“Siyasi öpüşlər kralı” və ya SSRİ liderinin dostluq ehtirası – FOTOLAR
Bizi izləyin

Sovet sirləri

“Siyasi öpüşlər kralı” və ya SSRİ liderinin dostluq ehtirası – FOTOLAR

“Siyasi öpüşlər kralı” və ya SSRİ liderinin dostluq ehtirası – FOTOLAR

SSRİ-nin birinci katibi Leonid Brejnevin 10 öpüşü haqda maraqlı faktlar...

Öpüş sevgi, dostluq , bağlılıq əlamətidir. Düzdür, siyasi aləmdə öpüş bir o qədər populyar addım sayılmasa da, mövcuddur...

Öpüş üzrə çempion, birmənalı olaraq, sovet lideri Leonid Brejnevdir, belə deyək, siyasi öpüşlər kralı...

1. Yetmişinci illərdə artıq hər bir çex “üçqat Brejnev” ifadəsinin nə məna daşıdığını gözəl bilirdi. (Hər iki yanaqdan bir öpüş və final olaraq – dodaqdan öpüş”.) Leonid Brejnevlə Çexoslovakiya Kommunist Partiyasının birinci katibi Qustav Qusakın öpüşü qardaş ölkəyə elə təsir etmişdi ki, bu tarixi hadisə indiki günə qədər hər bir çexin qəlbində yaşayır...

2. Sovet lideri sevdiyi işi Rumıniya prezidenti ilə də etmək istəyirdi, fəqət bu dəfə öpmək cəhdi baş tutmur.

Rumıniyalı lider Brejnevin öpüşünə açıq-aşkar müqavimət göstərən yeganə şəxs olur. Bunu belə izah etmişdi – həddindən artıq iyrənəndir.

3. 1971-ci ildə xoşbəxtlikdən, daha bir öpüş baş tutmur. Bu dəfə “üçqat Brejnev”in qurbanı Marqaret Tetçer olacaqdı. Lakin “dəmir ledi” dostluq jestindən nəzakətlə xilas olmağı bacarır. Beləcə, zabitəli ingilis xanım “ehtiraslı” öpüşdən yaxasını qurtarır...

4. 1973-cü il idi, SSRİ-nin dəmir pərdəsi qalxmışdı. ABŞ-dan nümayəndə heyəti təşrif buyurmuşdu. Brejnevin odlu-alovlu nitqindən sonra əlində gül dəstəsi tutmuş gənc amerikalı xanım ona yaxınlaşdı və əlbəttə ki, SSRİ lideri gözəl amerikalını əliboş buraxmadı... İndiyə qədər məşhur olmayan xoreoqrafiya müəlliməsi Brejnevin ehtiraslı öpüşündən sonra bir andaca bütün dünyada məşhurluq qazandı.

5. Amerika Birləşmiş Ştatlarının otuz doqquzuncu prezidenti Cimmi Karter məşhur sovet liderinin öpdüyü yeganə ABŞ rəhbəri olur. C. Karterin “bəxti gətirir”...

6. Şayiələrə görə, Brejnevlə Yuqoslaviya lideri İosif Broz Titonun dostluq öpüşü o qədər ehtiraslı olub ki, Yuqoslaviya rəhbərinin dodaqları yaralanıb. Bax, buna deyərlər, ehtiraslı öpüş!...

7. Yasir Arafat ilk dəfə SSRİ-yə 1968-ci ildə səfər edir. Burada birinci katiblə görüşür. Görünür, Fələstin lideri Kremlin etibarını tez bir zamanda qazanmışdı. Bunu məşhur üçqat Brejnev öpüşü də təsdiq edir...

8. Leonid İliç Brejnevlə Hindistanın baş-naziri İndira Qandinin öpüşdüyü şəkil sonradan hindistanlı liderin muzeyə çevrilmiş evini “bəzəyir”...

9. 1974-cü ildə SSRİ-yə səfər etməyə hazırlaşan Kuba lideri üçqat Brejnev məsələsindən agah idi. Fidel Kastro onu da bilirdi ki, Brejnev onu öpsə, ölkəsində biabır olacaq.

Odur ki, Kuba lideri bu biabırçılıqdan yaxa qurtarmağın yollarını düşünür və... tapır! Təyyarədən enərkən Kastro siqaret tüstüsü ilə çıxır. Beləcə, Brejnevin onu vətənində rüsvay etməsindən xilas olur...

10. Sovet liderinin ən məşhur öpüşü 1971-ci ildə Almaniya Demokratik Respublikasının rəhbəri Erik Honnokerlə baş tutur. Bu dostluq jesti gənc və istedadlı rəssam Dmitriy Vrubel tərəfindən məşhur Berlin divarlarına da həkk olunur. “Qardaş öpüşü” Berlin divarının əsas simvollarından idi, sökülərkən də, həmçinin...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm