• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Tarixin ən sirli casus qadınları – FOTOLAR

Tarixin ən sirli casus qadınları – FOTOLAR

Siz, yəqin ki, Jozefina Beyker və Mata Hari kimi casus qadınların adını eşitmisiz. Hətta onların həyatı belə ekranlaşdırılıb. Lakin elə casus qadınlar var ki, onların əməllərini bəyənməsək belə, möhtəşəm həyat yaşayıblar. Bu qadınların həyatı barəsində film də çəkmək olar.

Publika.az həyatları ekranlaşdırılmağa layiq görülən casus qadınları təqdim edir.

Nur İnayyət Xan

Nur İnayyət Xan İkinci Dünya müharibəsi illərində casusluqla məşğul olan ən məşhur qadınlardan biri olub. Onun atası hindistanlı müsəlman, anası isə amerikalı olub. Atası sufilik üzrə müəllim olub. İnayyət Fransada böyüyüb. O, Sorbonna Universitetində psixologiya, Paris konservatoriyasında isə musiqi təhsili alıb. Müharibə illərində o, şeir və uşaqlar üçün əsərlər yazardı.

Müharibə başlayanda İnayyət və qardaşı Vilayət nasistlərlə mübarizədə müttəfiqlərə kömək etmək qərarına gəldilər. Onların fikrincə, göstərəcəkləri yardım ingilis və hind xalqı arasında münasibətləri daha da yaxşılaşdıra bilər. İnayyət hava qoşunlarının köməkçi korpusuna qoşulur və rabitəçi işləyir. Bir çoxları onu casusluq üçün yaramayacağını, çox zərif və incə olduğunu düşünürdü. Parisdə nasistlər bir neçə rabitəçini həbs etsələr də, o, şəhərdə qalaraq, radio vasitəsilə İngiltərəyə məlumat ötürürdü. Lakin o ələ keçdi. Bundan əlavə, sorğuda Xan heç bir informasiyanı gizlətmədi. Bir sözlə, o, böyük bir səhvə yol vermiş oldu: o, Londona göndərdiyi məlumatların nüsxəsini çıxarmışdı. Sonradan bu nüsxələr almanların əlinə keçdi. O, artıq heç nə ilə bəraət qazana bilməzdi.

Həbsxanaya salınan Xana nasistlər daim işgəncə verirdilər. Sonradan isə onu Dahau həbs düşərgəsinə göndərdilər. Elə oradaca Xanı güllələdilər.

Nensi Ueyk

Ueyk 1912-ci ildə Vellinqtonda dünyaya gəlib. İkinci Dünya müharibəsi başlayan illərdə o, müxbir kimi çalışırdı. Ueyk Vyana şəhərində nasistlərin yəhudi əsilli kişi və qadınları döyməsinə şahidlik edib. Bundan sonra, Ueyk Fransada Müqavimət hərəkatına qoşulmağa qərar verdi. O, naz-qəmzəsindən istifadə edərək gestapo üzvlərindən casusluq etməyə başladı. Sonra isə Ueyk qaçqınlara qoşulub müttəfiq ölkələrin ordusuna yardım edirdi.

Ueyk gestapoda axtarışda olan ən təhlükəli adam elan edildi. Ona "Ağ siçan" təxəllüsü qoyulmuşdu. Onu öldürənə 5 milyon frank təyin olundu. Sonradan Ueyk Fransadan qaçaraq İngiltərədən sığınacaq aldı. O, 2011-ci ilə kimi yaşadı. Lakin onun sığınacaq alması Ueykə baha başa gəldi. Çünki onun əri Fransanı tərk etmədi və gestapoçuların əlinə keçdi. Nasistlər Henri Fiokkanı işgəncə ilə qətlə yetirdilər. Ueyk qocalana kimi ərini unuda bilmədi...

Şevalye d’Eon

Şevalye d’Eon casus kimi maraqlı şəxsiyyət olub. Əsl adı Şarl-Jenevyev-Öküst-Andre-Timoti d’Eon de Bomon idi. d’Eon kişi kimi doğulub və 49 ildən sonra qadın obrazına daxil olub. O, XV Lüdovikin "Kral sirri" adlı məxfi şəbəkəsində çalışıb. Habsburqlar sülaləsinin planına əsasən, o, impreratriça Yelizaveta ilə görüşmək üçün Rusiyaya göndərilib. O dövrlərə görə, Rusiya sərhədlərini yalnız qadın və uşaqlar keçə bilərdi. Ona görə də, d’Eon çar sarayına düşmək üçün qadın kimi geyinərək adını Lea de Bomon qoydu.

XV Lüdovikin ölümündən sonra Fransaya qayıdan d’Eon özünü qadın kimi qəbul edilməsini tələb edib. XVI Lüdovik onu bir şərtlə qadın kimi qəbul edib: d’Eon hər zaman qadın paltarında olmalıdır və qarderobundan kişi paltarlarını yığışdırmalıdır. d’Eon bütün həyatı boyu madmazel Şevalye d’Eon de Bomon kimi yaşadı.

Yoşiko Kavaşima

Yoşiko Kavaşima əslində çinli olub və o, mancur imperator ailəsinin üzvlərindən birinin qızı idi. Lakin 8 yaşında valideynləri öldükdən sonra onu yapon casus və fırıldaqçısı öz himayəsinə götürüb. Tokioda yaşayan oğlan xasiyyətli gözəl qız tezliklə şərq və qərb döyüş növlərinə yiyələnir. Kavaşima Mancur dövlətinə qarşı yaponlara casusluq edib. O, 1945-ci ildə Pekində çin zabitləri tərəfindən həbs olunaraq dövlət xaini kimi edam olundu.

Uçan eskadron

Bu hadisənin nə dərəcədə doğru olub-olmamasını demək olmur, lakin əfsanələrə görə, XVI əsrdə yaşamış Yekaterina Mediçi "L’escadron Volant" (Uçan eskadron) adlı casus təşkilatı yaradıb. Yekaterina yalnız gözəl qızları toplayıb. Qızlar dövlət adamları ilə seksual münasibətlərə girib əldə etdikləri sirləri Yekaterinaya ötürməli idilər.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR