Moskvadakı Azərbaycan bandaları – “Conson”, gəncəli Hafiz və başqaları
Bizi izləyin

Cinayət tarixçəsi

Moskvadakı Azərbaycan bandaları – “Conson”, gəncəli Hafiz və başqaları

Əvvəli bu linkdə:

http://publika.az/p/55316

90-cı illərdə Moskvadakı Azərbaycan bandaları son dərəcə aktivləşmişdi. Atəşkəsdən sonra minlərlə insan vətəni tərk edərək Rusiya paytaxtına gəlmişdi. Həmin vaxt deyirdlər ki, paytaxta olan hər 10 sakindən biri azərbaycanlıdır.

Təbii ki, qafqazlıların fəaallaşması slavyan kriminaliteti qane etmirdi. "Silvestr" ləqəbli qanuni oğru Aleksandr Trofimovun "Orexovski " qruplaşması şəhərə ələ keçirməyə çalışırdı.

Moskvanı iflic edən "razborka"

Trofimovun "qanuni oğru" adını necə alması hələ də naməlum qalır. Bilinən odur ki, onu Butırka həbsxanasında "taclandırmışdılar." Əslində bu adam oğru qanunlarını daim pozan, "bezpredel" imici qazanmış bir şəxs idi. Əvvəllər uzaq kəndlərin birində traktorçu işləmişdi. Sonra Moskvaya gələrək 400 nəfərlik banda yaratmağa nail oldu. Yavaş-yavaş şəhərin müxtəlif rayonlarını öz bandasının təsiri altına aldı. O vaxt ən gəlirli yerlərdən biri də "Yujnıy port" deyilən ərazi idi ki, burada da maşın bazarı yerləşirdi. Bazara çeçenlər və azərbaycanlılar nəzarət edirdi. Silvestr qafqazlıları sıxışdırmaq üçün "Solntsevski" qruplaşması ilə ittifaqa girdi. Bundan sonra düşmənlərini müəyyən dərəcədə sıxışdıra bildi.

Silvestrin azərbaycanlılarla ən böyük toqquşması isə "Belqrad" univermağının yanında olmuşdu. Həmin vaxt Silvestrin qruplaşmasına daxl olan adamlar ticarət mərkəzi yaxınlığında kart oyunları təşkil edirdilər. Üskük oynadanlar da az qazanmırdı. Həmin gün 3 azərbaycanlı qumar oynamış, lakin uduzduqları pulları ödəməkdən imtina etmişdilər.

Timofeyevin adamları hadisə yerinə gəldi. İdmançılardan ibarət ruslar azərbaycanlıları möhkəm döydülər.

Novruzov familiyalı azərbaycanlı başından ağır yaralandı. Onu 68 saylı xəstəxanaya çatdırdılar. Slavyanlar öz "qələbə"lərini qeyd etməyə başladılar. Lakin tələsmişdilər. Həmin günün axşamı 200-dən çox azərbaycanlı Silvestrin olduğu rayonu mühasirəyə aldı. Onlar rus qanqsterlərinin başçısını axtarırdılar. Zahirən Timofeyevə bənzəyən hər bir kəs döyülürdü. Nəhayət, Silvestrin özünü tapdılar. Ağ "08"-də gizlənməyə çalışan rus avtoriteti bir neçə avtomobil izləyirdi. Yaxınlıqdakı bütün küçələri azərbaycanlılar bağlamışdı. Paytaxtın bu zonasındakı nəqliyyat infrastrukturu tamamilə iflic olmuşdu. Silvestr təqibdən yaxa qurtarmaqçün maşını səkinin üstü ilə, hardan gəldi sürürdü.

143-cü Milis Şöbəsinin yaxınlığına çatanda Silvestr və dostu avtomobili tərk edib dalanların birində gözdən itdilər.

Azərbaycanlılar onun maşınını əzik-üzük etdilər. Şöbədən boylanan milislər onlara mane olmağa ürək etmədilər. Bu boyda kütlənin qabağına çıxmaq ölümə bərabər idi. Yalnız OMON qüvvələri hadisə yerinə gəldikdən sonra kütlə dağıldı.

Hadisə ilə bağlı milis cəmi bir gün sonra Aleksandr Timofeyevi həbs etdi. Lakin xəstəxanada müalicə alan Novruzov sonradan şikayətini geri götürdü deyə "Silvestr" həbsdə qalmadı. O, 94-cü ilədək şəhərin bir çox ərazilərini nəzarətə aldı. Lakin "bezpredelşik" ömrü qısa olur.

94-cü ilin yayında hazırda rus kriminalitetinin "xaç atası" sayılan Zaxar Kalaşevin (Şakro Molodoy) avtomobili atəşə tutuldu. O, ciddi yaralanmışdı.

Bu qəsdi "Silvestr"in ayağına yazdılar. Sentyabrın 13-də isə Aleksandr Timofeyev avtomobilinə əyləşərkən uzaqdan idarə edilən mina ilə partladıldı. Ondan sonra "Orexevski" qruplaşmasının bütün liderləri bir-bir öldürüldü.

"Loxatron"

Həmin vaxtlarda Moskvanın Babuşkino rayonuna Mingəçevir qruplaşmaları nəzarət edirdi. "Dəli Nizami" və "Conson"un qruplaşması narkotik alveri ilə məşğul idi. "Conson" adlı azərbaycanlı qızın əsl adını bilən yox idi. Hamı ləqəbilə tanıyırdı. Əvvəllər ən güclü qruplaşma "Valera" ləqəbli azərbaycanlının idi. Lakin o, narkomafiyadan aralanmaq qərarına gəlmişdi. Ağ rəngli "Mercedes-600" alaraq Mingəçiverə qayıtmışdı. Narkomafiyanı isə tərk etmək olmazdı. "Valera" Mingəçiverə maşınla çatanadək artıq Moskvadan killer dəstəsi Azərbaycana təyyarə ilə gəlmişdi. "Valera" Mingəçevirə çatan anda şəhərin mərkəzindəki "Kosmos" kinoteatrının yanında güllələndi. Avtomobilini isə Kürün qırağında yandırdılar.

"Domodedovo" hava limanında isə həmin vaxtlar gəncəli Hafizin qruplaşması fəaliyyət göstərirdi. Qruplaşma üzvləri əsasən kələk yolu ilə adamları soyurdular. Buna "laxatron" deyilir. Hava limanının dəhlizlərinə pul dəstəsi atılırdı. Tutaq ki, min dollarlıq pul dəstəsi. Sonra kənardan izləyirdilər. Təbii ki, yerdə pulu görən hər hansı bir şəxs onu götürürdü. Bu zaman ona gəncəlilərdən biri yaxınlaşırdı:

"Bu pulu mən də gördüm. Demək, sənə şərikəm. Gəl yarı bölək". Pulu tapan adam, sözsüz ki, razılaşırdı. 500 dolları çıxarıb gəncəliyə verirdi, qalanını cibinə qoyurdu. Gəncəli pulu alıb uzaqlaşırdı. Sevinərək hava limanını tərk etmək istəyən sərnişini isə çöldə idmançı görkəmli ruslar saxlayırdı:

"Sən bizim pulqabımızı tapmısan, içində 1000 dollar vardı". Sərnişin and-aman edirdi ki, pulun yarısını başqa bir adama verib, onda cəmi 500 dollar qalıb. Ancaq faydasız idi. Banditlər zavallı sərnişindən 1000 dolları zorla alırdılar. Hər belə sərnişini 500 dollar ziyana salırdılar. Gün ərzində minimal 10 nəfər tora düşsə, 5000 dollar pul edirdi. O vaxtlar üçün bu, böyük pul idi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm