SSRİ liderinin sərxoş anları – ŞOK faktlar
Bizi izləyin

Sovet sirləri

SSRİ liderinin sərxoş anları – ŞOK faktlar

SSRİ, Stalin və içki...

“Stalini heç vaxt belə sərxoş görməmişdim...”

Vodka əvəzinə su içmək üsulu sovet liderlərinin hiylələrindən biri idi.

Sovet liderinin içki ilə arası necə olub? Digər sovet liderlərindən fərqli olaraq, Stalinin içki həvəsi haqda kifayət qədər məlumatlar var:

İosif Stalinin məclis ortağı və onunla təxminən otuz il çalışmış Vyaçeslav Molotov qeyd edirdi:

“Stalin özü çox içməsə də, başqalarını məcbur etməyi gözəl bacarırdı. Ola bilsin, insanların rahat ürəyini boşaltması üçün bu vacib idi. Özü içməyi sevirdi, amma dərəcəsində. Nadir hallarda sərxoş olurdu...”

Sovet dövründə sevimli Stalin içkiləri ilə bağlı stereotiplər də mövcud idi. Guya SSRİ lideri yalnız gürcü şərabı olan “Kindzamarauli” və “Xvançkara” şərablarını içir. Həqiqətən, dadlı şərablardır, xüsusən, orijinalları. Amma Stalin bu içkilərdən elə də çox istifadə etmirdi. Hər halda, Vyaçeslav Molotov belə deyirdi: “Kindzmarauli” çox az... Mən “Tsiqistavi” içirdim. Axıra qədər içməyəndə isə Beriya o dəqiqə səhv tuturdu: “Niyə içmirsən?” – “Hamı necə, məndə elə içirəm” - cavab verirdim.. Bu turş çaxır idi, hamı isə şirin, kəmşirin şərab içirdi. Onun adı nədir?... hə, nadir hallarda “Xvançkaru”... Konyak həvəskarı deyildi, az hallarda içirdi”...

Aleksey Rıbin 30-cu illərdə Stalinin içki həvəsi haqda bunları yazırdı: “Kirov, Kalinin tez-tez Stalinə baş çəkirdilər. Stalin qonaq qəbul etməyi çox sevirdi, ancaq içki ilə arası yox idi. Vodka, ümumiyyətlə, içmirdi, konyak da nadir hallarda. O təkcə “Tsinandali” və “Teliani” çaxırlarını qəbul edirdi.

Kirov ona hər il baş çəkirdi. İndi onlar dostlaşıblar. Təbiətin qoynunda əyləşib gürcü şərabından dadırlar...”

Stalin istədiyi hər bir insanı içdirə bilərdi - müxtəlif hiylələrlə... Bunun ustası idi. Sadəcə, “lazım olan adama” onun sağlığına içməyi təklif etməsi bəs idi. Sözsüz, hər kəs də bu təklifə “yox” cavabı verə bilmirdi. Qalanlarının badəsinə “cərimə” olaraq süzürdülər.

Molotov xatirələrində Stalinin həyatında yalnız iki dəfə sərxoş olduğunu da yazır. Aleksey Rıbin: “Stalinin özünə qaldıqda... 1930-cu ildən 1953-cü ilə qədər mühafizə onu iki dəfə sərxoş halda görüb: S.M. Ştemenkonun ad günündə və A. AJdanovun dəfn mərasimində.

“Stalin. Ailə faciəsi” kitabında Orlovun xatirələri də yer alıb:

“Jdanovun gözlənilməz ölümü Stalinə çox pis təsir etmişdi. Ağlayırdı: “Mən yaşlı, xəstə adam sağam, o isə... Yaxşı olardı ki, mən ölərdim, o, sağ qalardı”... Stalini heç vaxt belə sərxoş görməmişdim. Həmin gün özünü əməlli-başlı itirmişdi. Onu bir təhər sakitləşdirib, yatızdırdıq. Dəfn mərasimində də vəziyyəti yaxşı deyildi.

Stalin Beriya və Xruşşov kimi sərxoş olmurdu axı. Lakin Jdanovun ölümü onu bu hala salmışdı...”

Ədəbiyyatda Stalinin həyat yoldaşının intiharı barədə də maraqlı faktlar var.

“Stalin. Ailə faciəsi” kitabından: “Stalinin yanında oturmuş Nikolay Buxarin sovet liderinin arvadına mandarin qabıqları atdığını xatırlayır. Həmin gecə baş verənlərin detallarını heç vaxt öyrənməyəcəyik. Amma bir şey dəqiq məlumdur: Stalin həyat yoldaşını təhqir edib, qadın bu təhqirə dözməyib kiçik qardaşı Pavelin hədiyyə etdiyi pistoletdən özünə atəş açıb...

Stalin həmin gecə bağ evlərindən birində idi... Onu axtarıb tapırlar, baş verənləri xəbər edirlər. Ancaq deyilənə görə, Stalin ona nə haqda məlumat verildiyini tam anlaya bilmirdi. Mənbələr iddia edir ki, İosif Stalin sərxoş idi, əməlli-başlı...!

Stalin müxtəlif növ içkilər içirdi, bəzən ağlasığmaz yollarla onları qatışdırırdı.

Bir vaxtlar kinematoqrafiya nazirliyinin köməkçisi vəzifəsində çalışmış Qriqori Maryamov Stalinin Kremldəki macəralarını belə xatırlayır: “Filmə baxarkən sovet lideri gürcü şərabı içirdi – qırmızı və ağ şərab. Ən inanılmaz şəkildə onları qatışdırmaqdan da çəkinmirdi. Görünür, SSRİ lideri dəyərli sağlamlığının qayğısına qalmaq niyyətində deyildi. Təəccüblü deyil, SSRİ vətəndaşları odekolon, denaturat, pivəni də araqla içirdilər...

Svetlana Alliluyeva xatirələrində yazır ki, ömrünün sonuna yaxın Stalin az və təkcə Gürcüstandan olan kənd çaxırı içirdi.

Milovan Cilas isə bunları qeyd edir:

“Stalin dərəcəsində içirdi. Qırmızı şərabla vodkanı qatışdırırdı.

Ordu generalı Ştemenko bir dəfə Stalinin qatşdırdığı içkini dadmaq həvəsinə gəlir. Stalinin bağ evində baş tutan görüşlərin birində istəyinə nail olur:

“Stalin o biri otağa keçəndə qrafindən qədəhimə onun içdiyi içkidən süzdüm. Növbəti sağlığı gözlədim və içdim... Su!

Ədalət xətrinə qeyd edim ki, vodka əvəzinə su içmək üsulu sovet liderlərinin hiylələrindən biri idi. Salnikovun dediyinə görə, bu üsuldan ayrı-ayrı vaxtlarda Xruşşov, Brejnev, Kosıgin istifadə edib...

Müxtəlif zamanlarda Stalinin masasında olan spirtli içkilərin siyahısı:

1. Vodka – xüsusi sexin istehsalı (Moskva)

2. Gürcü konyakı – Tbilisi konyak zavodu.

3. Dağıstan konyakı.

4. Qırmızı gürcü şərabı: “Odjaleşi”, “Kindzmarauli”, “Xvançkara”

5. Ağ gürcü şərabı: “Teliani”, “Tsinandali”, “Kaxeti”, “Tsolikauri”, “Tsiqistavi”.

6. Gürcü şərabı “Macari”.

7. “Sovet şampanı” (kəmşirin və şirin).

Hazırladı:

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm