Narkomafiya 43 tələbəni necə öldürdü?
Bizi izləyin

Cinayət tarixçəsi

Narkomafiya 43 tələbəni necə öldürdü?

Dekabrın 1-i Enrike Penya Netonun Meksika prezidenti postunda ikinci ili tamam oldu.

Bu əlamətdar günü prezident o qədər də yaxşı əhvali-ruhiyyədə qarşılamır.

Artıq neçə vaxtdır ki, ölkəni mitinqlər dalğası bürüyüb. Meksikanın müxtəlif şəhərlərində insanlar əllərində "Penya Neto, əllərin qana bulaşıb" plakatları tutaraq etiraz aksiyaları keçirirlər.

Ölkədə siyasi böhran yetişir. Bunun səbəbi təhsil haqda islahatlara etraz edən 43 tələbənin öldürülməsidir.

Yeni qanun layihəsi

2006-cı ildə Meksikanın ovaxtkı prezidenti Felip Kalderon narkomafiyaya müharibə elan etdi. Statistika komitəsinin verdiyi məlumata görə, həmin andan ölkədə 105 min vətəndaş itkin düşdü. Lakin cəmiyyət məhz 43 tələbənin öldürülməsindən sonra əməlli-başlı silkələndi.

Söhbət bu il sentyabrın 26-da İquala şəhəri yaxınlığında yerli pedoqoji məktəbin tələbələrinin oğurlanmasından və daha sonra vəhşicəsinə öldürülməsindən gedir.

Məsələ ondadır ki, tələbələr Heroro ştatına, prezident Neronun təhsil islahatlarına etiraz olaraq düzənlənmiş mitinqə gedərkən yolda oğurlanıblar.

Təhsil islahatları müəllimlərin yenidən attestasiyadan keçməsini, həmçinin təhsil ocaqlarına daha çox müstəqilliyin verilməsini nəzərdə tuturdu.

Yeni qanun layihəsi həm müəllim, həm də tələbə heyəti tərəfindən etirazla qarşılandı. Müəllimlər hesab edir ki, attestasiya zamanı onların hüquqları pozulacaq. Əldə etdikləri nailiyyətlər qeydə alınmayacaq. Tələbələr isə ehtiyatlanır ki, təhsil ocaqlarına verilən müstəqillik sonda təhsil haqlarının artması ilə nəticələnəcək.

Mafiya bossu ilə qohum olan mer

Məlumatlara görə, pedoqoji məktəbin tələbələri mitinqə getmək üçün 3 marşrut reysini ələ keçirərək qaçırıblar. Polis onları təqib edərək atəş açıb. Gülləbaran zamanı təsadüfi adamlar da zərər çəkib. Nəticədə 6 nəfər həlak olub - 3 tələbə, həmin vaxt yaxınlıqdan keçən taksi avtomobilinin sürücüsü, sərnişin qadın və bir futbolçu.

Tələbələrdən 4 nəfəri hadisə yerindən qaçaraq evlərinə gedib çıxa biliblər. Qalan 43 nəfəri polis həbs edib və onları şöbəyə aparıblar.

Lakin tələbələr polis şöbəsinə gedib çatmayıblar. Onları yerli hakimiyyətlə yaxın əlaqələri olan "Guerreros Unidos" narkosindikatının təmsilçiləri ələ keçirib. Mafiozilər sonradan etiraf ediblər ki, tələbələri rəqib narkomafiyanın üzvləri ilə səhv salıblarmış.

Polis isə iddia edib ki, tələbələrə hücumu İquala şəhərinin meri Xose Luis Abarka sifariş edib. Həmin gün mer və onun həyat yoldaşı Mariya De Los Pinede konfransda iştirak etməliymişlər. Tələbələr isə etiraz aksiyası təşkil edərək konfransın işini pozmağa çalışıblar. Bununla da onlar diqqəti təhsil probleminə yönəltmək istəyiblər.

Aşkara çıxan maraqlı fakt odur ki, şəhər merinin arvadı Mariya De Los Pinedenin doğma qardaşı Salomon Pinede "Guerreros Unidos" narkokartelinin bossu imiş.

Salomon noyabrın 4-də həbs olunur. Şəhər meri Xose Luis Abarka əvvəlcə bu işlərə qətiyyən aid olmadığını bildirirdi. Lakin halqa daralırdı. Mer 30 günlük məzuniyyət götürür. Sonra isə ailəsi birgə şəhərdən yoxa çıxır.

"Sən qatilsən"

İstintaq müəyyən edir ki, banditlər tələbələri İquala şəhəri ətrafındakı zibilliklərdən birinə aparıblar. Orada onları güllələyiblər. Cəsədlərin üstünə köhnə təkərlər, taxta parçaları yığaraq yandırıblar.

Sonra qanqsterlərdən biri telefonla mafiya bossu Salamon Pinedeyə belə bir SMS yazıb: " Onlar külə döndü. Daha heç kim tapa bilməz."

Hazırda bu işlə əlaqəli 74 nəfər həbs olunub. Onların arasında mafiozilərlə yanaşı, satılmış polis işçiləri və narkosindikatla əlaqəsi olan məmurlar da var.

Hökumət nümayəndələrinin narkomafiya ilə əlaqədə olması cəmiyyəti dərindən silkələyib. Elə bu günlərdə Mexikoda 70 minlik mitinq keçirilib. " Nero rədd ol", "Nero, qatilsən" sədaları artıq prezident sarayı ətrafında da eşidilir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm