• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

SSRİ - nin cazibədar qərbli qonaqları - FOTOLAR

SSRİ - nin cazibədar qərbli qonaqları - FOTOLAR

SSRİ - nin dəmir qapılarını ayrı-ayrı zamanlarda əcnəbi qaranquşlar, daha doğrusu, ulduzlar açır və bu bağlı, qapalı dünyaya daxil ola bilirdilər. Moskva memarlığının fonunda onlar ekzotik, ancaq eyni zamanda, effektli görünürdülər...

Elizabet Teylor, 1961.

Hollivud aktrisası gözəl Elizabet Moskva kinofestivalına növbəti əri Eddi Fişerlə qatılmışdı. Ətrafındakı mühafizəyə baxmayaraq, Elizabet onun cazibəsindən heyran qalmış moskvalıların yanından sakit-sakit keçirdi.
Səfərdən sonra Elizabet öz evinə qayıdır və “Kleopatra”da çəkilir. O, filmdəki tərəf müqabili və gələcək həyat yoldaşı Riçard Bartonla eşq yaşayır...

Mikelancelo Antonioni, 1965

Çox güman ki, rejissor onun burjua cəmiyyətini etik tənqidinin SSRİ-də siyasi etirazla qarşılanmasından xəbərsiz idi. Görünür, Moskvada və eyniadlı mehmanxanada o, özünü çox rahat hiss edirdi...

Jerar Depardye və Klod Berri, 1987

Aktyor “Puşkinski” teatrının pilləkənlərində yeni çəkildiyi “Jan de Florett” filminin rejissoru ilə əyləşib. Onlar XV Beynəlxalq Moskva kinofestivalında iştirak etmək üçün SSRİ-yə gəliblər. Bu festival böyük dostluğun təməlini qoyur, belə ki, Depardye Moskvaya tez-tez səfərlər edir və hətta bir neçə rus filmində də çəkilir. (Düzdür, onların heç biri uğurlu olmur.)

Anna Manyani, 1965

Aktrisa Belorus vağzalının meydanında güllərlə dayanıb və bu “mama Roma”dır. Bu süjetləri birləşdirmək mümkün olsaydı, bu əsl film olardı!
.

Robert De Niro, 1987

Yenidənqurma festivalı. Kapitalist ulduzlar bolluğu. Onların sırasında De Niro da var. O, münsif qismində iştirak edir. Bu “mələyin ürəkləri” ili idi.

Robert Hosseyn və Jenevyeva Paj, 1965

Fransız kinosunun ulduzları (növbəti Beynəlxalq Moskva kinofestivalının qonaqları) Moskva ilə addımlayırlar. Bu şəkil əsl nostaljidir. Bu köhnə Moskvadır. Hanı indi o qədim Moskva? Heç nə qalmayıb...

Sofi Loren, 1965

Qızıl meydan və qızıl qadın...

Şon Konneri, 1989

Bond Rusiyaya sevgi ilə gəlmişdi, o “Rus şöbəsi” filmində çəkilmək üçün SSRİ-yə təşrif buyurmuşdu. O, “Ukrayna” otelində qalırdı. Bu sensasiya olmalı idi, olur da...

Pablo Neruda, 1962

Klassika... Puşkin adına Milli təsviri incəsənət muzeyi və müasirlik – Çili şairi... İndi artıq o da klassikadır...

Klaus Mariya Brandauer, 1983

SSRİ-nin daha bir təsadüf olmayan qonağı. O, yalnız festival ulduzu deyil, o, həmçinin, Yevqeniy Yevtuşenkanın “Uşaq bağçası” filmində rol alıb.

Klaudiya Kardinale, 1967

Moskva yeni tikililərinin yanında neorealizm ulduzu Qaydayın komediya qəhrəmanı kimi görünürdü – İdmançı, komsomol və nəhayət gözəl!...

Boney M, 1978

1970-ci illərdə paytaxtın ən ekzotik qonaqları. Özləri qarabuğdayı, xəzləri ağ. Onlar burada neyləyirlər? Onlar SSRİ-də qastrol səfərindədirlər. Ancaq bunun daha dərin izahı var. “Ra-Ra-Rasputin” mahnısının müəllifləri öz qəhrəmanlarının vətəninə necə gəlməyə bilərdilər ki?...

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR