• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hər il məzarını sirli pərəstişkar ziyarət edir - FOTOLAR

  • Əlfəcin
  • 27 Yanvar 2014 16:53
  • 1 868 Baxış
Hər il məzarını sirli pərəstişkar ziyarət edir - FOTOLAR

Əfsanəvi amerikalı şair, ədəbi tənqidçi və redaktor, “qorxu və dedektiv” ustası Edqar Allan Po 1849-cu ilin 7 oktyabr tarixində vəfat edir.
Naməlum şəraitdə vəfat edən Ponun həyat və ölümü bütün dünyadakı ədəbiyyatsevərləri indiyə qədər həyəcan içində saxlayır...

Sizə Edqar Allan Ponun həyatından maraqlı bir neçə fakt təqdim edirik:

Edqar Po əmin idi ki, əsl, belə desək, itilənmiş ustalıq nəticəsində, hər bir yazıçı ortaya dahiyanə əsər qoya bilər. Onun metodu ədəbiyyatşünaslığa “Ponun ruhlandırılmış riyaziyyat” adı altında daxil olub. Yazıçı hətta “Quzğun” əsərini necə ərsəyə gətirməsi barədə geniş esse də yazıb.

Ayrı-ayrı mütəxəssislər Ponu “Beylin kriptoqramı” adı ilə məşhur olan mistifikasiyanın müəllifi də adlandırırlar. Bu çox güman ki, qızıl və gümüşdən ibarət basdırılmış xəzinənin məkanını göstərən, izah edən üç şifrələnmiş məlumatdır. Ancaq krtiptoqramın tapmacası indiyə qədər açılmayıb.

1849-cu ilin 3 oktyabr tarixində piyadalar kanalın yanında huşsuz halda uzanmış şairi görürlər. Başqa versiyaya görə, o, yerli pivəxanaların birində və yad paltarda tapılmışdı. Özündə olmayan Ponu xəstəxanaya çatdırırlar və ucuz palataya yerləşdirirlər.
Həkimlər iddia edirdilər ki, Po qarabasmadan əziyyət çəkir və daim sayaqlayaraq kimisə çağırır. Ölənə qədər yazıçı özünə gəlmir.

Belə bir əfsanə də mövcuddur ki, hər il şairin ad günündə onun məzarını qara plaşa bürünmüş və enli şlyapa geyinmiş hansısa sirli pərəstişkar ziyarət edir. İndiyə qədər heç kim onunla danışa bilməyib.

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR