiya şəraitində yaşayan Vladislav Şpilman aclıqdan və soyuqdan əziyyət çəkir. Onun yeganə çıxış yolu piano çalmaqdır. Və yalnız onun ətrafındakı insanlar ona kömək etmək iqtidarındadırlar.

Film "Qızıl palma", 3 "Oskar", 7 "Sezar" mükafatına layiq görülüb. Dünyanın bütün aparıcı ölkələrində rejissor Roman Polanskinin "Pianoçu" filminin premyerası keçirildi.

Vladislav Şpilmanın 7 il ərzində Polşada yaşadığı və başına gələn hadisələr filmin təsir qüvvəsini artırıb. O, 1939-cu ildən etibarən böyük təhlükələrlə qarşılaşır və dörd alman nasistindən gizlənməli olur. Klassik musiqi ifaçısı olan Polşa yəhudisinin bəxti gətirir, o, Holokost qurbanı olmur. Lakin o, bunu səadət hesab etmirdi. Çünki qəhrəmanın bütün sevdikləri öldürülmüşdü, öz həyatı isə daim təhlükə altında idi.

"Pianoçu" filminin rejissoru Roman Polanski öz xatirələrində də qeyd edir ki, anasının qaz kamerasında ölməsi onda dərin izlər qoyub. Polanski müsahibəsi zamanı göz yaşı axıdaraq anasının ölümünü xatirəsindən yalnız öz ölümü ilə silə biləcəyini deyib.

Film triller janrında çəkilməyib. Rejissor insanı intizarda saxlamaq niyyətində olmayıb.

"Pianoçu" filmi ilk alman bombaları atılan zaman Varşava radiostansiyasında Şopenin məşhur əsərini ifa edən Şpilmanın görüntülənməsi ilə başlayır. Müharibəyədək Vladislav Şpilmanın ailəsi kifayət qədər imkanlı idi və özünü təhlükəsiz hiss edirdi. İngiltərə və Fransanın da Almaniyaya qarşı müharibəyə qoşulması yəhudi ailəsinə rahatlıq gətirir – onlar tezliklə müharibənin bitəcəyinə və hər şeyin əvvəlki kimi olacağına ümid edirdilər. Elə buna görə də, Şpilmanın "mən heç bir yerə gedən deyiləm" deməsi ailəsinə də ruh yüksəkliyi verir. Lakin...

Heç nə onların düşündükləri kimi olmur. Nasistlərin tələbi ilə şəhər yəhudiləri mülkiyyətlərini təhvil verib Varşava gettosuna köçməyə məcbur edilir. Sadəcə, Vladislav Şpilman ölüm düşərgəsinə gedən yolda yaxın dostu tərəfindən xilas olunur. Beləcə, Şpilmanın həyat uğrunda mübarizəsi başlayır...

Filmin rejissoru Polanski özü Holokost faciəsini yaşayan insanlardan olub. O da, xoşbəxtlik nəticəsində sağ qalıb. Belə ki, gələcəyin rejissoru atası onu həbs düşərgəsinin məftilli tikanlarından kənara itələməsi nəticəsində xilas olub. O, Varşava kimi şəhərdə yad insanların yaxşılığı və xeyirxahlığı sayəsində sağ qala bilib. Maraqlısı odur ki, film qəhrəmanı Şpilman və Polanskinin həyatları arasında oxşarlıq çoxdur. Çünki hər ikisi Holokost qurbanına çevrilməkdən xilas ola bilib və həyatlarını yenidən başlayıblar. Bəlkə də, elə bu hadisə Polanskiyə dünya şöhrətli "Pianoçu" filmini ekranlaşdırmağa stimul verib.

Rejissor Stiven Spilberq onu "Şindlerin siyahısı" filminə yönləndirməyə çalışırdı. Lakin Polanski bu qərarla razılaşmadı. Çünki Şindlerin hekayəsində Holokostdan məqsədli surətdə qaçmağa çalışan şəxsdən bəhs edilir. Polanski isə bu yanaşma ilə razı deyil. O, öz təcrübəsinə əsasən sağ qalan insanların çoxunun taleyində təsadüfün rol oynadığını bildirib.

Filmin son səhnələri isə Polanskinin dahi rejissorluğundan xəbər verir. Təsəvvür edin, Vladislav Şpilmanın gizləndiyi yeri alman zabiti Vilm Hozenfeld tapır. Bu qarşıdurma insanı həyəcanlandırır və riqqətə gətirir. Bu səhnə sükut və sükutun arxasında gizlədilən milyonlarla deyilməyən sözdən ibarətdir. Alman zabiti və yəhudi musiqiçisi heç nəyə baxmadan insanlıq nümunəsi göstərirlər. Soyuqdan ölməmək üçün alman zabiti Şpilmana öz hərbi şinelini verir. Və nəticədə o, salamat qalır – alman zabiti onu xilas edir. Vladislav Şpilman xilaskarına deyir:

- Mən sizə minnətdarlığımı necə bildirim?

- Allaha minnətdar olun, o, bizim yaşamağımızı istəyir.

Filmin sonunda alman zabitinin şinelini geyindiyi üçün az qala gülləyə tuş gələcəkdi, amma xoşbəxtlikdən, rus əsgərləri əvvəlcə onu dinləməyi qərara alırlar. Ruslar onun milli kimliyinə şühbə ilə yanaşaraq öz aralarında danışır və Şpilmandan soruşurlar:

- O, polşalıdır, düzdür. Bəs nəyə görə şineldəsən?

- Axı mən üşüyürdüm.

Təsirli səhnə insanlığın hər şeydən öndə olduğunu sübut edir...

Vladislav Şpilman obrazını canlandıran aktyor Adrian Broudi ekran işi ilə yaradıcı heyəti saysız-hesabsız mükafatlara qərq etdi. Çox az film tapılar ki, həm "Qızıl Palma Budağı", həm də ən əsas nominasiyalarda "Oskara" sahib çıxsın. Lakin burada əsas olan mükafatlar deyil, Şpilmanın sənətidir...

Filmdən olan möhtəşəm sitatları nəzərinizə çatdırırıq:

Almanlar yəhudi tualetindən istifadə etmir. Ora almanlar üçün çox təmiz yerdir...

- Biz oraya yerləşməyəcəyik. Mənzil çox kiçikdir. Varşavada 400 min yəhudi yaşayır.
- Yox, cəmisi 360 min yəhudi yaşayır. Ona görə də sığışa bilərik...

Violonçelli qadın. Nağıl kimidir!..

Bir variant var: biz dayanıb söhbət edə bilərik. Buna hələ ki qadağa qoymayıblar...

Bilirsən, nə gülməlidir? Gülməlisi odur ki, sən çox axmaq qalstuk taxmısan...

Biz müharibəyə aparılan yolda qoyunlar kimi itaətkarcasına dayanmışıq...

Bizi yaralasalar, məgər qan axmazmı? Bizi qıdıqlasalar, gülmərikmi? Bizi zəhərləsələr, ölmərikmi? Bizi təhqir etsələr, intiqam almarıqmı?..

Qida zamandan önəmlidir...

- Sən necəsən?

- Yaxşı...

- Yaxşı?

- Yaxşı olardı ki, soruşmayasan...

- Bilirsən, nəyə görə səni döyürəm?

- Yox.

- Bilirsən, nəyə görə səni döyürəm?

- Nəyə görə?

- Yeni il münasibəti ilə...

Siz musiqiçilərdən çox pis konspirator çıxır. Siz isə çox musiqilisiniz...

Qapını döyüb sındırırlarsa, pəncərədən tullan...

Bizi qırırlar. Bu işin öhdəsindən çox tez gəlirlər. Yarım milyondan cəmi 60 min qalıb...

O, haqlıdır. Mən nə edə bilərəm: skripka yayı ilə qılınc döyüşdürməyəcəm ki?..

Hitlerdən də çox böyük nasist olmaq istəyirlər...

- Sən axmaqsan. Faciən də elə bundadır.
- Bu, artıq mənim öz işimdir...

Yemək istəyi baş qaldıranda nə etməli? Pianonu gəmirməli?

Hazırladı: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR