• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

400 uşağı bişirib yemiş seksual manyak -FOTOLAR

400 uşağı bişirib yemiş seksual manyak  -FOTOLAR

"Quzuların səssizliyi" adli məşhur Hollivud filminə çoxları baxıb. Baş rolu ifa edən Entoni Hopkins hannibal obrazını elə yaradıb ki, insan dəhşətə gəlir. Ümumiyyətlə, hannibal sözünü eçidəndə adamın canına üşütmə düşür. Ancaq onlar bizim aramızdadırlar.

Onların cinayətləri daha çox qorxu və ikrah doğurur.

Cinayətkar doğulmaq...

Seksual manyakların arasında Albert Fiş xüsusi yer tutur. Pedofil olan Fiş qurbanlarını zorlayır, sonra isə bişirib yeyirdi. Həbs olunandan sonra etiraf etmişdi ki, 400-dən çox uşağı öldürüb. İşgəncə verib, zorlayıb, sonra isə ətlərinin dadına baxıb.

Halbuki zahiri görkəmdən bu adımı heç vaxt manyaka oxşatmaq olmazdı. Alçaq boylu, üzündə xoş ifadə olan, ziyalı görkəmli bir adam. Ancaq bu, zahirən belə idi. Xoş mimika maskasının altında qorxunc, qəddar bir manyak gizlənirdi.

Fiş 1870-ci ilin 19 mayında dünyaya gəlmişdi. Cinayətkar doğulmaq sanki onun taleyinə yazılmışdı. Ailə üzvləri ruhi xəstəlikdən əziyyət çəkirdilər.

Atası tezliklə öldü. Anası özü də xəstə idi. Odur ki 5 yaşlı Alberti Vaşinqton yetimxanalarından birinə verdi.

Orada 5 yaşlı Fişi döyür, incidirdilər. Zaman keçdikcə döyülmək Fişin xoşuna gəlməyə başladı. Döyülərkən onda seksual istək yaranırdı.

1890-cı ildə Fiş Nyu-Yorka köçür. Elə bu böyük şəhərdə ilk qurbanlarını axtarmağa başlayır. O, kisik yaşlı uşaqları aldadaraq gözdən uzaq yerə gətirir, mismarlı lövhənin üzərində uzadaraq işgəncə verirdi. İşgəncələrdən doyanda isə zorlayırdı.

Zaman keçdikcə daha əzazilləşirdi. Daha işgəncə və zorlama ilə kifayətlənmirdi. Öldürdüyü körpələri parçalayır, ətlərini bişirib yeyirdi.

"Başım xarabdı..."

1898-ci ildə Fiş ailə qurdu. 19 illik ailə həyatında arvadı ondan heç vaxt şübhələnmədi. Axı o, nümunəvi ata idi. 6 övladı olmuşdu. Ancaq 1917-ci ildə arvadı başqa kişiyə qoşularaq qaçdı. Bundan sonra Albert daha azğınlaşdı. Artıq öz sadist oyunlarına doğma uşaqlarını cəlb elədi. Körpələrin əlinə mismar batırılmış taxta parçası verib özünü döydürürdü. Qan çıxanacan. Bu, ona zövq verirdi.

Gündəlik həyatda Fiş evləri təmir etməklə qazanırdı. İnsafən yaxşı usta idi. Hətta işləmək üçün qonşu ştatlara da dəvət alırdı.

Getdiyi yerlərdə zənci məhəllələrində ev kirayə etməyə üstünlük verirdi. Axı itkin düşmüş zənci balasını polis həvəssiz axtarırdı. Odur ki, qurbanları arasında zənci uşaqları daha çox idi.

1928-ci ildə Fiş qəzetlərin birində 18 yaşlı Edvard Badın elanına rast gəldi. Gənc adam iş axtarırdı. Albert Fiş Edvardın yaşadığı ünvana gedərək gənc oğlan və ailəsi ilə tanış oldu. Ancaq əsl adını gizlətdi. Özünü Frenk Hovard kimi qələmə verdi. Edvardı usta köməkçisi kimi işə götürdü. Hər dəfə Edvardgilə gələndə onlardakı kiçik uşaqlar üçün hədiyyələr alırdı. Uşaqlar onu sevirdi. Xeyirxaq baba kimi. Bir dəfə Fiş, Edvardın 10 yaşlı bacısıqızı Qreysi gəzməyə apardı. O vaxtdan ailəsi Qreysi bir daha görmədi.

Qreysin axtarışları 6 il davam etdi. Polis, nəhayət, Frenk Hovardın əslində Albert Fiş olduğunu aşkarladı. Tezliklə Fiş həbs olundu. İlk dindirmədə bütün cinayətlərini etiraf etdi.

1935-ci ilin 11 martında məhkəmə oldu. Fiş özünü suçlu hesab etmirdi. Deyirdi ki, başım xarabdı, günahkar deyiləm. Psixiatrlar da onun ruhi xəstə olmasını təsdiq etdilər. Ancaq buna baxmayaraq, ölüm hökmü verildi. 1936-cı ildə Albert Fiş elektrik stulunda edam edildi.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR