Kişilər onun şərəfinə özlərini xədim edirdilər - - FOTO
Bizi izləyin

Ditdili

Kişilər onun şərəfinə özlərini xədim edirdilər - - FOTO

İslamdan əvvəl ərəblərin ibadət etdiyi 13 Tanrı

İslamdan əvvəl ərəblərin ibadət etdiyi 13 Tanrı

Ərəblər İslamiyyətdən əvvəl politeizm (çoxtanrılıq) dininə sahib idilər. Lakin bütün ərəblər bütpərəst deyildi. Aralarında yəhudi, zərdüşt, xristian ərəblər də vardı. Pagan bədəvilər (bütpərəstlər) öz dinlərinə “Din al-Aba i-ka” yəni Ataların dini deyirdilər. Məkkə həm ticarət yeri, həm də bütün pagan ərəblərin ən müqəddəs yeri sayılırdı. Ən müqəddəs yerləri olan Kəbədə ümumi 360-dan çox bütləri var idi. Ərəb bütpərəstliyi ilə əlaqəli ən güclü qaynaqlardan biri 8-ci əsrdə Hisham Ibn Al-Ürəyi tərəfindən yazılmış “Kitab Al-aşna” (“Bütlər Kitabı”) adı verilən kitabdır. Bu kitab misirli Əhməd Zəki Paşa tərəfindən Şamda tapılıbdır. Misirli Əhməd Zəki Paşanın ölümündən sonra bu kitab Misir dövlət kitabxanasına bağışlanıb.

Ditdili bu dəfəki yazısında həmin kitabda olan ərəblərin islamdan əvvəl sitayiş etdiyi tanrıların bəzilərini təqdim edir:

1. Hubal

Hubal, ərəblərin baş tanrısı- Ay tanrısıdır. Döyüşçünü xarakterizə edir. Qırmızı əqiq daşından hazırlanan insan surətli bir bütdür. Hubalın bütü, Amr ibn Luhayy tərəfindən Ərəbistana gətiriləndə sağ qolu qırılmış, Qureyşlilər bu qırıq qolun yerinə ona qızıl qol düzəltmişlər. Ərəblər hər hansı hadisə olan kimi Hubalın fal oxlarını çəkirdilər. Bu fal oxlarına görə işlərini yoluna qoyurdular. Hz. Məhəmməd daha sonra Məkkəni ələ keçirəndə Kəbədəki digər bütlərlə birlikdə Hubalın bütünü də qırmışdır. Quranda Saffat surəsi 125-ci ayədə bu bütün adı keçir.

2. Al-Lat

Al-Lat, ərəblərin üç baş tanrılarından biridir. Bərəkət və kənd təsərrüfatı tanrısıdır. 3 baş ilahənin ortancısıdır. Al-Lata sitayiş edənlər onu məmnun etmək üçün arpa sıyığı təqdim edirdilər. Bu tanrının məbədi və bütü Əbu Süfyan bin Hərb tərəfindən dağıdılıb. Bunun da əmrini Hz. Məhəmməd verib. Nebatilər, Al-Latı Athena və Minerva ilə bir tutmuşdur. Herodot, ərəblərin tanrıları haqqında bunu yazırdı: “Onlar, Dionis və Afroditadan başqa tanrılara sitayiş etmirlər. Ərəblər Dionisə "Orotalt", Afroditaya "Alilat" deyirlər.”

3. Al-Uzza

Üç böyük ilahənin ən kiçiyidir. Ulduzların tanrısıdır. Nebatilər, Uzzanın Roma tanrısı Venera ilə bir tutmuşdur. Ərəblər uşaqlarına "Abd-Al-Uzza" yəni "Uzzanın qulu" kimi adlar verirdilər. Ərəblər, xüsusilə Qureyşlilər Uzzanın çox sevərdilər. Onun adına qurban kəsərdilər. Qureyşlilər Kəbəni Uzza adına, Lat adına, Menat adına təvaf edərdilər. Al-Uzzanın bütünü və məbədini Xalid min Vəlid dağıdıb. Rəvayətlərə görə, Xalid Bin Vəlid Al-Uzzanın son bütünü qırarkən Al-Uzzanın özünü görüb və onu qılıncla ikiyə bölərək öldürüb. Yəmənlilər Al-Uzzanı şəfa tanrısı olaraq görürdülər. Varlı yəmənlilər yaxınları xəstələnən kimi Uzzaya qızıl təqdim edirdi.

4. Menat

Üç böyük ilahənin ən böyüyüdür. Qismət tanrısıdır. Nebatilər Menatı intiqam ilahəsi Nemesis ilə bir tutur və Hubalın arvadı olduğunu düşünürdülər. Menata tapınan ərəblər onun adına həcc edir, vəqfəyə hər kəslə birlikdə dururlar, saçlarını kəsdirmirdilər. Təvaf bitdikdən sonra Menatın bütünün yanına gəlir, orada saçlarını kəsdirirdilər. Ərəblər, Menata yağış yağdırması və düşmənlərə qarşı zəfər üçün dua edirdi. Menatın bütü və məbədi Məkkə ilə Mədinə arasında olan ərazidə idi. Onun bütünün ətrafında qurban kəsilirdi. Bütü və məbədi Sad ibn Zaid al-Ashhali tərəfindən məhv edilib. Rəvayətlərə görə imam Əli məşhur qılıncı Zülfüqarı Menatın məbədində tapıb.

Qeyd: Ərəblərin yeni doğulan qız uşaqlarını diri-diri basdırması qadınları kiçik görməsindən deyil, Lat, Menat və Uzzaya qız uşaqlarını qurban etmə istəyindən gəldiyi fikri söylənilir.

5. Dushara

Nebatilərin ən böyük tanrısıdır. Bu tanrıya şimal ərəbləri və bədəvilərdən Azd qəbiləsi sitayiş edib. Məbədi Petrada idi. Yunanların Zevs ilə bərabər tutulurdu Çünki, Nəbati panteonunun başındakı tanrıydı. Lakin, Dushara göylərin tanrısı deyil, dağların tanrısıdır.

6. Atargatis

Şimali Suriyanın ən böyük tanrısı idi. Çayların və dənizlərlə bərabər, həm də bərəkət tanrısı sayılırdı. Özünə sitayiş edən xalqın təhlükəsizliyinə məsul idi. Əri, fırtına və yağış tanrısı Hadaddır. Suriyalı ərəblər bu tanrıya göyərçin və balıq qurban edərdi. Göyərçin eşqi, balıq isə bərəkəti və dənizlərin içindəki həyatı təmsil edərdi. Suriya və Urfada bu tanrıya sitayiş edən kişilər, onun şərəfinə özlərini xədim edirdilər. Bu vəziyyət suriyalıların xristianlığı qəbul etməsinə qədər davam etdi. Bu ilahənin məbədləri Aşkelon, Menbik və Urfada (Balıkqlıgöl və ətrafı) idi. Məbədlərinin ən böyük xüsusiyyəti içində süni, yaxud təbii göllər və içinin balıqla dolu olması idi. Bu balıqlar müqəddəs sayılır, xüsusi dini mərasimlərdən başqa vaxt bu balıqlar yeyilmirdi.

7. Dhatu-ANVATİN

Dhatu-ANVATİN Qureyş qəbiləsinin və bədəvilərin ibadət etdiyi böyük ağacdır. Hər il Qureyşlilər bu ağacı ziyarətə gəlir, budaqlarına silahlarını, paltarlarını və qiymətli əşyalarını asırdılar, bu ağaca qurban kəsirdilər və bu ağacın yanında tam 1 gün qalırdılar.

8. Şəms

Ərəblərin günəş tanrısıdır. Ərəbcə "günəş" deməkdir. Mesopotamiya mənşəli tanrıdır. Yəmənlilər tərəfindən bərəkət tanrısı olaraq sitayiş edilirdi. Səhrada yaşayan bədəvilər günəş tanrısına sitayiş etməkdən çox ay tanrılarına ibadət edərdilər. Çünki, bədəvilər isti hava şərtləri altında yaşayırdılar. Bu isti hava şərtləri altında yaşayan bədəvilər sərin səhra gecələrində rahat bir nəfəs alırdılar. Buna baxmayaraq, ərəblər Şəmsə gün doğumunda günortaya və gün batımına qədər səcdə və dua edirdilər.

9. Vadd

Ərəblərin su tanrısıdır. Dumat Al Jandallı ərəblər üzərilərində "Vadd-Ab" yəni "vadd atamdır" yazan tilsimlər gəzdirirdilər. Bu tilsimləri taxan adama sağlamlıq və zənginlik gətirdiyinə inanırdılar. Vaddın bütü böyük və saqqallıydı. Ərəblər bu tanrını yalnız su tanrısı olaraq görmürdülər, həm də bu tanrı cəsarəti də təmsil edirdi. Şimali yəmənlilər Vaddı ay tanrısı olaraq görür və ona ilan qurban edirdilər. Quranda Nuh surəsi 23-cü ayədə adı keçir. Dumat Al Jandaldakı bütü və məbədi Hz Məhəmmədin əmri ilə Xalid min Vəlid tərəfindən dağıdılmış və bu dağıtmaya qarşı müqavimət göstərənlər isə öldürülmüşdür.

10. Quzah

Göyün və iqlimin tanrısıdır. Ərəblər bu tanrının buludlarda oturduğunu, şeytanlara buludlardan dolu atdığına inanırdılar. Ərəblər göy qursağını cənnətə gedən körpü olaraq görür və bu körpünün qoruyucusunun da Quzah olduğunu deyirdilər. Ərəblər bu gün belə göy qurşağına "quş qazah" yəni "Quzahın yayı" deyirlər.

11. Athtar

Yəmənli ərəblərin döyüş tanrısıdır. Bu tanrı da Mesopotamiya mənşəlidir. Efiopiya və Somalidə sitayiş olunurdu. Venera planetini təmsil edir. Yəmənlilər həm də bu tanrını su gətirən olaraq görür və suyu yalnız yağış yağdırmaqla deyil, çayları və digər su qaynaqlarına nəzarət edərək gətirdiyinə inanırdılar. Simvolu mizraq ucuydu və bu tanrıya antilop qurban edilirdi.

12. Manaf

Ərəblərin öncəgörmə tanrısıdır. Heykəli böyük və daşdandır. Ərəblər Hubala sitayiş etməzdən əvvəl Manafı tanrılarının ən böyüyü olaraq görürdü. Məbədinə aybaşı olan qadınlar girmirdi.

13. Al-Qaumi

Al Qaumi döyüşün və gecənin tanrısıdır. Həmçinin, karvanların qoruyucusudur. Nebatilərin baş tanrısından biri idi. Ərəb tacirlər gecələri yatdıqlarında Qaumun karvanlarını qoruduqlarına inanardılar.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm