• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bu, kinodur” – çəkilişlərin pərdəarxası

“Bu, kinodur” – çəkilişlərin pərdəarxası

Kino heç də gerçəkliyi əks etdirmir. Filmdə bir-biri ilə sevgili olan qəhrəmanların pərdəarxası çəkişmələrindən xəbəriniz varmı? "Bu kino ki var" layihəsi kadrarxası mübahisələri təqdim edir.

Bu yaxınlarda "Beverli Hillz 90210" serialının ulduzları olan Ceyson Pristli və Şennen Doerti arasında qalmaqal yarandı. İş ondadır ki, Şennen öz memuarında Ceysonu çətin xasiyyətli adlandırıb və onun digər aktyor heyəti ilə pis münasibətdə olduğunu deyib.

Şennenin başqa bir həmkarı isə onun sözlərinə dəstək verərək bildirib ki, bütün çəkiliş qrupu Ceysonun qovulmasını tələb edirdi. Bundan əlavə, Şennen və filmin digər qəhrəmanı Cenni Qart az qalırdılar bir-birinin gözlərini çıxaralar.

Bu kimi hadisələr kino aləmində nadir hal deyil. Bəzən ekranda yaxşı dost və ehtiraslı sevgili kimi görünən aktyorlar səhnə arxasında əslində bir-birinə nifrət edirlər.

Rayan Qoslinq və Reyçel MakAdams

Keçən ilin yayında hamının sevimli filmi olan "Yaddaş gündəliyi"nin rejissoru Nik Kassavetis indiyədək məlum olmayan bir sirrin üstünü açdı: sən demə, filmin qəhrəmanları Rayan Qoslinq və Reyçel MakAdamsın çəkiliş zamanı bir-birindən zəhləsi gedirmiş... Hətta məlum olduğu kimi, Rayan rejissora aktrisanı dəyişməyi də tövsiyə edib. Maraqlısı odur ki, nifrətdən sevgi doğur. Onlar film çəkilişləri bitdikdən sonra kinodakı kimi həqiqi sevgililərə çevrildilər. Bu sevgi 3 il sürdü, amma bu gün də çox adam həmin filmə Rayan və Reyçel cütlüyünə görə tamaşa edir.

Leonardo DiKaprio və Kler Deyns

"Romeo və Culyetta" filminin qəhrəmanları Leonardo DiKaprio və Kler Deyns çəkiliş boyu soyuq münasibətdə olublar. Romantik Romeo kadr arxasında əsil xuliqan idi: o, çəkiliş heyətini lağa qoyduqdan sonra Culyettaya ilişməyə başladı. Aktrisa, Leonu sevməyərək onu "infantil" hesab edirdi. Leo isə öz növbəsində aktrisaya "büzüşmüş" deyərdi.

Devid Duxovnı və Cilian Anderson

"Məxfi materiallar" filminin qəhrəmanları Devid Duxovnı və Jullian Anderson arasında da sərin münasibətlər hökm sürüb. Müsahibələrin birində Duhovne deyib:

"Biz səbəbsiz yerə də mübahisə edərdik. Bəzən də olurdu ki, bir-birimizi görməyə gözümüz olmurdu".

Prodüserlər filmin tammetrajlı versiyasını çəkmək istədikdə isə, Devid "müharibəyə son qoymaq üçün" buna razılıq verdi.

Nayaya Rivera və Lea Mişel

Kadrarxası mübahisələr təkcə əks cinsin nümayəndələri arasında baş vermir. Məsələn, liderliyə can atan iki aktrisa da öz aralarında açıq müharibəyə qoşula bilər. "Xor" serialının qəhrəmanları olan Lea Mişel və Nayaya Rivera məhz birincilik uğrunda mübarizə aparıblar.

Lea rəqibi Nayayanın layihədən uzaqlaşdırılması və növbəti mövsümdə çəkilməməsi üçün film yaradıcısı Rayan Mörfiyə təsir edib. İzləyicilər "Xor" serialının növbəti hissəsində Riveranı görməməkdə Leadan şübhələnirlər. Lakin heç bir aktrisa bu haqda şərh bildirməyib.

Teri Hetçer və "Ümidsiz evdar qadınlar" serialının çəkiliş heyəti

Çəkiliş meydanında bir neçə məşhur aktrisa olarsa, bilin ki, bu, artıq, bəladır. Məsələn, "Ümidsiz evdar qadınlar" serialının qəhrəmanı Teri Hetçer filmin digər aktrisalarından uzaqlaşaraq, onlarla əlaqə yaratmayıb. Yeva Lonqoriya həmkarını çəkiliş meydanının "tənhası" adlandırıb. Deyilənlərə görə, "Vanity Fair" jurnalında fotosessiya zamanı qızlar bir-biri ilə dalaşıblar. Davanın səbəbi isə fotoda Hetçerin ortada dayanması olub.

Patrik Sueyzi və Cennifer Qrey

"Çirkin rəqslər" filmində ekranda sevgili kimi görünən Partik Sueyzi və Cennifer Qreyin münasibətləri, əslində, heç də romantik deyildi. Patrik həmkarının onu qıcıqlandırdığını gizlətmirdi. İllər sonra Patrik daha da irəli gedərək, Qreyin peşəkarlığını bəyənmədiyini etiraf etdi. Onun sözlərinə görə, aktrisa ona edilən hər xırda tənqidi nüansa görə ağlayır, tez-tez əhvalı dəyişir, axmaqcasına gülüb kadrı korlayırdı.

Nik Nolti və Culiya Roberts

1994-cü ildə çəkilmiş "Mən xoşagəlməzlikləri sevirəm" filmində Nik Nolti və Culiya Roberts rəqabət aparan, sonradan isə bir-birinə aşiq olan jurnalist rolunu oynayırlar. Lakin şahidlərin sözlərinə görə, Culiya və Nikin bir-birini görməyə gözləri olmayıb. Onların bu nifrəti işə maneə törətdiyi üçün çəkiliş heyətini də məyus edirmiş.

Culiyanın sözlərinə görə, Nik özünü maço kimi aparır və aktrisanın ünvanına təhqiramiz sözlər demək üçün bütün imkanlardan istifadə edirdi.

Bill Mörrey və Lüsi Lyu

"Çarlinin mələkləri" filmində Bill Mörrey qızlardan birini mələk hesab etmirdi. Bill səhnələrin birində kadrı saxlayaraq, Lüsinin qeyri-peşəkar olduğunu və yaxşı oynamadığını tənbeh edib. Bill filmin ikinci hissəsində digər aktyorla əvəzləndikdə isə Lüsi buna çox sevinib.

Şaya LaBef və Tom Hardi

Şaya LaBef öz "oyunlarını" çəkiliş meydanında da nümayiş etdirir. "Dünyanın ən əyyaş əyaləti" filminin çəkilişi vaxtı aktyor qəsdən spirtli içki qəbul edirdi. İçəndə isə o, aqressiv insana çevrilirdi. Buna görə də həmkarı Tom Hardi onun haqqında deyirdi:

"Kadr arxasında Şaya üstümə cumdu. O, pis, çox pis oğlandır. Əslinə qalsa, onun dəhşətli adam olması məni qorxuya salır. Durduğu yerdə üstümə atıldı. Onda Şaya çox içmişdi".

Harrison Ford və Coş Hartnett

İlk baxışdan, hər iki aktyorun çox sakit təbiətli olması fikri yaranır. Lakin "Hollivud polisləri" filmində onlar dalaşmamaq üçün bir-birinin gözünün içinə baxmırdılar. Onlar filmin reklam turunda isə tez-tez çığır-bağır salırdılar.

Sara Cessika Parker və Kim Ketroll

"Böyük şəhərdə seks" filmin qəhrəmanları da dava-dalaşdan uzaq olmayıblar. Sara və Kim arasında gedən "müharibənin" səbəbləri isə məlumdur: Kim həmkarı Cessikaya daha çox pul verildiyini eşitdikdə qəzəblənib.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR