• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Beriya yoldaş Stalini qıcıqlandırır” – “Güllələmək!”

“Beriya yoldaş Stalini qıcıqlandırır” – “Güllələmək!”

“Qadınlar tərəfindən yazılmış intim xarakterli çoxlu sayda məktublar aşkarlanıb. Əxlaqsız kişinin bir çox ədəbsizlikləri üzə çıxıb”...

Maraqlıdır, “əxlaqsız”ın güllələnməsindən sonra həmin “ədəbsizlik”lər hara yoxa çıxdı?...

Lavrentiy Beriya 1953-cü ilin 26 iyununda Moskvada həbs olunub. Bu hamıya məlumdur.

Lakin Stalinin ölümündən sonra hökümət başçısının birinci müavini olmuş şəxsin başına dəqiq hansı hadisələrin gəldiyi hələ də məlum deyil...

Kremldaxili oyunlar

Beriyanın başını buludlar 1953-cü ilin yazından almağa başladı. Kremldəkilər ondan çəkinirdilər. Buna əsas da vardı. Əvvəla, malik olduğu repressiya cihazı, ikincisi və ən əsası - Beriya “köhnə dost”ları haqda onların özlərinin çoxdan unutmaq istədiyi bir çox məqamlardan agah idi.

“Baş qəhrəman”a qarşı açıq mübarizə Mərkəzi Komitənin (1953-cü ilin 2-7 iyul tarilərində) plenumunda baş tutdu. Plenumda Lavrentiy Beriyanın “silahdaş”ları ürəklərini necə lazımdırsa, boşaltdılar... “Beriya yoldaş Stalini qıcıqlandırır” (Xruşşov), “Beriya yaddır, antisovet düşərgəsindəndir” (Molotov), “O, Politbüro üzvlərini güdür” (Bulqanin) ...

Beriyanı “xəyanətkar Tito” ilə münasibətlərdə təqsirləndirir, yanlış milli siyasət aparmaqda qınayırdılar.

Keçmiş kəşfiyyatçının aktiv seksual həyatını da araşdırmışdılar. Lavrentiy Beriyanın intim cinayətləri ilə bağlı söhbətlər protokolda belə qeyd olundu: “Qadınlar tərəfindən yazılmış intim xarakterli çoxlu sayda məktublar aşkarlanıb. Əxlaqsız kişinin bir çox ədəbsizlikləri üzə çıxıb”...

Maraqlıdır, “əxlaqsız”ın güllələnməsindən sonra həmin “ədəbsizlik”lər hara yoxa çıxdı?...

Beriyanı nə vaxt güllələdilər?

Beriyanın həbsi və sonrakı taleyi dumanlıdır. Rəsmi versiyaya görə, onu 26 iyun, Nazirlər şurasının prezidium iclası zamanı həbs etdilər.

Həbs səhnəsi müxtəlif şahidlərin dilindən müxtəlif cür təsvir edilir. Məsələn, Xruşşov Beriyanın silaha əl atmaması üçün onu qəhrəmancasına saxladığını xatırlayırdı. Jukov iddia edirdi ki, Beriyaya təslim olmaq və əllərini qaldırmaq əmrini şəxsən özü verib, general Moskalenko isə Beriyaya tapançanı yönəltdiyini, bununla, onun geri çəkildiyini qeyd edirdi.

Beriyanın tutulmasında Leonid Brejnev də iştirak etmişdi, lakin o, həmin səhnə və “şücaət”ləri barədə heç nə yazmayıb.

Daha sonra Beriyanı Moskva hərbi bunkerinə aparıb, məhkəmənin qərarına əsasən, 1953-ü ilin 23 dekabrında güllələyiblər.

Hadisənin məhz bu cür baş verməsi ilə bağlı şübhələr hələ Xruşşovun vaxtından yaranmağa başladı. Arxivləri açdıqdan sonra məlum oldu ki, Beriyanın güllələnməsini – ölümünü təsdiq edən həkim imzası yoxdur. Onunla eyni gündə hökm oxunan və güllələnən insanların ölümünü həkim imzası təsdiq edir. Meyitlərin yandırılması barədə akt belə indiyə qədər qorunub saxlanır, amma Beriyanın meyitinin yandırılmasını heç bir sənəd təsdiqləmir.

Bəzi tədqiqatçılar belə bir fərziyyə ilə çıxış edirlər: Beriya məhkəməyə qədər öldürülmüşdü, məhkəmədə isə onun oxşarını oturtmuşdular.

Əlbəttə, məhkəməyə qədər dörd ay vaxt vardı, bu zaman müddətində oxşarı tapmaq çətin məsələ deyildi. Həm də nəzərə almalıyıq ki, məhkəmə qapalı keçirdi və Beriyanın üz cizgilərinə gözəl bələd olan Mərkəzi Komitə üzvləri məhkəmədə iştirak etmirdi. Onlar məhkəmənin gedişini öz kabinetlərində izləyirdilər.

Beriyanın ölümünün növbəti, daha ekzotik versiyası da mövcuddur. Onun oğlu Serqo iddia edirdi ki, atası 1953-cü ilin 26 iyununda məhkəmədə iştirak etməyib, həmin gün onu heç bir məhkəmə qərarı olmadan, güllələyiblər. Serqoya atışma getdiyi barədə xəbər verirlər. O, malikanəyə gəlir, lakin ora daxil olmağa icazə vermirlər. Serqo atasının kabinetindəki şüşələrin param-parça olduğunu görür. Ola bilsin, Lavrentiy Beriya məhz həmin gün öldürülmüşdü.

“Beriyanın antipartiya və antihökümət addımları” barədə sovet vətəndaşları 1953-cü ilin 10 iyulunda qəzetlərdən oxuyurlar.

Onun ölüm xəbərini rus xalqı çastuşka ilə qarşılayır...

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR