Kraliçanın biabırçılığı
Bizi izləyin

Cinayət tarixçəsi

Kraliçanın biabırçılığı

İngiltərə hökumətinin kraliça II Yelizavetanın taxta çıxmasının 60-cı ildönümü ilə bağlı keçirilən tədbirlərdə işsizlərin pulsuz və amansız şərtlər altında işlədilməsi ortaya çıxıb.

Publika.Az-ın məlumatına görə, "The Guardian" qəzeti bildirib ki, hökumətin işlə təmin olunma proqramı çərçivəsində ayırdığı insanlar bazar günü təşkil olunan keçid mərasimindən əvvəl bütün gecəni körpünün altında gecələməli olublar.

Müxalifətçi Leyborist Partiyasının üzvü Con Preskot daxili işlər nazirinin məsələ ilə bağlı istintaq aparılmasını tələb edib.

Mərasim tədbirlərinin təşkil olunması üçün işçi təmin edən "Close Protection UK" firması bununla bağlı üzr istəyib.

Baş nazir Devid Kameronun ofisi isə hadisəni "istisna" adlandırıb.

Kraliçanın taxta çıxmasının 60-cı ildönümü ilə bağlı keçirilən bayram mərasimlərinə 6 milyard sterlinq xərcləndiyi bildirilir.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm