Dünyanı dəyişdirən GİZLİ QƏHRƏMANLARIN BİLİNMƏYƏN SİRLƏRİ - FOTO
Bizi izləyin

Ditdili

Dünyanı dəyişdirən GİZLİ QƏHRƏMANLARIN BİLİNMƏYƏN SİRLƏRİ - FOTO

Dünyanı dəyişdirən GİZLİ QƏHRƏMANLAR: Onları heç kim tanımır

Bu insanların bir çox hadisə üzərində böyük təsirləri var, amma təəssüf ki, onların adları tarix kitablarında yoxdur.

Publika.az “Ditdili” layihəsi çərçivəsində tarixi dəyişdirən həmin şəxsləri araşdırdı:

1. Elişa Qray

Elişa Qray amerikalı elektrik mühəndisi və “Western Electric Manufacturing Company”nin qurucularındandır. Qray 1876-cı ildə hazırladığı telefon modeli ilə tanınır. Hətta bəzilərinə görə, telefonun əsl ixtiraçısı Qraydır. Qray həmçinin musiqi aləti olan sintezatorun yaradıcısı hesab olunur. Onun 70-dən çox patenti var.

2. Kia Silverbrok

Kia Silverbrok avstraliyalı alimdir. Dünyanın ən məhsuldar ixtiraçısıdır. Təkcə Amerikada 4665 patenti var. Silverbrok bir çox sahələr üzrə şirkətlər qurub və yeni məhsullar təqdim edib. Bunların arasında sahələrin arasında kompüter qrafiki, video və audio istehsalı, elmi məlumat əməliyyat, fabrik avtomatlaşdırılması, LCD, molekulyar elektrik, internet, proqram, məzmun rəhbərliyi, genetik analizi, MEMS cihazları, fotovoltaik günəş batareyaları və interaktiv kağızlar var.

3. Qustav Uayzed

Qustav Albin Uayzed Almaniyadan Amerikaya köç etmiş və burada 1897-ci ildə 1915-ci ilə qədər planer, uçuş maşınları və motorları hazırlayıb. 1901 və 1902-ci illərdə motorlu vasitəni müvəffəqiyyətli bir şəkildə uçurduğu iddiaları hələ də müzakirə edilir. Əgər bu iddia doğrudursa, Rayt qardaşların 1903-cü ildə ilk dəfə uçuş həyata keçirdikləri gerçəyi dəyişmiş olur.

4. Anton Drexler

I Dünya Müharibəsində Alman Atayurd Partiyasına (Deutsche Vaterlandspartei) qatılır və 1919-ci ildə Qotfrid Feder və Dietriç Eckart ilə “Alman Fəhlə Partiyasını” (DAP) qurur. 1920-ci ildə Alman Fəhlə Partiyasının adı Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDAP) olaraq dəyişir. 1921-ci ildə Adolf Hitler partiyanın lideri olur. Hitlerin partiya başçısı olması ilə Drexler yalnız simvolik fəxri prezident olur. 1923-ci ildə partiyanı buraxır. Hitlerin siyasətdəki ilk illərində ona ağıl müəllimliyi etdiyi deyilir. Hətta görünüş olaraq da Hitlerə bənzəyir.

5. Con Alkok və Artur Braun

İngilis pilotlar 1919-cu ilin iyul ayında ilk kəsilməz transatlantik uçuşu reallaşdırırlar. Uinston Çörçill "72 saatdan qısa müddətdə" Atlantik Okeanını keçdikləri üçün onları “Daily Mail” mükafatı ilə mükafatlandırır.

6. Emi Conson

Bütün dünya ilk qadın pilot kimi Ameliya Erhartı tanısa da, Emi Conson da onunla eyni dövrdə yaşayıb. Emi Conson İngiltərədən Avstraliyaya tək başına uçan ilk qadın pilotdur. Həyat yoldaşı Cim Mollison ilə 1930-cu illərdə bir çox uzun məsafəli uçuş həyata keçirib. İkinci Dünya Müharibəsində da iştirak edən qadın pilot bir uçuş əsnasında ölüb.

7. Alfred Rassel Uolles

Alfred Rassel Uolles ingilis təbiət alimi, araşdırmacı, coğrafiyaşünas, antropoloq və bioloqdur. Uolles təbii seleksiya vasitəsilə qəbul etdiyi təkamül nəzəriyyəsi ilə məşhurdur və bu mövzudakı araşdırması Darvinin bəzi qeydləri ilə birlikdə 1858-ci ildə nəşr olunub. Bu da Darvinin öz qeydlərini yayınlamasına liderlik edib.

9. Filo Farnsuort

Amerikalı ixtiraçı və televiziyaşünasdır. İlk elektron televiziyaların inkişaf etdirilməsinə öz töhfəsini verib. Farnsuort ilk görünüş skaneri və maraqlı görünüş nəql sistemini ixtira etməsi ilə tanınır. Və belə bir sistemi xalqa təqdim edən ilk insandır.

Mənbə: https: //www.distractify.com/bethbuczynsk ...

Dilruba Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm