"Nömrəni səhv yığmışam" - Bir cinayətin tarixçəsi
Bizi izləyin

Cinayət tarixçəsi

"Nömrəni səhv yığmışam" - Bir cinayətin tarixçəsi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Füzuli rayon sakini, 1989-cu il təvəllüdlü Seymur Həmzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Məlum olub ki, Seymur 2011-ci il mayın 17-də saat 24 radələrində mobil telefonuna tanımadığı nömrədən zəng gəldiyini görüb, zəng vuranın kimliyini aydınlaşdırmaq məqsədi ilə Nicat Allahverdiyevin telefonundan həmin nömrəyə zəng vurub. Telefon nomrəsinin sahibi Həvva Kərimova ilə yaxın münasibətdə olmaq la həmin qızı sevən Anar Xəlilov Seymuru nalayiq söyüşlərlə təhqir edib.

Kimin haqlı, kimin haqsız olduğunu isbatlamaq istəyən Seymur Anarı "Qəlyan" kafesinin yanına görüşə çağırıb. Baş verəcək faciədən bixəbər olan Anar deyilən ünvana yollanıb. Sevdiyi qızın mobil telefonuna zəng vurduğuna görə Seymura irad eləyən Anar onu təkrar soyüb təhqir edib. Hiddətlənmiş Seymur Anara bir neçə bıçaqla zərbəsi endirib. Anar Xəlilov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Yanlış telefon zəngi qətlə səbəb oldu

Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, Anarın nişanlısı öz müdirinin mobil telefonuna zəng edərkən eyni nömrəni başqa mobil operatorun prefiksi ilə (050, 055) yığıb. Həmin nömrə isə qətli törədən Seymur Əliyevin olub. Qızın zənginə cavab verilməyib, Seymur bir qədər sonra telefonuna tanımadığı nömrədən zəng daxil olduğunu gördükdə təkrarən həmin nömrəyə zəng edib.

Həmin vaxt isə Anar nişanlısı ilə birlikdə olub və qızın telefonuna özü cavab verib. Hər şey də buradan başlanıb.

Anar əsəbləşərək Seymurdan niyə nişanlısına zəng etdiyini soruşub. Qarşı tərəf isə əsaslandırmağa çalışıb ki, ilk olaraq həmin nömrədən ona zəng gəlib və beləliklə mübahisə yaranıb. Seymur haqlı olduğunu və zəngin ilk olaraq Anarın nişanlısından gəldiyini göstərmək üçün "Qəlyan" çayxanasının qarşısında görüş təyin edib. Seymur görüşə ehtiyat üçün "finka" bıçağını şalvarının belinə taxaraq gedib.

Həmin yerə çatanda Seymur üzünü Anara tutaraq: "Buyur, bu telefon, bu da sənin nişanlının mənə etdiyi zəng" deyərək mobil telefonu ona uzadıb. Lakin yenə də anlaşma yaranmayıb və mübahisə nəticəsində Seymur bıçağı onun ürəyinə sancıb.

"Paltar alıb-satırdım"

Seymur Həmzəyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, 1993-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə kğçdüyünün, Nizami rayonunun Bəhruz Nuriyev küçə.sindəki yataqxanada məskunlaşdıqlarını göstərib: "2010-cu ildə əsgərlikdən qayıtdıqdan sonra 8-ci kilometr qəsəbəsindəki bazarda uşaq paltarlarının alqı-satqısı ilə məşğul oluram. Hadisə baş verən gün "Qəlyan" kafesində idim...

"Zəng vuran söyüb təhqir etdi"

Söndürülmüş mobil telefonumu işə saldıqdan bir neçə gün əvvəl tanımadığım nömrədən zəng daxil olduğunu, həmin şəxsin kimliyini aydınlaşdırmaq üçün qonşumuz Nicatın telefonundan ona zəng vurdum. Kişi səsi ilə cavab verən şəxs zəng etmədiyini bildirib, nalayiq söyüşlərlə məni təhqir etdi. Harada qaldığımı soruşduqda 8-ci kilometr qəsəbəsində olduğumu dedim. Həmin adam oraya gələcəyini söylədi. Bir qədər keçmiş həmin nömrədən Nicata zəng gəldi. Nicat cavab verəndə onu da söyüb təhqir etdi. Kafe bağlandıqdan sonra ətrafda gəzib, söhbət edərkən Nicata yenidən zəng gəldi. Nicat mənə bir daha həmin

şəxsə zəng calmamağı, gələn olsa isə mübahisə etməməyi tapşıraraq evə getdi.

"Evdən bıçaq götürdüm"

Saat 2 radələrində zəng edən şəxs məni "Qəlyan" kafesinin qabağında gözləyəcəyini dedi. Zəng vuranın mənimlə dalaşmaqdan ötürü gələdiyini başa düşüb evdən bıçaq götürdüm. Nicatın mobil telefonun götürürək həmin yerə getdim. Orada tünd rəngli "VAZ-2107" markalı avtomobil dayanmışdı. Sükan arxasında əyləşən, adını sonradan bildiyim Anar Xəlilov adlı cavan oğlan və başqa iki-üç nəfər maşından düşdülər.

"O nömrə mənim istədiyim qıza məxsusdur"

Məni söyən adamın Anar olduğunu aydınlaşdırıb özümə məxsus mobil telefonu göstərərək onun telefonundan mənə zəng daxil olduğunu dedim. O isə nömrənin istədiyi qıza məxsus olduğunu deyib məni təhqir elədi və sillə ilə vurdu.

Anarın hərəkətlərindən qəzəbləndiyim üçün şalvarımın belinə qoyduğum bıçağı çıxarıb ona sinəsindən bir dəfə zərbə endirdim. Anar arxası üstə yerə yıxıldı. Oğlanlardan biri onun boynundan tutub saxladı. Kimsə: "Anarı bıçaqla vurdu, ölür" deyə qışqırdı. Hadisə yerindən yaxınlıqdakı orta məktəbin həyətində gizləndim.

"Mən Həvva aıdlı qızı əvvəllər tanımamışam"

Maşının getdiyini görüb bıçağı idman meydançasında olan dəmir borunun içərisinə atdım. Polis əməkdaşları məni Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə apardılar. Anarı öldürməyimə səbəb ünvanıma "var-yox" söyüşü etməsi və məni sillə ilə vurması olub. Hadisə zamanı Anarla birlikdə gələn şəxslər məni vurmayıblar. Mən Həvva Kərimovanı əvvəllər

tanımamışam. Əməlimdən peşmanam. Mərhumun ailəsi qaarşısında üzr istyəyirəm".

Zərərçəkmiş: "Ağər cəza istəyirik..."

Zərərçəkmiş şəxs qismində dindirilən Ramiz Xəlilov (mərhumun atası) ifadəsində oğlu Anarın "VAZ-2107" markalı avtomobili icarəyə götürüb taksi kimi istifadə etdiyini, işi ilə əlaqədarən bəzən evə gec gəldiyini göstərib: "Oğlumun Həvva adlı qızla görüşüb evlənmək fikirində olduğunu eşitmişdim. Gecə saat 2 radələrində arvadım Nərgiz Anara zəng vurduqda oğlum uşaqlarla birlikdə olduğunu, 20 dəqiqəyə evə gələcəyini bildirdi. Bir qədər keçmiş arvadım yenidən Anara zəng vurduqda ona zəng çatmadı. Səfər tezdən oğlumun "Qəlyan" kafesinin qarşısında qətlə yetirildiyini öyrəndim. Təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsini xahiş edirəm".

"Səhvən zəng vurmuşam"

Şahid qismində dindirilən Həvva Kərimova ifadəsində 2010-cu ilin dekabr ayından Anarla tanış olduğunu və bir-birlərini sevib evlənmək fikirində olduqlarını göstərib: "2011-ci il mayın 17-də işdən sonra Anarla birlikdə Bakıxanov qəsəbəsində yaşayan bacımgilin yaşadığı mənzilə getdik. Orada bacım və yeznəmlə birgə dəniz kənarında yerləşən kafedə balıq yedik.

Yeznəm Elçinlə Anar yarım litr araq içdilər. Saat 1 radələrində kafedən qayıdarkən yolda mobil telefonuma yad nömrədən zəng gəldi. Mobil telefonumu Anara verdikdə o, kimdənsə zəng daxil olduğunu bildirdi. Qısqanan adaxlımla zəng vuran arasında mübahisə yarandı. Anara yalvarmağıma baxmayaraq o, məni bacımgildə qoyub yeznəmlə birlikdə harasa getdi.

Dəfələrlə Anara zəng şalsam da, cavab almadım. Saat 4 radələrində Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə

dəvət edildikdə Anarın "Qəlyan" kafesinin qarşısında öldürüldüyünü öyrəndim. Mənə zəng vuran nömrənin kimə məxsus olduğunu bilmirəm. Seymur Həmzəyevi tanımıram. Həmin nömərəyə bir dəfə xatırlamadığım vaxt səhvən zəng vurmuşam".

Bakı Ağır Cinayətlər Məhkəməsi Seymur Həmzəyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Sonda onu da əlavə edək ki, mərhum Anar Xəlilov ailə həyatı qurmağa hazırlaşırmış. Qətlə yetirildiyi gündən iki gün sonra toyu olacaqmış...

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm