Ömrümüzü nə qısaldır? – ŞOK FAKTLAR
Bizi izləyin

Qırmızı xətt

Ömrümüzü nə qısaldır? – ŞOK FAKTLAR

Gündə 2 saat televizora baxmaq ürək xəstəlikləri riskini 2 dəfə artırır.

İşdə 4 saatdan artıq kompüter qarşısında oturmaq ürək xəstəlikləri riskini 3, ölüm riskini 2 dəfə artırır.

Başqa bir araşdırmaya görə, gündə bir saat televizora baxmaqla ömrümüzdən 22 dəqiqə azalır, ömür boyu gündə 6 saat televizora baxmaqla ömrümüz 5 il qısalır.

Bunları oxduqdan sonra siz hələ də oturmusunuz?

Elə isə ayağa qalxın və hərəkət etməyə başlayın.

Bəs bu vaxta qədər oturduqlarımızı necə kompensasiya edək? Ancaq gəzməklə riski azalda bilərikmi? İşi oturaq olanlar nə etməlidir?

Suallarımızın cavabını Publika.az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.

Müasir yaşam bizi oturaq həyata uyğunlaşdırıb. Məktəbdə, evdə, işdə oturaq həyat tərzi yaşamağa məcburuq. Texnologiyaların inkişafı ofislər arası gediş-gəlişi azaldıb, işlərin bir nöqtədən idarə edilir. Artıq kompüter qarşısında oturub, bütün işləri idarə etmək mümkündür. Bəzi şirkətlər bunu nəzərə alaraq ofis kirayələmir, evdən işləyirlər. Bu cür iş rejimi günün 8-9 saatını kompüter qarşısında oturmağa məcbur edir. Bu “rahat”lıq fiziki yorğunluq anlayışını aradan qaldırıb. Bəs nə üçün bütün günü bir yerdə, rahat ofisdə otursaq da, günün sonunda özümüzü çox yorğun hiss edirik?

Həftədə 64 saat otururuq

Yaponiyalı alimlərin araşdırmasına görə, günün əsas hissəsini oturaraq keçirirsinizsə, çox hərəkət etsəniz belə, xəstəlik riski aradan qalxmır. Araşdırmalara görə,insanlar həftədə 64 saatı oturaraq, 28 saatı ayaqda duraraq, 11 saatı isə gəzərək keçirirlər. Bu da gündə təxminən 9 saatdan çox oturmaq deməkdir. Nə qədər çox fiziki hərəkət edilsə də, oturma saatını azaltmağa təsir etmir. Əzələləriniz, xüsusən də ayaq əzələləriniz hərəkətsiz qalanda bədəndə qan dövranı azalır. Bu zaman da daha az qan şəkər və yağ istifadə edilir, bu da ürək, şəkər xəstəlikləri riskini artırır. Amerikalı alimlərin araşdırmasına görə, gündə 6 saatdan çox oturan adamın ürək xəstəliklərinə tutulma riski 18% artır, gündə 3 saat və daha az oturan biri müqayisədə şəkər riskinə tutulma riski 7.8% artıq olur.

Amerikanın Xərçəng Araşdırmaları İnstitutunun araşdırmasına görə, oturmaq xərçəngin əsas xəbərçisidir, nə qədər otursanız, risk o qədər artır. Üstəlik, sonradan hərəkət etsəniz belə uzun müddət oturmağınızı konpensasiya etməyəcək.

Oturanda ayaqlarınızdakı damarlarda qan toplanır. Kalorinin xərclənməsi 1-ə düşür ki, bu da gəzdiyiniz zaman sərf olunanın 1/3-ə bərabərdir.

İnsulin müqavimətinizin 24% azalar və bu da şəkər xəstəliyinə tutulma riskini artırır.

Spermatazoidlərin sayını azalır, qeysəriyyə artır

Rusiyanın aparıcı tibb mütəxəssislərinin sözlərinə görə, əlilliyə səbəb olan xəstəliklərin artmasında oturaq həyat tərzinin təsiri böyükdür. Oturaq həyat tərzi yaşayanlarda prostat vəzi problemlər daha çox müşahidə edilir. Çünki oturaq həyat tərzi qan dövranın hərəkətinə maneə olur. Həmçinin, androloji, uroloji problemlərin də sayı artır.

Kiçik çanaqda qan dövranın pozulması, sperma mayesində spermatazoidlərin sayının azalmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 1972 ildə 1 sm3 mayedə spermatazoidlərin sayı 150 milyon idisə, 80-ci illərdə 60 milyona qədər azalıb, bu gün isə bu rəqəm 20 milyon təşkil edir.

Problem qadınlardan da yan keçmir. Oturaq həyat tərzinin qan dövranına mənfi təsiri nəticəsində, daxili orqanların inkişafına maneə olur. Bu həm də çanaq və çanaq qurşağının daralmasına səbəb olur ki, gələcəkdə təbii doğuşların qeysəriyyə ilə əvəzlənməsi deməkdir.

Oturaq iş yoğun və düz bağırsaqların xərçənginin əmələ gəlməsinin riskini çoxaldır.

Avstraliyalı tədqiqatçılar 3 il ərzində yoğun və düz bağırsaqların xərçəngi olan pasientlərinin həyat tərzi haqqında məlumat toplayırdılar. Bu araşdırmaların nəticəsində məlum oldu ki, 10 il ərzində oturaq həyat tərzi sürən insanlarda bu növ xərçəngin əmələ gəlməsinin riski aktiv həyat tərzi sürən insanlarla müqayisədə 2 dəfə artır.

Oturaq həyat tərzinin nəzərə çarpan ilk problemləri əzələlərdə və sümükdə olur. Uzun müddət hərəkətsiz qalmaq qan dövranı, dolayısı ilə əzələlərin hərəkətinə maneə olur. Bu da həm yeni xəstəliklər yaradır, həm də xroniki xəstəliklərdə ağrını artırır.

Ani hərəkət risklidir

Ortoped-travmatoloq Elmar Cəfərovun sözlərinə görə, oturaq həyat tərzi ilk növbədən ostraxandoz yaradır. Sümük toxumasında sümük toxumaları azalır, nəticədə sümüklər kövrəkləşir, sınıqlara səbəb olur:

“Oturaq həyat tərzi xəstəlikləri ilə daha çox yaşlı insanlar müraciət edir. Oturaq həyat tərzi keçirənlərdə artirozlar, sümüklərdə ağrı, oynaq hərəkət sistemi problemləri yaradır Həmçinin bu cür həyat tərzi xəstəlik yaratmaqdan daha çox xroniki xəstəlikləri artırır. Oynaq sistemində liflərin miqdarı aşağı düşür. Oturaq həyat tərzi keçirənlər həftədə ən azı 2-3 dəfə yüngül idmanla məşğul ola bilərlər. Lakin birdən-birə sərt hərəkət etmələri düzgün deyil. Çünki hərəkətsizlik nəticəsində əzələ bağ sistemi zəifləyir, ani hərəkətlər ayaqda burxulmalara səbəb olur”.

Həkimin sözlərinə görə, insanlar daha çox oturaq həyat şəraitindədir, onlar istəsələr də hərəkətdə ola bilməyəcəklər. Sadəcə məsləhət görürük ki, işdən sonra gəzintiyə çıxsınlar, yüngül atletika növləri ilə məşğul olsunlar:

“Yaşlı insanlar isə hərəkətliliyi şəhər gəzintisi ilə kompensasiya edə bilərlər. Oturaq həyat tərzi yaşayanlar gün ərzində bir kilometr gəzməlidirlər. Bu həm ürək-qan dövranın fəaliyyətini, ətraf əzələlərin qan dövranını aktivləşdirir. Iş şəraitində hər iki saatdan bir 15 dəqiqə fasilə etmək lazımdır. Bəzi iş yerlərində buna görə idman zalları olur, fasilədə işçilər idman edir. Bu zaman əzələlər işlədiyi üçün venalardakı durğunluq aradan qaldırılır, qan dövranı yaxşılaşır.

Oturma qaydalarına əməl olunması məsləhət görülsə də,iş şəraitində bu çox vaxt mümkün olmur. Ayaqların uzun müddət sallanması, venoz çatışmazlığına səbəb olur. Ona görə də ayaqlar yüksək vəziyyətdə saxlanmalıdır”.

İş əmsalı enir

Oturaq həyat tərzi yalnız sümük, əzələ və xərçəng xəstəlikləri riskini artırmır. Günün əsas hissəsini bir otaqda, kompyuter qarşısında keçirməkpsixoloji problemlərə də səbəb olur.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, oturaq həyat tərzi insanlarda ruh düşkünlüyü, pessimist fikirlər yaradır. Bütün gününü kompyuter arxasında keçirənlərin psixoloji gərginliyi açıq havada işləyənlərdəndaha çox olur:

“Həmçinin pessimist fikirlər uzun müddət beyində qalır, əhvalını dəyişir, diqqət pozuntularına səbəb olur. Əksər iş yerlərindəki nahat fasilələrində məqsəd günün birinci yarısından sonra gəzmək tövsiyə olunur. Bununla da psixoloji gərginlik aradan qaldırılır”.

E.Rüstəmovun sözlərinə görə,oturaq həyat tərzi keçirən kişilər qadınlara nisbətən daha çox psixoloji problem yaşayırlar.

“Çünki qadınlar həm də evdə işləyir, uşağa baxır, istər-istəməz hərəkət edirlər. Kişilər isə rahatlığa daha çox meylli olduqlarına görə, oturaq həyat onlarda problem yaradır”.

Psixoloq onu da vurğuladı ki, oturaq həyat tərzinin yaratdığı psixoloji problemlər işdən alınan zövqü azaldır:

“Ev-iş arasında qalmaq xroniki depressiya yaradır. Bununla da faydalı iş əmsalı aşağı düşür, insanlar robot funksiyasını yetirə yetirir. Böyük korporasiyalarda bunu nəzərə alaraq tez-tez sosial yönümlü tədbirlər həyata keçirirlər. Bu da işə rəngarənlik gətirir. Böyük şirkətlərdə bu problemin qarşısını almaq üçün komanda çalışması müəyyən edilir, bununla da işçilər arasında sağlam münasibət, emosional bağlılıq yaradılır. Fərdlər özü də istirahət üsullarını tapmalıdır, hər kəs öz rejimini müəyyən etməlidir”.

Sahibkarların nəzərinə

İşçinin istər psixoloji, istərsə də xəstəlikləri birbaşa iş əmsalına təsir etdiyinə görə,sahibkarlar bu barədə düşünməlidir. İş şəraitində hərəkətliliyi təmin etmək işçilər qədər sahibkarların da marağında olmalıdır. Bunun üçün sahibkarlar fiziki hərəkətlər etməyə təşviq edilməli, gündəlik monotonluğu aradan qaldıracaq aktivliklərə imkan yaradılmalıdır.

Bununla yanaşı işçilər də sadə hərəkətlərlə problemi az da olsa aradan qaldıra bilərlər.

Bunları edin:

Hər saat başı gərilmə hərəkətləri edin, lift əvəzində pilləkəndən istifadə edin, iş yoldaşlarınızla telefon,internet əvəzinə onun yanına gedərək danışın. İmkanınız varsa, naharı işdə yox, keyfiyyətli yeməklər verən restoranda edin.

Gün ərzində uzun müddət eyni istiqamətdə oturmamağı, tez-tez duruş dəyişikliyi etməyi məsləhət görülür.

Stola əyilərək oturmaq düzgün deyil, bel, dirsək və dizin 90 dərəcə olmasına diqqət etmək lazımdır. Beliniz və stulunuz arasında boşluq buraxıb və arxaya söykənərək oturmaq yanlışdır.

Oturarkən, hətta saqqız çeynədiyinizdən daha az enerji xərcləyirsiz.

Expertlər oturaq işdə işləyən insanlara gün ərzində mümkün qədər çox hərəkət etmək, işdən sonra və istirahət günlərdə idmanla məşğul olmaq, üzgüçülüyə getmək, piyada gəzmək, velosiped sürmək və s. məsləhət edirlər.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm