“SSRİ-də seks yoxdur!” - VİDEO - FOTOLAR
Bizi izləyin

Sovet sirləri

“SSRİ-də seks yoxdur!” - VİDEO - FOTOLAR

Seksin olmadığı SSRİ və ya SSRİ-nin növbəti möcüzəli yalanı...

SSRİ həyatı özünəməxsus idi, fəlsəfəsini isə qısaca olaraq “üstü bəzək, altı təzək” atalar sözü ilə dəqiq ifadə etmək olar.
Mağazalarda bolluqdur, camaat pulunu daha hara xərcləsin bilmir, seks yoxdur, ancaq uşaqlar necəsə dünyaya gəlir...
“SSRİ-də seks yoxdur!” – məşhur frazadır...
1986-cı ildə məşhur teleaparıcı Vladimir Pozner və Fil Donaxyu ilk sovet-amerikan telekörpüsünü təşkil etmişdilər. Verilişin rejissoru Vladimir Mukusev idi.

Söhbət əsnasında telekörpünün amerikalı iştirakçısı sual verdi:
- Bizdəki reklamların əksəriyyəti seks ətrafında fırlanır. Bəs sizdə necə, seks var?
Sovet iştirakçısı Lyudmila Nikolayevna İvanova ( “Leninqrad” mehmanxanasının administratoru və ictimai təşkilatın nümayəndəsi) suala belə cavab verdi:
- Hmm, bizdə seks yoxdur. Biz qətiyyətlə buna qarşıyıq.
Bu cümlədən sonra bütün auditoriya güldü, sovet iştirakçılarından biri isə fikrə aydınlıq gətirdi: - Bizdə seks var, bizdə reklam yoxdur!

V. Poznerin “Telekörpü” verilişində sovet qadınının işlətdiyi “SSRİ-də seks yoxdur” kəlməsi, bəlkə də, SSRİ-nin yeganə “tarixi mənbə”yi oldu...
“Yenidən qurulan” SSRİ hər sahədə dəyişiklər istəyirdi, o cümlədən, seksual sahədə...
Bəs ümidlər doğruldu? Görünür, xeyr. Konservativ seksual stereotiplərin asta sürətlə aradan qaldırılması əxlaqsızlığın, iş yerində seksual təcavüzün artması kimi nəticələrə gətirib çıxardı.
1990-2000-ci illərdə gedən bu prosesləri sovet seksologiyasının “xaç atası” adını almış İqor Kon “seksual kontrçevriliş” adlandırır.

“Seks olmayan” ölkə kimi 1917-ci ilə qədər mövcud olan Rusiya imperiyasını göstərmək olar. O dövrdə intim həyata nəzarət tamamilə kilsənin əlində idi.
Kilsə birmənalı olaraq, nikah sonrası münasibətlərə xeyir-dua verirdi. Nikahdankənar münasibətlər lənətlənirdi, homoseksualizmdən isə söhbət belə gedə bilməzdi! Abort məsələsi də mövzudan kənar idi. Prinsipcə, bunu kilsə bu günə qədər uşaq qətli kimi dəyərləndirir...

İkinci dünya müharibəsi növbəti dəfə cinslərarası münasibətlərə dəyişiklik gətirdi. Kişi əhalinin cəbhədə həlak olması və nəticədə yaranan kişi çatışmazlığı ona 20-30-cu illərdə itirdiyi üstünlükləri geri qaytardı. (Lakin bu üstünlük uzun çəkmədi.)

Axı “kişi hüququ” özünü iqtisadiyyatda doğrulda bilməzdi – dövlət uşaq bağçaları, pulsuz məktəblər, tənha analara yardım – bütün bu və digər problemlər məsələyə “ana baxışını” tələb edirdi.

SSRİ-də 1960- 1970-ci illərdə Qərbdəki tendensiyalar (süksual debüt yaşının azalması, erotikaya maraq və s.) hökm sürürdü - İqor Kon yazır.
Konservativ Brejnev rəhbərliyi “SSRİ-də seks olubmu?” mövzusunda çoxsaylı lətifələrin yaranmasının əsl səbəbkarı oldu.

Əfsanəvi aforizmin müəllifi çox illərdən sonra xatırlayır...
O hadisədən elə də çox zaman keçməyib və telemostun bütün iştirakçıları sağ-salamatdır.

Küçədən efirə...

1986-1987-ci illərdə efirə gedən “Telekörpü” verilişini ərsəyə gətirmək üçün jurnalist Vladimir Pozner az tər tökmür. Sovet hakimiyyəti belə bir layihəni həyata keçirməkdə xeyli tərəddüd edirdi. Hər yeni ideya, mövzu ciddi senzuradan keçirdi.

Ancaq amerikalılar studiyada “xüsusi öyrədilmiş” insanların deyil, sadə sovet vətəndaşlarının əyləşməsini istəyirdi.

Leninqrada ( indiki Sankt-Peterburq) “Donaxyu” verilişinin əməkdaşları olan bir neçə amerikalı televiziya işçisi gəlir. Bir neçə ay ərzində onlar efirə çıxmaq üçün insanlar seçirlər: Zavod işçiləri, tibb bacıları, müəllimələr.. Leninqradlı Lyubov İvanovanı amerikalı televiziya işçiləri elə küçədən tutub gətirmişdilər.

Lyubov İvanova verilişdə iştirak etməyə məmnuniyyətlə razılıq verir: - Mən aktiv insanam. Amerikalılarla yaxından tanış olmaq mənə maraqlı idi. Elə o vaxt onun dilindən bu əfsanəvi kəlmələr çıxdı...
Telekörpüdə sovet və amerikalı qadınlar iştirak edirdi. Pozner məşhur epizodu belə xatırlayır:
Amerikalı iştirakçı ABŞ-da seksual obrazlardan reklamlarda istifadə olunduğundan şikayət etdi və SSRİ-də oxşar vəziyyətin olub-olmaması ilə maraqlandı.
Lyubov İvanova: “Bizdə seks yoxdur...” – deyə cavab verdi, bütün zal elə həmin an gülüş səslərinə qərq oldu.

Barmaqla göstərirdilər...

İvanova özü bu hadisəni başqa cür şərh edir:
Telekörpü başladı, bir amerikalı söylədi: hə, siz Əfqanıstandakı müharibəyə görə ərlərinizlə, ümumiyyətlə, sekslə məşğul olmamalısınız – bu zaman onlar döyüşməyəcəklər. Mən də ona cavab verdim ki, SSRİ-də seks yoxdur, məhəbbət var və ona qalsa, siz də Vyetnamda müharibə gedən vaxt ərlərinizlə yatmağa ara verməmisiniz.

Sonralar İvanova etiraf edirdi ki, bu verilişdən sonra hamı onu küçədə tanıyır və barmaqla göstərir. Üstəlik jurnalistlər də mənasız və ironiyalı suallarla bezdirir.
1989-cu ildə İvanova məşhur frazasının sayəsində əla biznes qurmağın mümkün olduğunu başa düşür. Klub açır, bura gələn qonaqlara isə “Telemost”da məhz bu klubun sahibəsinin fərqləndiyini söyləyirdilər.
Yeri gəlmişkən, bu frazanı yaranma tarixçəsini videoda da izləmək mümkündür.
Amerikalı qadın, Poznerin söylədiyi kimi SSRİ-də yayımlanan reklamlarda seks motivlərinin olub-olmaması ilə maraqlanır. Lyubov İvanova isə “SSRİ-də seks yoxdur və biz buna birmənalı olaraq etiraz edirik” – cavab verir. Hamı gülür və Pozner İvanovadan mikrofonu alır. Lakin qadının dodaqlarından da onun “yalnız televiziyada” sözünü əlavə etdiyini görmək mümkündür...

Beləliklə, “SSRİ-də seks olmayıb” – mifini unudun... Sadəcə, efirdə bir çox mühüm faktlar ört-basdır edildiyi kimi, “seks məsələsi” də örtülü saxlanıb...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm