Qurbanlarını bişirib yeyən manyak – FOTOLAR
Bizi izləyin

Cinayət tarixçəsi

Qurbanlarını bişirib yeyən manyak – FOTOLAR

XX əsrin ən məşhur manyak qatillərindən biri Almaniyada doğulmuşdu. Onun adı Yoahim Georq Karol idi.

Kriminalistikada Karol "Rur hannibalı" (Ruhrkannibale), "Rur ovçusu" (Ruhrjäger) və "Duusburq adamyeyəni" (Duisburger Menschenfresser) ləqəbləri ilə tanınır.

Bu adam tarixin gəlib-getmiş ən qəddar manyaklarından sayılır.

Uşaqlığı

Yoahim 1933-cü ildə Yuxarı Seliziyanın Gindenburq şəhərində şaxtaçı ailəsində anadan olmuşdu. Ailədə 8 uşaq idilər. Ən kiçiyi o idi. Uşaq vaxtlarında çox zəif idi, tez-tez xəstələnirdi. Valideynləri onu enurez xəstəliyindən uzun müddət müalicə etdilər. İntellekti ilə də fərqlənmirdi. Məktəbdə cəmi 3 sinfi oxuyub başa vura bildi. O da ölüm-zülümlə.

İkinci Dünya müharibəsi bitdikdən sonra Karol ailəsi Şimali Reynə köçdülər. Yoahimin gəncliyi məhz burada keçdi.

1955-ci ildən isə silsilə qətllər başladı.

Adamyeyən

İlk qətlini Şimali Reyndə törədən Yoahim 1960-cı illərdə Duysburqa köçür. Qətllərə bir ara fasilə verir. Yeni şəhərdə o, əvvəlcə ictimai ayaqyolunda nəzarətçi kimi işə düzəlir. Sonra isə iş yerini 'Thyssen Industries' kompaniyasına məxsus zavodların birinə dəyişir.

Zavodda işə düzəldikdən sonra manyak ardıcıl qətllər törədir.

Həmin vaxtlar Dusburqda başqa qatillər də vardı. Polis onları izlədiyi üçün Yoahim uzun müddət kölgədə qaldı. Bu sakit görkəmli adam heç kimdə şübhə oyatmırdı.

Öz qurbanlarına qəfildən hücum edirdi. Onları boğurdu. Öldürməklə kifayətlənmirdi. Cəsədləri evinə aparır, zorlayır, sonra doğrayırdı. Doğranmış əti soyuducuya yığırdı. Onlardan yemək bişirirdi. Hazır ət varkən manyakın dükandan ət almağa əli gəlmirdi.

Hər qətldən sonra sakitləşən Yoahim öz otağına keçər, rezin kukla ilə sekslə məşğul olardı.

Həbs

Manyak təsadüfən ələ keçdi. Onu 1976-cı il iyulun 30-də saxladılar. Həmin vaxt polis yoxa çıxmış 4 yaşlı Marion Kattneri axtarırdı. Yoahimdən qonşusu şübhələndi. Qonşusu ilə onun evinin kanalizasiya xətti eyni idi. Həmin gün kanalizasiya xətti tutulmuşdu. Qonşusu Yoahimin qapısını döyərək kanalizasiyanın nədən tutulduğunun səbəbini soruşmuş, manyak gülərək cavab verdi ki, borularda bağırsaqlar ilişib qalıb.

Bunu elə ifadə ilə dedi ki, qonşunun damarlarında qan dondu. O, bu barədə polisə xəbər verdi. Şöbədə əvvəlcə bu məlumata güldülər. Ancaq hər ehtimala qarşı "zarafatcıl" sakinin evinə patrul göndərildi.

Yoahimin evində axtarış aparan polis dəhşətə gəldi. Ayaqyolundakı kanalizasiya həqiqətən insan bağırsağına görə tıxanmışdı. İtkin düşmüş 4 yaşlı Marion Kattnerin başı soyuducuda, doğranmış vəziyyətdə idi. Uşağı sağ qolu isə mətbəxdəki qazanın içində, suda qaynayırdı. Polislər gəlib manyakın nahar fasiləsinə çıxmışdılar.

Yoahim dərhal həbs edildi.

İstintaq zamanı o, daha 14 analoji cinayət etdiyini də etiraf etdi. Məhkəmə Yoahim Georq Karolu 9 dəfə ömürlük həbs cəzasına məhkum etdi.

Manyak 1991-ci ildə həbsxanada ürək tutmasından vəfat etdi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm