SSRİ rəhbərinə sui-qəsdin detalları – Andropovdan şok hiylə
Bizi izləyin

Sovet sirləri

SSRİ rəhbərinə sui-qəsdin detalları – Andropovdan şok hiylə

1969-cu ildə zabit Viktor İlyin Makarov tipli silahdan Leonid Brejnevin olduğu korteji güllələdi. İyirmi dörd cildlik istintaq materialları heç bir əhəmiyyət kəsb etmədi. Tənha-terroristin gizli addımı bu gün də qaranlıq məqamlarla müşayiət olunur...

İstəyə gedən yol

Viktor İlyin 1969-cu ilin 21 yanvarında əsgərlikdən qaçır və özü ilə iki Makarov pistoleti də götürür. Moskvaya gəlir və çox rahat şəkildə Vnukovo hava limanını tərk edir – o vaxt hələ metalaxtaran qurğular quraşdırılmamışdı.

İlyin şəhərdə kosmonavtlarla möhtəşəm görüşün təşkil olunduğundan xəbərdar idi. Vnukovoda kosmonavtları Brejnev özü qarşılayacaq, daha sonra onlar Kreml sarayına yollanacaqdılar. Amma tarixin dəyişdirilməsi İlyinin planını pozur. Təntənəli görüşün 21 yanvar tarixindən 22-nə keçirildiyini o, Moskvada öyrənir.

Qəribədir, hərbi hissədən qaçmış zabiti niyə heç kim axtarmırdı? Yox, axtarırdılar. Əvvəl hissə komandiri, daha sonra Leninqrad və Moskva kəşfiyyatçıları. Bəli, aydın məsələ idi; zabit qaçıb, silahlıdır və hansı addım atacağı bəlli deyil.

Fərarinin şəkli olsaydı, asan olardı, amma nədənsə o da yox idi. Nəticədə, İlyini tapmadılar və ya tapmaq istəmədilər?...

Naməlum “kolleqa”

Moskvada milisioner qohumu İlyinə milis formasını “borc verir”. Odur ki, İlyin səhər saat 11-də Qızıl meydana hərbçi geyimində yox, milis formasında təşrif buyurur.

Amma 30 dərəcə şaxtada polis zabitinin payız formasında gəzdiyi hamının gözündən yayınır...

Brejnevin bəxti gətirdi!

İlyin “Gəlirlər!” harayını eşidən kimi, əvvəldən nəzərdə tutduğu məkana yollanır.

İlk keçən motosikletçilər oldu, daha sonra kosmonavtların olduğu açıq avtomobil, arxasınca ikinci maşın... Məhz bu maşında Brejnevin olduğunu düşünən İlyin iki pistoletin ikisindən də eyni anda atəş açır. Amma həmin qara limuzində baş katib yox, kosmonavtlar – Bereqovoy, Nikolayev, Tereşkova və Leonov əyləşmişdilər.

Atəş nəticəsində, maşının sürücüsü həlak olur, motosikletçilərdən biri yaralansa da, ölümdən xilas ola bilir.

Elə həmin saniyədəcə leytenant Yaqodkin sambo fəndi işlədərək terroristi zərərsizləşdirməyə nail olur.

Rəsmi versiyaya görə, İlyin sui-qəsdi təkbaşına təşkil edib. Buna baxmayaraq, bir çox qüvvələr onun arxasında gizli məqamlar axtarmağa meylli idi.

Yuri Andropovun apardığı sorğu-sualların birində İlyin Brejnevin yerində Suslovun olmasını daha məntiqli hesab etdiyini vurğulamışdı. Onun fikrincə, “partiyanın ən dahi nümayəndəsi” məhz Suslov idi.

Mixail Suslovu Kremlin boz kardinalı adlandırırdılar. O, Stalinin rəğbətini qazanmışdı. Belə güman edilir ki, Xruşşovun baş katib vəzifəsindən kənarlaşdırılmasında məhz onun əli olub...

Əgər İlyin sui-qəsdə Suslovun rəhbərlik etdiyini söyləsəydi belə, buna heç kim inanmazdı. Suslov bu cür işi təkbaşına planlaşdırmaq və həyata keçirmək imkanlarına, sadəcə, malik deyildi.

Andropovun hiyləsi?

Belə imkanlar başqa insanda vardı – Yuri Andropovda...

Andropov sui-qəsddən iki il əvvəl KQB-nin rəisi seçilmişdi. Təsadüfdür ya yox, Brejnevə qarşı təşkil olunmuş sui-qəsddən sonra təhlükəsizlik komitəsinin rolu artmağa başladı. Məhz Andropovun vaxtında KQB dünyəvi və haqqında əfsanələr, lətifələr uydurulan təşkilata çevrildi.

Belə bir versiya var ki, Andropov qaçmış zabit haqda xəbər alır, amma ona mane olmaq üçün heç bir addım atmır. Nüfuzu artırmaq lazım idi, baş verəcək hadisəni isə hər an öz xeyrinə istifadə edə bilərsən. Ola bilsin, Andropov sui-qəsdin qarşısını almır və SSRİ liderini bədiiliklə xilas edir: o, son anda Brejnevi onun istəyi olmadan, başqa maşına minməyə məcbur edir. Beləcə, KQB qəhrəman rolunda çıxış edir...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm