Stalinə - SSRİ-yə “işləyənlər” - FOTOLAR
Bizi izləyin

Sovet sirləri

Stalinə - SSRİ-yə “işləyənlər” - FOTOLAR

SSRİ-nin məşhur qərbli casusları

Entoni Blant

Kembric dördlüyünün üzvü olan Blant İkinci Dünya müharibəsi zamanı SSRİ-yə xəbər ötürən və Mİ5-də fəaliyyət göstərən növbəti casuslardan biri idi.

1964-cü ildə Blant gizli olaraq ingilislərə təslim oldu. Onun SSRİ ilə əməkdaşlığı isə uzun illər dövlət sirri kimi saxlanıldı və yalnız 1979-cu ildə britaniyalı baş nazir Marqaret Tetçer onu hamının qarşısında qovdu. Kraliça II Yelizaveta onu cəngavər titulundan məhrum etdi.

İndi isə daha ətraflı:

1983-cü ildə Entoni Blant 75 yaşında ikən vəfat etdi. Onun tarixşünas olması hər kəsə bəlli idi, fəqət uzun illərin casusu olması isə ölümüdən bir neçə il əvvəl üzə çıxdı.

Entoni Blant Kembricin məşhur dördlük casuslarından biri idi. Qalan üç casus ömrünü SSRİ-də başa vurdu.

Qay Berces və Donald Maklin 1951-ci ildə, Kim Filbi isə 1963-cü ildə Moskvaya qaçdı. Bu dörd nəfər yaxın dost idi, xüsusilə, Entoni Blantla Qay Berces. Onlar Kembricdə bir oxumuşdular, BBC-də bir yerdə çalışmış, Londonda müharibə illərində də bir olmuşdular.

Ölüm anı Entoni Blantı bir çox şeylərdə ittiham edirlər; Homoseksual əlaqəyə cəlb etmək üçün kral ailəsinin üzvlərini şantaj etməkdə, ingilis mədəniyyətini məhv etməyə çalışmaqda və s. Onun ətrafında əfsanə və fantaziyalar dolaşmağa başladı.

Miranda Karter “Entoni Blant: onun bir neçə həyatı” (“Anthony Blunt: his lives”, 2002 –red.) kitabında “Entoni Blant” mifinin prototipini yaradıb.

Entoni 1960-cı ildə Luvrda rəssam Nikola Pussenin sərgisini təşkil etdikdən sonra məşhurlaşmışdı. Sərgi böyük rezonansa səbəb olmuşdu.

1963-cü ildə Entoni müsbət qəhrəmandan mənfi qəhrəmana çevrildi. Belə ki, kəşfiyyat onun dördüncü casus olduğunu sübuta yetirir. Lakin xəbəri gizli saxlayır və Blanta şərt qoyurlar: Ya Мİ5–Мİ6 ilə əməkdaşlıq edirsən, ya məhkəməyə yollanırsan. Entoni Blant əməkdaşlığı seçir.

Kənardan heç nə şübhəli görünmürdü. Blant əvvəlki kimi Kurtold institutunun direktoru vəzifəsində çalışır, mühazirə oxuyur, monoqrafiyalarını dərc edir və kral ailəsi ilə ünsiyyət saxlayırdı.

Entoni Blant onlarla detektiv və casus romanlarının qəhrəmanına çevrildi. Kitablarda o, birmənalı olaraq, ikili agent kimi təqdim olunurdu. Entoni Blantı təkcə casus kimi qələmə almayan yeganə müəllif Miranda Karter idi. Xanım yazıçı Blantın digər xüsusiyyətlərini də qeyd edir, Blantın incəsənət tarixçisi olduğunu, onun bu sahədəki müstəsna rolundan yazır.

Yazıçı, həmçinin, estet və italyan barokkosu üzrə mütəxəssis olan hörmətli professorun niyə birdən Stalinə işləmək qərarına gəlməsinin səbəblərini də açmağa çalışır.

Kristofer Boys

Kristofer Boys Robert Lindsinin “Qartal və qar adamı” romanının prototipidir. Kristofer topladığı gizli informasiyaları SSRİ-yə dostu Dalton Linin vasitəsilə ötürürdü. 1977-ci ildə Boysun kəşfiyyatçı dostu SSRİ-nin Meksikada yerləşən səfirliyinin qarşısında ifşa olunduqdan sonra həbs edilir.

1980-ci ildə Boys həbsxanadan qaçır və sonralar bankların yarılması ilə məşğul olur. SSRİ-yə qaçmağı planlaşdıran Kristoferin istəyi baş tutmur. 1981-ci ildə o, yenidən həbs olunur və yalnız 2003-cü ildə zaminə buraxılır.

1953-cü ilin 19 iyun tarixində amerika həbsxanası “Sing-Sing”-də nüvə ilə bağlı sirlərin SSRİ-yə ötürülməsində təqsirli bilinən Yulius və Etel Rozenberqama ölüm hökmü oxundu. Beləliklə, Etel və Yulius Rozenberqlər:

1950-ci ildə Federal Tədqiqat Bürosu məşhur cütlük Etel və Yuliusu nüvə ilə bağlı sirləri SSRİ-yə ötürməkdə təqsirləndirdi. Bu proses KİV-də böyük səs-küyə səbəb oldu və soyuq müharibə zamanı əsəbləri daha da tarıma çəkmiş oldu.

Elizabet Bentli

1938-ci ildə Bentli ABŞ kommunist partiyasının xeyrinə Nyu-Yorkda yaşayan faşistləri izləməyə başlayır. Sonralar o, iki ayrı casusluq qrupuna başçılıq edir. 1945-ci ildə Moskvadakı rəhbərliyi ilə yaşadığı münaqişədən sonra o, özü FDB-yə gedir və bütün bu müddətdə onunla çalışan yüzdən artıq cəsusu ələ verir.

Kim Filbi

1933-cü ildən etibarən sovet kəşfiyyatçısı kimi fəaliyyət göstərməsinə baxmayaraq, 1941-ci ildə Kim Filbi britaniya kəşfiyyatı Mİ6-ya işə düzəlir. Onun ikili oyun oynadığını ingilislər yalnız 1963-cü ildə aşkarlayırlar.

Mİ6-da çalışdığı iyirmi il ərzində Filbi yüksək rütbə və vəzifələr əldə edir. Ən əsası o, SSRİ-yə bacardığı qədər çox informasiya ötürməyə nail olur. Filbi 1988-ci ildə SSRİ qəhrəmanı kimi dəfn edilir.

Morris və Lona Koen

Ər-arvad Amerika Birləşmiş Ştatlarında anadan olmuş və otuzuncu illərin sonunda Sovet İttifaqına çalışmağa başlamışdılar. Onların casus olduqlarının üstünün açılması təhlükəsi yarandıqda mərkəz onlara fəaliyyətlərini dayandırmağı əmr edir. Bir neçə il sonra cütlük Londonda “Helen və Piter Kroqer” adlı bukinist mağazası açırlar.

1961-ci ildə Morris və Lona cütlüyü ifşa olunur və onları həbs edirlər. 1969-cu ildə onları SSRİ-də saxlanılan Britaniya vətəndaşı Herald Brukun qarşılığında azad edirlər.

SSRİ-yə təşrif buyurarkən Lona və Morris Koenə Sovet İttifaqı qəhrəmanı adını verirlər. Burada onlar yeni kəşfiyyatçıların hazırlanmasında yaxından iştirak edirlər.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm