Brejnevin qızı - məşuqlarının sayı dəqiq məlum deyil...
Bizi izləyin

Sovet sirləri

Brejnevin qızı - məşuqlarının sayı dəqiq məlum deyil...

“Sağ ikən həmişə sevmək lazımdır” – Qalina Leonidovna deyirdi. Onun həyatında ehtiraslı, bununla yanaşı, gələcəyi olmayan eşq macəraları kifayət qədər olub.

Qalina Brejnevanın məşuqları...

“Sağ ikən həmişə sevmək lazımdır” – Qalina Leonidovna deyirdi. Onun həyatında ehtiraslı, bununla yanaşı, gələcəyi olmayan eşq macəraları kifayət qədər olub.

Birinci katibin qızının məşuqlarının sayı dəqiq məlum deyil. Əlbəttə ki, lazımi insanlar Qalina Brejnevanın kimlərlə münasibət saxladığını dəqiq bilirdi. Ancaq bu məlumat qətiyyən yayıla bilməzdi...

Lakin bütün bu qadağalara baxmayaraq, Qalinanın xoşbəxtlik və sevgi axtarışları haqda çox şey məlumdur. Məsələn, sovet sirkinin Fransadakı qastrolları zamanı Qalina “Sovet mədəniyyəti” qəzetində çalışan çox təhsilli və yaraşıqlı Oleq Şirokovla tanış olmuşdu. “Ağıllı ol, Oleq Alekseyeviç, dərhal evlən” – deyə müdirləri ona məsləhət görür.

Söyləyirdilər ki, birinci katibin qızı Şirokovun dərdindən dəli-divanədir və onlar ehtiraslı intim həyat yaşayırlar. Lakin Şirokov birdən tərslik etməyə başlayır və nişanlısını daha aldada bilmədiyini və ümumiyyətlə, birinci katibin kürəkəni olmaq istəmədiyini elan edir. Onun öz qürur var.

Hamı ehtimal edirdi ki, bundan sonra jurnalistin karyerası əməlli başlı çökəcək, lakin çökmür... Əksinə onu vəzifədə qabağa çəkirlər. Qalina qisas almağı sevən biri deyildi...

Qalina Brenejnevanın diqqətini cəlb edən növbəti jurnalist Aleksandr Avdeyenko olur. Qalina həqiqətən, ona yardım etmək istəyirdi. Aleksandrı çox bəyənirdi, lakin bu roman da heç bir ciddi nəticə vermir.

Yeri gəlmişkən, həm Şirokov, həm Avdeyenko Qalina ilə sonralar da münasibət saxlayırlar, dostcasına. Birinci katibin ölümündən sonra da onlar Qalina haqda ən yaxşı fikirləri söyləyirdilər.

Bir çoxlarını Qalinanın Sov.İKP-nın üzvü olub-olmaması maraqlandırırdı. Xeyr, Qalina bütün ömrü boyu partiyaya üzv olmur. Onun atası düşünürdü ki, qızı hələ bunun üçün böyüməyib. Qalina özü də buna səy göstərmirdi.

Qalinaya belə də rahat idi, onun öz şəxsi kommunist dünyası vardı. Lakin yenə də birinci katibin qızı öz yarını tapa bilmirdi.

Brejnev qızına yaxşı iş axtarırdı, sonra o, Qalinanı APN-ə işə düzəldir. Burada o, İvanova soyadlı qadınla tanış olur. Onun oğlu “Bolşoy Teatr” - da rəqs edirdi. Elə məhz bu yolla Qalina Brejnevanın Maris Liepa ilə tanışlığı baş tutur.

Brejnevanın rəfiqəsinin dediklərinə görə, Maris Qalinaya böyük təsir göstərib. Onun evli olmasına baxmayaraq, Qalina ikinci dərəcəli olmağa razı idi. O, Marisin istənilən şıltaqlıqlarını və xahişlərini qəbul edirdi.

Lakin Maris bu münasibətlərdən tez bezir və Qalina ilə ayrılmağın yollarını düşünməyə başlayır. Deyilənə görə, Leonid İlyiç qızının bu münasibətlərindən agah olar-olmaz Qalinanı yaxşıca danlayır: “Axı o ailəlidir, iki uşağı var. Bu bütün qanunlara ziddir...”. Ata qızının addımını bilmək, şəxsi həyatına nəzarət etmək istəyirdi.

Lakin Qalina bunun da həllini tapmışdı. O, kişilərlə rəfiqəsinin mənzilində görüşürdü. Günlərin bir günü o, Liepanı da bura çağırır. Lakin Maris gəlmir. Qalinanın vəziyyəti pisləşir. Bir müddət keçdikdən sonra, o öyrənir ki, məhz həmin gün, həmin saat Maris vəfat edib...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm