Brejnevin qızının ehtiraslı eşq macəraları...
Bizi izləyin

Sovet sirləri

Brejnevin qızının ehtiraslı eşq macəraları...

SSRİ-nin birinci katibi Leonid İlyiç Brejnevin qızı Qalina Brejnevanı indiyə qədər xatırlayırlar. Bu xanıma memuarlar, silsilə verilişlər, bədii filmlər həsr olunur.

Səbəb onun birinci katibin qızı olması deyil, əsla, müəllifləri Qalinanın naturasındakı ziddiyyət cəlb edir. Xalq arasında Brejnevanı “ərköyün kreml şahzadəsi” adlandırırdılar, yaxınları isə onun zərif və yaxşı insan olduğunu söyləyirlər.

Onu yaxşı tanıyan insanlar Mərkəzi Komitənin birinci katibinin qızının gənclikdə kifayət qədər gözəl olduğunu, brilyantları və gözəl, yaraşıqlı kişiləri çox sevdiyini söyləyirlər.

O, heç vaxt atasının işlərinə qarışmırdı. Atasının kənardakı eşq macəralarından agah olanda belə, onu qınamır və heç bir məsləhət verməyə çalışmırdı. Onu da qeyd etmək lazımdır ki, birinci katibin eşq macərası adi macəra deyildi, o, hər dəfə münasibətdə olduğu qadına, həqiqətən, aşiq olurdu. Birinci katib yaşlı vaxtında da hisslər və hədiyyələr baxımından səxavətli idi. Görünür, qızı da bu cəhətdən ona bənzəyir?

Zaman keçdikcə, Qalina Brejneva qalmaqallı məşhurluq qazanır.

“Sirk şahzadəsi”

“Sirk şahzadəsi” - Qalina Brejnevanı bəzən zarafatla belə adlandırırlar. Onun birinci əri keçmiş akrobat Yevqeniy Milayev idi.

O, Qalinadan yaşca böyük idi. Milayevin həyat yoldaşı doğuş zamanı vəfat etmişdi.

Bir müddətdən sonra Qalina ilə Yevqeninin Viktoriya adlı qızları dünyaya gəlir. Ailədə müəyyən gərginliklər yaranan zaman (Qalina Brejneva tərəfindən isə belə vəziyyətlər tez-tez yaranırdı.) Viktoriyanı nənə və babası öz himayələri altına götürürlər.

Qeyd etmək lazımdır, Qalina əri Yevqeninin uşaqlarına yaxşı münasibət bəsləyirdi və həqiqətən, onlara vəfat etmiş analarını əvəz etmək istəyirdi. Lakin sonradan Qalinanın rəfiqələrinin sözlərinə görə, hər üç uşaq onu, sözün əsl mənasında, satdılar. Birinci katibin qızını nə doğma, nə ögey uşaqları anladı.

Daha bir maraqlı fakt – açığı, müasir nuvorişlərin necə yaşadığını bildikdən sonra buna inanmaq çətindir, ancaq Qalina Brejneva sirkdə kostyumçu çalışırdı. Adı getmirdi, həqiqətən, işləyirdi. O, sirkin digər işçilərindən fərqlənmirdi, işçilərə qastrol zamanı elektrik plitədə borş bişirirdi, özünün və başqalarının uşaqlarına baxırdı. Onun rəfiqələrindən biri iddia edirdi:

- “Qalina həyatı boyu yalnız bir insanı sevib: - birinci həyat yoldaşı Milayevi. Onlar arasında bu nifaq baş verməsəydi, birinci katibin qızının bioqrafiyası tamam başqa cür olardı!”

Sirk getdi və ... Qayıtdı

Sonra nə oldu? Münaqişə, ailə səhnələri? Xeyr, onların onillik nikahını qısqaclıq dağıtdı. Belə hal tez-tez baş verir, ələlxüsus, iki güclü natura birgə yaşayanda. Qalina ərini gözəl Tamara Sobolevskayaya qısqanırdı. Bütün bunlar sirkin Yaponiyaya qastrolu zamanı baş verir.

Az yaşı olmayan Milayevi gənc, gözəl aktrisanın sevgi etirafı həyəcanlandırmaya bilməzdi. Lakin otuz yaşlı Qalinanı da çirkin adlandırmaq olmazdı, o, sadəcə vaxt ötdükcə, atasına daha çox bənzəməyə başladı. Cavanlıqda isə o, bir çox kişilərin diqqətini özünə cəlb edirdi.

SSRİ-yə qayıdan kimi, Qalina Brejneva 18 yaşlı İqor Kio ilə ehtiraslı eşq macərasına başlayır və onunla Soçiyə yollanır...

Ardı var...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm