• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Amerika mafiyasının əfsanəsi – Al Kapone

Amerika mafiyasının əfsanəsi – Al Kapone

Al Kapone (1899-1947)- İtaliya mafiyasının ən parlaq nümayəndəsidir. 1920-1930-cu illlərdə ABŞ-ın Çikaqo şəhəri bütünlüklə bu qanqsterin mütəşəkkil cinayətkar qruplaşmasının nəzarətində olub. Onu Amerika mafiyasının əfsanəsi adlandırırlar. Haqqında Hollivudda onlarla film çəkilib. Müxtəllif illərdə Al Kapone obrazını ən məhşur aktyorlar canlandırıblar ("Al Kapone" filmində Rod Stayger, "Kapone" filmində Ben Qazzara, "Yeraltı imperiya" filmində Stiven Qrem). Bundan başqa, FTB-yə həsr olunmuş filmlərdən birində Al Kapone obrazında Hollivud ulduzu Robert De Niro çəkilib.

Cangüdən bossa çevrilir

Al Kaponenin Çikaqoya ilk gəlişi Amerikada spirtli içkinin yasaqlandığı vaxta düşdü. Həmin dövrdə qanqsterlərin çoxu spirt qaçaqmalçılığı ilə məşğul olurdu. Kaponenin əmisi Torrio da tanınmış mafiozlardan idi. O, əmisinin restoranlarından birində cangüdən işləməyə başlayır. Tezliklə Torrionun klanı ilə rəqib klanlar arasında müharibə başlayır. Torrionun həyatına iki sui-qəsd olur. Sonuncu atışmada o, ağır yaralanır və bundan sonra bütün işləri Kaponeyə həvalə edərək özü kənara çəkilir. Həmin vaxt Torrionun bandasının 100 nəfərdən çox döyüşçüsü vardı. Onlar hər ay spirt qaçaqmalçılığından və fahişə biznesindən 300 min dollar qazanırdılar. 1920-ci illər üçün bu, fantastik məbləğ sayılırdı.

Beləliklə, 26 yaşlı Kapone cangüdəndən bossa çevrilir.

Amansız qanqster

"Xoş sözlə nailiyət əldə edə bilərsiniz, amma əlinizdə tapança varsa, bunu daha tez etmək olar". Bu sözlərin müəllifi Kaponedir. Əmisinin yerinə keçən gənc qanqsteri şəhərdəki vəziyyət məmnun etmirdi. Çikaqo 5 mafioz klan arasında bölünmüşdü. Həyatın bütün sahələrinə, hətta şəhər meriyasına seçkilərə də onlar nəzarət edirdi. Kapone rəqiblərini amansızlıqla qırmağa başladı. Təkcə 1924-1929-cu illər ərzində Çikaqoda 500-dən çox qanqster güllələndi. Etnik irlandların çoxsaylı qruplaşmalarına Kapone xüsusi diqqət ayırırdı. O, irlandlara nifrət edirdi. Kaponenin adamları pulemyotlar , "Tompson" avtomatları və əl qumbaraları ilə irland bandalarının axırına çıxdılar.

Avtomobilərin altına partladıcı yerləşdirmək də Kaponenin yeniliyi idi. Avtobil işə düşən kimi külü göyə sovrulurdu.

Kaponenin irland Baqs Moranın bandasını məhv etməsi Amerika kriminalistika tarixinə "Müqəddəs Valentin günündə qətl" adı ilə düşdü. Həmin gün Moran da daxil olmaqla 7 irland qanqster güllələnmişdi.

Əlbətdə , bütün bu qətllərdə Kaponenin əlinin olması gün kimi aydın idi. Ancaq onun alibisi vardı. Polislər heç nəyi sübut edə bilmirdi.

Kapone isə öz işində idi. Amansız qətllərdən sonra kriminal aləmdə nüfuzu artmışdı. Bütün rəqibləri ondan çəkinirdi.

Çirkli pulların yuyulması

"Çirkli pulların yuyulması" termini indi məşhurdur. Maraqlıdır ki, bu ifadənin yaranması Al Kaponenin fəaliyyəti ilə bağlıdır. Al Kapone əldə etdiyi milyonları leqal pula çevirməli idi. Bunu necə edə bilərdi? Axı həm vergi, həm də xüsusi xidmət orqanları onu daim izləyirdi. Məsələ ondadır ki, Amerika cəmiyyətində evdə paltar yumaq dəbdə deyil. Bu səbəbdən, Kapone Çikaqoda ucuz qiymətə xeyli camaşırxana açır.

Camaşırxanalara bir gün ərzində nə qədər müştərinin gəlib-getdiyini izləmək mümkünsüz idi. Belə halda istənilən qədər müştəri sayı qeyd edib vergi orqanına təqdim edirdilər. Bu camaşırxanalarda çirkli pullar yuyulub leqallaşırdı.

Sui-qəsd

"Düşməni bağışlamaq olarmı? Qoy onları Allah bağışlasın. Bizi isə vəzifəmiz onları Allahla görüşdürməkdir." Bu məşhur ifadənin də müəllifi Al Kaponedir. Bəs, bu ifadə hansı səbəbdən yaranmışdı?

Kaponenin əsas adamlarından olan Albert Ansalmi və Con Skalize bossu aradan götürərək bandanın başına keçməyi planlaşdırırdılar. Kapone onların sui-qəsd planından xəbər tutdu. 1929-cu il mayın 7-də Kapone öz qruplaşmasının nüfuzlu üzvlərini ziyafətə dəvət etdi. Dəvətlilər arasında sui-qəsdçilər də vardı. Ziyafətin ortasında Kapone beysbol dəyənəyini çıxararaq Ansalmi və Sakalizeni döydü və sonda hər ikisinin başına güllə sıxdı.

Çoxsaylı qətllərdə birbaşa əli olsa da, onun günahını sübut etmək olmurdu. Nəhayət, vergi orqanları sübut-dəlil toplayaraq ona qarşı ittiham irəli sürdülər. 1931-ci Kapone Federal Məhkəmə qarşısında cavab verdi. Onun vəkilləri hakimi ələ almağa çalışsalar da, buna nail olmadırlar. Onda andlılar məhkəməsinin üzvlərini satın almaq istədilər. Bu da nəticə vermədi. Çünki hakim iclas vaxtı andları dəyişdi. Kapone 10 il müddətinə azadlıqdan məhrum edildi.

Həbs müddətinin böyük hissəsini – yeddi ilini məşhur Alkatras həbsxanasında keçirdi. Həbsxanadan ölümcül xəstə çıxan Kapone artıq kriminal nüfuzunu itirmişdi. Onun yerini artıq başqaları tutmuşdu.

1947-ci il yanvarının 24-də əfsanəvi mafioz ürək tutmasından vəfat etdi.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR