SSRİ-nin dəbdəbəli, bahalı libaslı ilk xanımı – FOTOLAR
Bizi izləyin

Sovet sirləri

SSRİ-nin dəbdəbəli, bahalı libaslı ilk xanımı – FOTOLAR

Düz qamət, gözəl zövqlə geyinmiş, paltarına uyğun seçilmiş sırğalar...

“Paris dəbdəbəli kommunist qadını”...

Raisa Maksimovna Qorbaçova 1999-cu ildə vəfat etdi. Sağlığında xalq onu bir o qədər sevmirdi, yalnız ölümündən sonra ona olan münasibət kökündən dəyişdi...

Zərər vurdu, yoxsa kömək etdi?

Qorbaçovdan qabaq sovet rəhbərlərinin həyat yoldaşları, adətən, kadr arxasında qalırdı. Onların adı gündəmə düşmürdü.

Televiziya və fotokameralar qarşısında baş nazirlərin, prezident və kralların həyat yoldaşlarını qarşılamaq üçün Valentina Tereşkova dəvət olunurdu. Raisa Qorbaçova ilk kosmonavt xanım Tereşkovanı arxa plana sıxışdırmaqdan çəkinmədi.

Qərbdə bu hal təbii sayılırdı. Orada qadının kişi ilə eyni hüquqa malik olması normal qəbul olunurdu.

Mixail Qorbaçov və həyat yoldaşını keçmiş SSRİ rəhbərləri ilə müqayisə edən sovetoloqlar yeni cütlüyün yeniliklərinə biganə yanaşa bilmirdilər.

Bu səbəbdən, Qərb mətbuatı Raisa Qorbaçovanı əri Mixail Qorbaçovdan daha üstün tuturdu. Başlıqlara nəzər yetirin: “Paris dəbdəbəli kommunist qadını”, “Ərinin çəkisindən az olan SSRİ-nin yeganə ilk xanımı!” ...

SSRİ mətbuatı Raisa Qorbaçovanın 1988-ci ildə “Dünyanın qadını”, 1991-ci ildə “İlin xanımı” mükafatlarını almasını isə hay-küysüz elan edirdi.

Tarixşünas Roy Medvedev onun haqda bunları qeyd edirdi: “Raisa Qorbaçovanın ictimai fəaliyyəti və möhtəşəm ətirləri gözə girirdi. Bu hərəkəti ilə o, ilk növbədə, ərinə ziyan vururdu, çünki xalq öz qəzəbini ona püskürürdü”.

Yaltaqlığa görə qeyri-kafi, xəyanətə görə “üç”...

Düzdür, Raisa Maksimovna yaxşı geyinməyi sevirdi. Amma bununla öyünməyi xoşlamırdı.

O, gələcək həyat yoldaşı ilə oxuduğu Moskva Dövlət Universitetində tanış olmuşdu. Raisa Qorbaçova heç vaxt özünü nə cəmiyyətin bir nümayəndəsi, nə də yüksək təbəqənin insanı kimi təqdim etməyib. Özü kimi idi, heç kimin xoşuna gəlməyə çalışmırdı, bununla yanaşı, həmişə birinci rolda çıxış etməyi sevirdi. Ərinin kölgəsi olmaq istəməyən xanım Qorbaçova yerli ali məktəblərdə fəlsəfə dərsi deyirdi.

Düz qamət, gözəl zövqlə geyinmiş, paltarına uyğun seçilmiş sırğalar... Mühazirələrin çoxluğundan boğazı bir az ağrayırdı.

Kafedra müəllimlərindən biri tələbələrə müraciət edir:

“Yoldaşlar, növbəti kursdan etibarən fəlsəfədən mühazirəni Qorbaçovun həyat yoldaşı oxuyacaq”. Buna çox ciddi yanaşmağınızı xahiş edirəm”.

Bunu deyir və Raisa Qorbaçova ilə necə düzgün ünsiyyət saxlamağı misal göstərir.

Bir yoldaş Raisa xanımın onun resenziyasına olan cavabını dinləyib, düzgün olmayan hərəkət edib. Raisa Qorbaçova tələbəyə:

“Kiçik qeyri-dəqiqliklər var. Amma görürəm, siz savadlı və terminologiyaya bələd birisiniz...” Oğlan isə: “Siz yalan deyirsiniz, şişirdirsiniz!” cavabını verib.

Xanım Qorbaçova sinirlənsə də, sakitcə söyləyir: “Heç vaxt heç kimə yalan təriflər oxumuram. Buna əmin olmağınız üçün sizə “qeyri-kafi” yazıram.

Əgər Qorbaçova tələbələrdən hansınınsa ondan başqa müəllimə dərsi danışdığından xəbər tuturdusa, dövlət imtahanında elmi kommunizmdən necə gözəl cavab verməyindən asılı olmayaraq, həmin tələbəyə “üç” qiyməti qoyurdu.

“Baş katibin “general”ı

İlk xanım olduqdan sonra Raisa Qorbaçova elmdən uzaqlaşır. Dünya üzrə səfərlərə çıxır, Qərb qonaqlarını qəbul edirdi.

Sadə camaat bu haldan narazı idi. Onlar düşünürdülər ki, birinci xanım geyimini çox tez-tez dəyişir, bahalı paltarlar geyinir, darıxdırıcı və uzun-uzadı, mənasız nitqlər söyləyir və ərinə ağalıq edir.

Əbəs yerə deyildi ki, birinci katib onu “mənim generalım” adlandırırdı. Qorbaçov cütlüyü publika qarşısına əl-ələ tutaraq çıxırdı.

Viktor Mironenko qeyd edir:

“Onların münasibəti iş və imic xatirinə qurulmuş səhnə deyil. Televiziya və tamaşaçılarsız da onlar hər gün birgə gəzintiyə çıxırdılar. Onlar, həqiqətən, mehriban idilər və bir-birilərini sevirdilər”...

Neçə illik yalan və uydurma ilə zəngin SSRİ dövründə Qorbaçov cütlüyü əsl insani hisslərin mövcud olduğunu sübut etdi. Sadəcə, cəmiyyət bunu zamanında dərk etmək iqtidarında olmadı...

Raisa Qorbaçova 1999-cu ildə qan xərçəngindən vəfat etdi. “Qorbaçov - fond”-a gələn başsağlığı məktublarının ardı-sırası kəsilmirdi.

Ölümündən qabaq Raisa Qorbaçova ərinə demişdi: “Yəqin, insanların məni başa düşməsi və qəbul etməsi üçün belə ağır xəstəliyə düçar olmalı və ölməliydim...”

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm