Dünyaya meydan oxuyan liderlər yalnız bunun qarşısında ACİZ QALIRDI: Faktlar - FOTO
Bizi izləyin

Ditdili

Dünyaya meydan oxuyan liderlər yalnız bunun qarşısında ACİZ QALIRDI: Faktlar - FOTO

Dünyaya meydan oxuyan liderlər yalnız bu şeyin qarşısında aciz qalırdı

Həyatda insan sağlamlığından vacib heç nə yoxdur. Bəzi tarixi şəxsiyyətlər istədikləri qədər dünyaya yön vermələrinə və sərvətlərilə hər kəsə meydan oxumalarına baxmayaraq xəstəliklərinə qarşı olduqca aciz qalıblar. Başqa sözlə onlar ömürlərinin sonuna qədər sağlamlıq problemlərindən əziyyət çəkiblər.

Publika.az “Ditdili” layihəsi çərçivəsində həmin tarixi şəxsiyyətləri araşdırıb.

Uinston Çörçill

Çörçill bipolyar pozuntusundan əziyyət çəkirdi. Bəzi zamanlar heç enerjisi olmur, çox vacib bir gün olsa belə, yatağından çıxmırdı. Ya da günün ortasında əhvalı çox pisləşir və donuzu ilə danışmaq üçün onların yanına gedərmiş. O, bəzən saatlarla oturub donuzu ilə danışarmış.

Vinsent Van Qoq

Van Qoqun da bipolyar pozuqluğu olduğu düşünülürdü. Yazdığı gündəliyində yaşadığı qarışıq duyğularına görə bu qənaətə gəlinib.

Mustafa Kamal Atatürk

Atatürkün bir gözü Trablis döyüşündə məruz qaldığı hava hücumu nəticəsində kor olub. Onun ölümünə səbəb isə sirroz xəstəliyi idi.

Con Kennedi

Kennedinin addison (böyrәküstü vәzilәrin qаbıq mаddəsinin ikitərəfli xrоniki çаtışmаzlığı nәticәsindә əmələ gəlәn xәstәlikdir) xəstəliyi vardı. Davamlı bel ağrılarından şikayət edirdi. Həmişə bürünc qalan bədəninin səbəbi də bu idi. Bu xəstəlik Tomas Ceffersonda da var idi. Buna görə xəstəliyin bir digər adı da “Prezident xəstəliyi” olaraq bilinir.

İngilis kralı VIII Henri

Həyatına dair qeydlər və tapıntılar ingilis kralı VIII Henrinin yüksək ehtimalla sifilis, revmatizm, gut və şəkər xəstəsi olmasını söyləməyə əsas verir. VIII Henri həddindən artıq piylənmə səbəbindən vəfat edib.

Bencamin Franklin

100 dolların üzərində gördüyünüz bu adam da gut xəstəliyindən əziyyət çəkirdi.

Çar II Nikolay

Çar II Nikolayda hemofiliya (qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə qanaxma baş verir). Bu xəstəlik oğluna da keçmişdi.

İngilis Kralı III Corc

Kral Corcun porfiria (vampir) xəstəliyinə sahib olduğu düşünülür. Bu xəstəlik sidiyinizi və nəcisinizi bənövşəyi rəngə çevirir.

Edqar Allan Po

Po vərəm idi. Məlumata görə, birlikdə vaxt keçirdiyi bir çox adam bu xəstəliyə tutulurdu.

Exnaton

Misir fironu Exnaton birləşdirici toxumasının zədələndiyi marfan sindromundan əziyyət çəkdiyi bildirilir.

Volfqanq Amadey Motsart

Onun Turet sindromu var idi. Yəni mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu.

Adolf Hitler

Hitlerdə dəri xəstəliyi olan sədəf və parkinson xəstəlikləri mövcud idi.

Qay Yuli Sezar

Roma hökmdarının epilepsiya olduğu düşünülürdü. Uilyam Şekspirin Plutarx əsərində bu, görülə bilər.

Artur Uelsli

Vellinqton hökmdarı Arturun kiçik bir quyruğu olduğu deyilir.

Mona Liza

Da Vinçinin Mona Lizasında qadının yüksək xalestrolu olduğu yalnız dərisinə baxaraq aydın olub.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm