• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rövşanə Bektaşi: “İşığım çoxlarını kor edir...” - BEŞMƏRTƏBƏ

Rövşanə Bektaşi: “İşığım çoxlarını kor edir...” - BEŞMƏRTƏBƏ

Publika.Az-ın "Beşmərtəbə" layihəsinin bu dəfəki qonağı tele-aparıcı Rövşanə Bektaşidir.

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Hə. Yaşlaşmaq istəmirəm.

2. Çevrənizi...

- Yox. Sadiq dostlarım var.

3. Adınızı...

- Yox. Adımın mənası işıqdı, işığım çoxlarını kor edir.

4. Yaşınızı...

- Yox. 33 yaş İsa peyğəmbərin yaşıdı.

5. Bədəninizi...

- Yox. Mənə elə gəlir formadayam.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Hə. Həqiqətən varlıqlarına şahid olmaq üçün.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Yox. Ilk sevgim övladımdı.

3. Məhəmməd Füzuli ilə...

- Hə. Söz sərrafından söz eşitmək üçün.

4. Vanqa nənə ilə...

- Hə. Gələcək taleyimi bilmək üçün.

5. İlk insan olan Adəmlə...

- Yox. Nəyimə lazımdı?

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

- Bəzən hə. Qayğısızlıq üçün.

2. Uzaq bir yer üçün...

- Yox. Övladımdan ayrı qala bilmərəm.

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Hə. Nənəm hərdən yadıma düşür.

4. Gələcəyi gözləməkdən...

- Yox. Ömrün sona çatmasını istəmirəm.

5. Bəzən səbəbsiz...

- Hə. Olur.

Oxuya bilirsizmi?

1. Hər gün kitab...

- Hə. Mütləq bir neçə səhifə vərəqləməyiəm.

2. Hər səhər qəzet...

- Yox. Qəzet almıram.

3. Elektron material...

- Hə. Məlumat almaq üçün saytlara baxıram.

4. Mahnı...

- Yox. Səsim yoxdur.

5. İnsanları üzündən...

- Yox. İnsanın daxili dünyası çox qəlizdi.

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

- Hə. İnamsız yaşamaq olmaz.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox. Bəlkə də nə vaxtsa olacaq, mən görməyəcəm.

3. Allaha...

- Hə. Onun varlığını hər an hiss edirəm.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Yox. Bu yalnız şirin yalan ola bilər.

5. "Siz hamıdan yaxşı adamsınız" sözünə...

- Yox. İdeal insan yoxdur.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR