Həbsxanadan ən məşhur qaçışlar – siyahı
Bizi izləyin

Oğru dünyası

Həbsxanadan ən məşhur qaçışlar – siyahı

Aleksandr Dümanın "Qraf Monte Kristo" əsərini, yəqin ki, çoxları oxuyub. Həqiqətən, gözəl əsərdir. Xüsusən də həbsxanadan qaçma səhnəsi. Elə bilirsiniz cidd-cəhdlə qorunan həbsxanalardan qaçış təkcə yazıçıların beyninin məhsuludur? Xeyr, real həyatda da insanlar həbsxanalardan elə qaçıblar ki, bütün dünya heyrətlənib.

Tarixdə belə faktlar kifayət qədərdir

Bəzən qaçış üçün nəsə qeyri-adi bir şey fikirləşmək lazım gəlmir. Məsələn, narkotacir Hans Lanq həbsxana camaşırxanasında işləyirdi. Həftədə bir dəfə yük maşını gəlib kirli paltarları kağız konteynerlərə yığıb apardı. Günlərin bir günü Hans kirli paltarlara bürünərək konteynerə uzandı. Elə onun içində, yük maşını ilə birgə həbsxananı tərk etdi. Nəzarətçilər duyuq düşəndə o, artıq çox uzaqlarda idi.

İndoneziya həbsxanasında isə məhbuslar azadlığa çıxmaq üçün adi plastik butulka və bibərdən istifadə etmişdilər. Onlar su ilə dolu butulkaya acı bibər əlavə edib qarışdırdılar. Və bu "odlu su"yu nəzarətçilərin gözlərinə çilədilər. Müvəqqəti kor olan nəzarətçilərin silahlarını alıb kamerada bağladılar. Özləri isə sakitcə bir-bir qapıları açaraq azadlığa çıxdılar.

1950-ci illərdə məhbuslardan biri SSRİ-də fantastik qaçışa imza atdı. Həmin vaxt məhbusları hündürmərtəbəli binaların birində fəhlə kimi işlədirdilər. Küləkli-çovğunlu günlərin birində məhbuslardan biri özünü taxta lövhəyə bərkidir və binanın damından aşağı atır. Yəqin ki, məhbusun aerodinamika qanunlarından xəbəri varmış. Təsəvvür edin ki, küləkli havada adi faner lövhə planer kimi uçmağa başlayır. Şahidlər deyir ki, həmin taxta lövhəni milis hadisə yerindən 30 kilometr aralıda tapır. Məhbusun isə izi-tozu itmişdi.

Öz sərt qaydaları ilə məhbusları dəhşətə gətirən Ural həbsxanalarından birində də oxşar hadisə olmuşdu. Bu həbsxanada məhbuslar tayqada avtomatik mişarla ağac kəsirdilər. Səhərdən axşamadək ağır işdən çoxları vərəmləyib ölürdü. Qaçmaq isə mümkün deyildi: həbsxana baraklarının ətrafı hündür divarlar, elektrik cərəyanı verilmiş tikanlı məftillər, əli avtomatlı keşikçilər. Ancaq məhbuslardan biri elə benzinlə işləyən avtomat mişardan kiçik vertolyot düzəltdi. Və bütün baryerləri aşaraq azadlığa qovuşdu.

Qeyd edim ki, haqqında danışdığımız məhbusların heç biri qacışdan sonra ələ keçməyiblər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm