Qonağım ol
"Daim 28 yaşında qalmaq istərdim” - BEŞMƏRTƏBƏ
Nemətin bu günlərdə, daha dəqiqi mayın 28-də ad günüydü. Həmin gün şifahi özünə dediyimiz təbrikləri indi də təkrarlayırıq: Ad günün mübarək, Nemət, toyuna yığışaq!
Dəyişmək istərdinizmi?
1. İllərin sürətini...
-Hə. Cavan qalmaq istəyirəm.
2. Çevrənizi...
-Yox. İndiki çevrəm məni qane edir.
3. Adınızı...
-Yox. Məni hamı bu ad, imza ilə tanıyır.
4. Yaşınızı...
-Hə. 28 mayda doğulduğum üçün daima 28 yaşında qalmaq istəyirəm.
5. Bədəninizi...
-Hə. Bir qədər arıqlamaq əla olardı.
Görüşməyi arzulardınızmı?
1. Yadplanetlilərlə...
- Hə. Onlardan müsahibə alardım.
2. İlk sevginizlə (ilk sevdiyinizlə)...
- Yox. Zəlimxan Yaqub deyir ki, ilk sevgim kamandan ox kimi atılsa da, hədəfə dəymədi.
3. Məhəmməd Füzuli ilə...
- Hə. Ustad Füzuliyə deyərdim ki, rüşvətdən yaman yazmışdınız...
4. Vanqa nənə ilə...
- Yox. Falçıyla, ekstrasenslə nə işim?..
5. İlk insan olan Adəmlə...
-Hə. Bu gün insan olduğumuz, yaşadığımız üçün ona təşəkkür edərdim.
Darıxırsızmı?
1. Uşaqlığınız üçün...
- Yox. Müharibəni, vətəndən ayrı düşməyin acısını yenidən yaşamaq istəmirəm.
2. Uzaq bir yer üçün...
- Hə. Qərbi Azərbaycanın Mehri rayonunun Lehvaz kəndi üçün...
3. Dünyasını dəyişmiş kimsədən ötrü...
- Yox. Onsuz da onlarla görüşəcəyik.
4. Gələcəyi gözləməkdən...
- Yox. Tədricən gəlsə daha maraqlı olar.
5. Bəzən səbəbsiz...
-Hə. Stressi atmazdan öncə.
Oxuya bilirsizmi?
1. Hər gün kitab...
- Yox. Heç olmasa həftədə 1 gün oxumağa çalışıram.
2. Hər səhər qəzet...
-Hə. Tam oxumasam da, məni maraqlandıran məqalələrə baxıram.
3. Elektron material...
- Hə. Məncə, elektron xəbərlər jurnalistlər, qəzet isə oxucular üçündür.
4. Mahnı...
- Yox. Mən daha çox dinləməyi üstün tuturam.
5. İnsanları üzündən...
- Yox. Amma dostlar deyir ki, tanıya bilirəm.
İnanırsızmı?
1. Sevdiyinizə yüz faiz...
- Hə. Bu nisbi məsələdir.
2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...
- Hə. Nağıllarda xeyrin şəri sonda məğlub edəcəyini sevərək oxumuşam.
3. Allaha...
-Hə. Allahla da, təsadüflərə də...
4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...
- Hə. Səmimi olduğum üçün hər kəsi səmimi sayıram.
5. "Siz hamıdan yaxşı adamsınız" sözünə...
-Hə. İnsanlar təriflər altında dünyaya gəlir və gedirlər...
Publika.Az
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
-
MDB09:36
Putin o gecə yuxuya getməyib - Səhərə qədər...