Lalə Məmmədova: “Bu, bizim axırımıza çıxacaq” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Xüsusi

Lalə Məmmədova: “Bu, bizim axırımıza çıxacaq” - MÜSAHİBƏ/FOTOLAR

Əməkdar artist Lalə Məmmədova hesab edir ki, Azərbaycandakı bəzi ənənələr insanların həyatını məhv edir və onların dinlə heç bir bağlılığı yoxdur.

Publika.az-ın “Üç nöqtə” layihəsinin qonağı olan Lalə Məmmədova onu narahat edən məqamlara toxunub.

- İndiki ağlım olsaydı...

- Heç nəyi dəyişməzdim.

- Zəmanət verə bilərəm ki...

- İndiki dövrdə heç nəyə zəmənət vermək olmur.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Bütün uşaqların üzünü güldürərdim, onların xoşbəxt olması üçün əlimdən gələni edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Mümkünsüzdür.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Yaddaşı zəif və baxımlı olmalıdır. Çünki qadınlar kişilərin hər dediyi sözdən inciyir, xırda bir məsələnin dərinliklərinə qədər gedir. Kişilər isə daha unutqan olur. Odur ki, kişilər yaddaşı zəif olan qadınları daha çox sevir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- İstənilən dövrdə gözəl görünən və özünə əmin olan qadınlar yaşını gizlətmir.

- Qadına qarşı şiddət...

- Zəif kişilərin işidir.

- Vicdanıma and olsun ki...

- Ümumiyyətlə, and içməyi sevmirəm.

- Təəssüf edirəm ki...

- Çox təəssüf edirəm ki, biz ömrümüzü qara əskiyə bükən, həyatımızı məhv edən bəzi ənənələr yaratmışıq və onların dinlə heç bir əlaqəsi yoxdur. Milli mentalitet bizi öldürüb axırımıza çıxacaq, ənənələrimiz çoxu insanı çərçivəyə salır, azadlığını boğur.

- Vanqa nənə ilə görüşsəydim...

- Öncəgörücülərə inanmıran, onu dinləməzdim.

- Unuda bilmədiyim insana demək istəyirəm ki…

- Düşün məni (Gülür).

- Tənhalıq insan üçün lənətdir, yoxsa ki...

- Bəzən lənətdirsə, bəzən də xoşbəxtlidkir.

- Ən böyük səhvim o olub ki...

- Bu, məndə qalsın.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Gülüb keçirəm.

- Riyakarlıqla üzləşəndə...

- Təəssüf edirəm.

- Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Hər kəs öz yerini bilsin.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Yaxşı düşünməyə çalışıram.

- Günahlarım yadıma düşəndə...

- Günahsız insan yoxdur, mən də nəticə çıxarıram. Bu günə gəlmək üçün deməli onları etmək lazım imiş.

- Qızlarıma ən çox onu məsləhət görürəm ki…

- Gülməyi öyrənsinlər.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- İtirməmişəm.

- Yaxşı gündə, pis gündə...

- İnsanın əzizləri yanında olsun.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm