“Müharibə allahları”, yaxud Con Kennediyə sui-qəsdin gizlinləri
Bizi izləyin

Gizli tarix

“Müharibə allahları”, yaxud Con Kennediyə sui-qəsdin gizlinləri

Amerika daim müharibələrə can atır. Dünyanın əksər qaynar bölgələrində başlayan konfliktlərin hamısında onun barmağı var. Görəsən ABŞ-ın məqsədi fikri: iki əsr öncə Rusiyanın yetirdiyi funksiyaya – dünya jandarmına çevrilmək, yoxsa..?

Amerika daim müharibələrə can atır. Dünyanın əksər qaynar bölgələrində başlayan konfliktlərin hamısında onun barmağı var. Görəsən, ABŞ-ın məqsədi iki əsr öncə Rusiyanın yetirdiyi funksiyaya – dünya jandarmına çevrilmək, yoxsa..?

Bunu daha yaxşı anlamaq üçün gəlin Amerikanın yaxın keçmişinə nəzər salaq.

Dallas, 1963

1963-cü ilin noyabrında Dallas şəhərində ABŞ-ın 35-ci prezidenti Con Kennedi snayper gülləsi ilə öldürüldü. FTB və Konqresin xüsusi komissiyasının rəyinə görə, prezidenti 150 metrlik məsafədən "Manlixer-karkano" tüfəngi ilə Li Harvi Osvald güllələmişdi. Qatilin özü də iki gün sonra prezidentin intiqamını alan Cek Rubinin gülləsindən həlak oldu. Öz növbəsində Cek Rubi səkkiz ay sonra həbsxanada sürətlə inkişaf edən xərçəng xəstəliyindən dünyasını dəyişdi.

Rəsmi istintaq öz yerində, amma məntiqlə, həvəskar atıcı olan Osvald hərəkətdə olan hədəfi vura bilməzdi. Özü də bir neçə dəfə. Prezidentə, ən azı, iki-üç snayper atəşi açılmışdı. Bu cür dəqiq hədəfi nişan alan atəşlərdən daha çox xüsusi xidmət orqanlarının təmsilçiləri istifadə edirlər.

Bəzi fərziyyələrə görə, guya, bu qəsd Nikita Xruşşovun planı idi. Lakin cinayətdə nə Osvaldın, nə də "qarğıdalı dəlisi" Xruşşovun əli vardı.

"Dəyirmi Masa"

20-ci əsrin əvvəllərində ABŞ-da silah istehsalı və alveri ilə məşğul olan bir qrup bankir və maqnat öz maraqlarına uyğun klub yaratdılar. Bu "Dəyirmi Masa" üzvləri 1929-cu ildən öz işlərini sistem halına saldılar. Onların məqsədi dünyanın müxtəlif bölgələrində münaqişələri qızışdırmaq, müharibə törətmək idi.

Belə sistem "Dəyirmi Masa" üzvlərinə külli miqdarda qazanc gətirirdi. Əlbəttə ki, silah istehsalı və alverindən. Uzunmüddətli sülh isə, əksinə, maqnatlara milyardlarla ziyan vururdu.

Arzuolunmaz prezident

Prezident seçildiyi ilk illərdə Vyetnamda müharibəyə başlayan, sonra Kuba məsələsinə görə SSRİ ilə düşmənçilik aparan Kennedinin hakimiyyəti ilk əvvəl "Dəyirmi Masa" üzvlərinə sərf edirdi. Çünki həmin vaxtlar hərbi xərclər xeyli artmışdı.

Hər şey 1963-cü ilin əvvəlində dəyişdi. Prezidentin göstərişi ilə onun qardaşı Robert Kennedi ( o zamankı ədliyyə naziri) hərbi-sənaye lobbisinin işini təftiş etməyə başladı. Aşkara çıxdı ki, hərbçilər nəinki münaqişələri qəsdən şişirtməklə, həm də dövlət büdcəsindən oğurluqla da məşğuldurlar. Təsəvvür edin ki, ordu üçün qiyməti 76 dollardan hesablanan adi çəkic dükanlarda cəmi 3 dollara satılırdı. Silahlı qüvvələr sahəsində isə hər bir inventarın qiyməti, ən azı, 10 dəfə artırılmışdı.

Odur ki, Kennedi hərbçiləri ittiham etdi və onların müvafiq ölçü götürmələrini gözlədi. Müsbət cavabı almayan prezident bəyan etdi ki, Dallasdan qayıtdıqdan sonra yoxlamaların nəticələrini açıqlayacaq və cinayətlərdə əli olan hər kəs məsuliyyətə cəlb ediləcək.

Əlbəttə ki, bunu ona bağışlamadılar. Sonda qısa müddətdə Kennediyə sui-qəsd təşkil olundu. 1968-ci ildə isə digər qardaşı, Robert Kennedini güllələdilər.

Kennedilərin faciəsi

Kennedilər ailəsinin faciəsi bununla bitmədi. 16 iyul 1999-cu ildə sabiq prezidentin eyniadlı oğlu Con Kennedi həyat yoldaşı K.Bisset və baldızı Loreynlə birgə "Payper Saratoqa-2" təyyarəsində qəzaya uğradı.

Son dəfə təyyarə radarlarda 09.39 radələrində, Martas-Vinyard yaxınlığında göründü və sonra okeanda gözdən itdi.

Meyitlərin axtarışı qəribə hadisələrlə müşayiət olundu. Həlak olanların meyitləri okeanda tapılan kimi bütün KİV-lərdə oğul Con Kennedinin vəsiyyətnaməsi "peyda oldu". Guya, Con öldükdən sonra meyitinin yandırılıb, külünün okeana səpilməsini istəyib. Sanki o, həlak olacağını əvvəlcədən bilirmiş. Qəribə burasıdır ki, onun bu arzusu tezliklə yerinə yetirildi. Həlak olanın qanında zəhər olub-olmadığı yoxlanılmadı və meyiti yandırıb külünü okeana səpdilər.

Güründüyü kimi, bu faciənin də səbəbi açılmamış qaldı.

Şübhəlilər

Kiçik Con Kennedinin faciəli ölümündə o zamankı prezident Bill Klintonun da əli olduğu güman edilir. Əvvəla ona görə ki, sadə amerikalılar atasından sonra kiçik Con Kennediyə də bir siyasətçi kimi rəğbətlə yanaşırdılar. İkinci və ən əsası səbəb isə bu idi ki, kiçik Con Kennedi uzun müddət atasının arxiv materialları üzərində işləmişdi. Bu materiallar hələ də "Dəyirmi Masa" üzvləri üçün təhlükə törədirdi.

Şübhəsiz ki, İraq, Əfqanıstan, Yuqoslaviya, "ərəb baharları", eləcə də Ukraynadakı son hadisələr "Dəyirmi Masa"nın metodikası ilə çəkilən gözəl illüstrasiyalardır. Bu, onu deməyə əsas verir ki, həm Klinton, həm Buş, həm də hazırkı prezident Obama "Dəyirmi Masa"nın üzvüdürlər. Yaxud onların göstərişlərini yerinə yetirirlər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm