Qonağım ol
“Mən sevməyi bacarmadım...“ - BEŞMƏRTƏBƏ
Dəyişmək istərdinizmi?
1. İllərin sürətini...
- Yox. İllər onsuz da sürətlə keçir.
2. Çevrənizi...
- Yox. Çevrəmdən çox razıyam.
3. Adınızı...
- Yox. Adımın mənasını xoşlayıram.
4. Yaşınızı...
- Yox. Hər yaşın öz gözəlliyi var.
5. Bədəninizi...
-Hə. Bir az kiloluyam.
Görüşməyi arzulardınızmı?
1. Yadplanetlilərlə...
-Hə. Bu, mənim uşaqlıq arzumdur.
2. İlk sevginizlə (ilk sevdiyinizlə)...
-Yox. Sevməyi bacarmadım.
3. Məhəmməd Füzuli ilə...
-Hə. Dahi şəxsiyyətdir.
4. Vanqa nənə ilə...
-Yox. Belə nənələrə inanmıram.
5. İlk insan olan Adəmlə...
-Hə. Maraqlıdır.
Darıxırsızmı?
1. Uşaqlığınız üçün...
- Hə. Uşaqlığım çox mənalı keçdi...
2. Uzaq bir yer üçün...
- Hə. Tərtər üçün.
3. Dünyasını dəyişmiş kimsədən ötrü...
- Hə. Anamdan və atamdan ötrü.
4. Gələcəyi gözləməkdən...
- Hə. Gələcək üçün planlarım çoxdur.
5. Bəzən səbəbsiz...
-Hə. Həm də çox.
Oxuya bilirsizmi?
1. Hər gün kitab...
-Yox. Vaxt olandan-olana oxuyuram.
2. Hər səhər qəzet...
-Hə. Gündəlik işimizdir.
3. Elektron material...
-Hə. Mütləqdir.
4. Mahnı...
-Yox. Dinləməyi sevirəm.
5. İnsanları üzündən...
- Hə. Bunu bacarıram və yanılmıram.
İnanırsızmı?
1. Sevdiyinizə yüz faiz...
- Yox. Sevdiyim olmadığı üçün.
2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...
- Hə. Bəzən tərəddüdlərlə.
3. Allaha...
- Hə. Allaha çox inanıram.
4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...
- Yox. Hər kəsə inanmaq olmaz .
5. "Siz hamıdan yaxşı adamsınız" sözünə...
- Yox. Hər kəsdən yaxşı ola bilmərəm.
Publika.Az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!