• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

42 ərini öldürmüş manyak qadın - ŞOK FAKTLAR

42 ərini öldürmüş manyak qadın - ŞOK FAKTLAR

Seksual manyak dedikdə ilk öncə gözümüzün önünə məşhur Çikotilo və yaxud İçalattökən Çek kimi ad çıxarmış məhşur qatillər gəlir.

Cəmiyyətdə belə fikir formalaşıb ki, silsilə qətllər törədən qatillərin hamısı kişilərdir və onlar bu cinayətləri seksual motivlərlə törədiblər.

Lakin bu, belə deyil. Manyaklar arasında qadınlar da var. Törətdikləri dəhşətli cinayətlərə görə onlardan bəziləri heç də kişilərdən geri qalmır.

Belə qadınlardan biri də Bella Seronson Ginnesdir.

İlk qurbanı

Bellanın harada doğulması tarixçilərin mübahisə mövzusudur. Çoxları iddia edir ki, o, 1859-cu il noyabrın 11-də Norveçdə, Syor-Tyondelaq quberniyasında anadan olub.

Ailədə səkkiz uşaqdan ən kiçiyi olub. Atası bənna idi. Ailə Tronxeym şəhərindən bir qədər aralıda, fermada yaşayırdı.

Deyilənə görə, gənc yaşlarında Bella sevgilisindən hamilə qalır. Lakin günlərin bir günü evə qayıdarkən sərxoş kənd zadəganı ona hücum edir, təpiklə qarnına vurur, qadını döyür. Nəticədə Bellanın hamiləliyi pozulur. Məhz bundan sonra gənc qızın davranışlarında dəyişikliklər başlayır. O, fermalarda çalışaraq, Amerikaya getmək üçün pul toplayır.

Tezliklə, Bellaya əl qaldıran zadəgan müəmmalı şəraitdə həlak olur.

Bella isə, nəhayət, pul toplayaraq, 1881-ci ildə Amerikaya köçür və burada xadimə işləməyə başlayır.

Sığorta pulu

1884-cü ildə Bella çikaqolu Medsa Sorenson adlı şəxsə ərə gedir. Medsanın şirniyyat dükanı vardı. Az-çox gəlir də gətirirdi. Lakin az keçmiş dükan yanır. Aldıqları sığorta ilə ər-arvad yeni ev alıb ora köçürlər.

Medsa və Bellanın üç qız uşaqları doğulur. Bir neçə ildən sonra hər üç qızcığaz müəmmalı şəraitdə dünyasını dəyişir. Uşaqların ölümü heç kimdə şübhə doğurmur. Qonşuların ağlına da gəlmir ki, ana öz balalarına qıya bilər. Ancaq fakt faktlığında qalır - Bella qızlarının həyatını sığortalamışdı. Onların ölümündən sonra qadın iri məbləğdə sığorta aldı.

Tezliklə Bellanın əri də dünyasını dəyişdi. Guya o, dərman içərkən həbləri səhv salmış, nəticədə güclü zəhərlənmişdi. Bella ərinin də həyatını sığortalamışdı. Həyat yoldaşının ölümünə görə aldığı sığorta pulları ilə Bella Ginnes yeni ferma aldı.

Ərinin qohumları şübhələnmişdilər. Onlar Bellanın hər hərəkətini izləyirdilər.

Başı kəsilmiş qatil

Bellanın isə heç nə vecinə deyildi. Özünə yeni-yeni sevgililər tapırdı. Hamı bilirdi ki, o duldur, buna görə də tanış olmaq istəyən kişilərin sayı çox idi. Ancaq onların ağlına da gəlmirdi ki, bu xoş görünüşlü qadın əslində soyuqqanlı qatildir.

Yatağına saldığı kişilər tezliklə ona evlilik təklifi edirdilər. Bella imtina etmirdi. Ərə gedirdi, hər bir ərinin də həyatını sığortalayırdı. Bir qədər sonra isə həyat yoldaşları müəmmalı şəraitdə dünyalarını dəyişirdilər.

Ümumilikdə, Bella Ginnes 42 ərini "o dünyaya" göndərdi və sığorta pullarından yarım milyon dollar qazandı. O zaman üçün bu, fantastik məbləğ idi.

Polis Belladan şübhələnmişdi. Ancaq onun cinayətlərini sübuta yetirmək çətin idi.

Öldürülənlərin qohumları isə polisi gözləmək fikrində deyildilər. İntiqam almaq istəyənlərə cinayətin məhz Bellanın törətdiyini sübut etmək üçün fakt-dəlil lazım deyildi.

Günlərin bir günü Bella Ginnes yoxa çıxdı. Kimsə Belanın başını kəsib, sonra meyitini yandırmışdı. Onun qatili tapılmadı.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR