Özündən 47 yaş kiçik qadınla eşq macərası yaşayan yazıçı deputat: "Vərəm mənim doğuluşum oldu"
Bizi izləyin

Xüsusi

Özündən 47 yaş kiçik qadınla eşq macərası yaşayan yazıçı deputat: "Vərəm mənim doğuluşum oldu"

Bu gün dünya ədəbiyyatının adı oxucularımıza yad olan yüzlərlə nümayəndəsi var. Çox vaxt da Azərbaycan dilində yetərli qədər məlumat olmadığından bu parlaq simaları tanıya bilmirik. Odur ki, Publika.az bir sıra xarici mənbələrə istinadən çağdaş İtaliya ədəbiyyatının "tanrı"sı sayılan qüdrətli nasir, peşəkar jurnalist Alberto Moravianın həyat yoluna işıq tutmağa çalışacaq.

1907-ci ildə Romanın tarixi məhəllələrindən birində yaşayan rəssam və memar Karlo Pinkerle ilə xanımı Terezanın ikinci övladları dünyaya gəlir. Cütlük doğulan körpəyə Alberto adını verir.

Amansız xəstəlik

Alberto Pinkerle hələ kiçik yaşlarında sümük vərəmi xəstəliyinə yoluxur. Balaca Alberto həyatının beş ilini İtaliya, Avstriya və Almaniyanın sağlamlıq düşərgələrində yataq şəraitində keçirdir. 17 yaşında qismən sovuşan xəstəlik gələcəyin böyük yazıçısının taleyində mühüm rol oynayır. İllər sonra Alberto öz qısa həcmli biorqafik əsərində yazacaqdı:

”Bəlkə də yazıçı olmağımın əsas səbəbkarı bu xəstəlik idi. Düşərgələrdə yataqda keçirdiyim bu illər XVII-XVIII əsrlərin klassiklərinin bütün kitablarını oxuyub bitirdim. Xəstəxanadan çıxıb, ailəmin yanına dönəndə artıq fransız və alman dillərində səlis danışır, ara-sıra kiçik hekayələr yazırdım. Odur ki vərəm mənim sonum yox, doğuluşum oldu”.

Картинки по запросу young alberto moravia

Pöhrələnən yaradıcılıq

Alberto elə ilk gündən əsərlərini yəhudi əsilli nənəsinin soyadı olan “Moravia” təxəllüsü ilə yazmağa başlayır. 17 yaşlı gənc yazıçı ilk romanı olan "Etinasızlar" ("Gli indifferenti") əsərini qələmə alır. Roman Avropa oxucuları arasında böyük maraqla qarşılanır. Həmin illər Avropa və Amerikada iqtisadi böhran tüğyan edirdi. Lakin yaradıcılıq eşqilə alışıb-yanan gənc Moravianın bu hal zərrə qədər də narahat etmirdi. Dövrünün Korrado Alvaro, Massimo Bontempelli kimi yazıçıları ilə dostluq edir, məşhur jurnallarda hekayələrini yayımlayırdı. Alberto "Yorğun kurtizanka" ("Cortigiana stanca") novellasını da bu dövrdə yazır.

Gənc yazıçının hakim dairələr haqda çılpaq fikirləri faşist İtaliyası tərəfindən xoş qarşılanmır. Xüsusən də “Etinasızlar” əsəri nəinki məmurların, eləcə də tənqidçilərin əsas hədəfinə çevrilir. Sinirləri tarıma çəkilən Alberto səyahət bəhanəsilə İtaliyadan baş götürüb qaçır. Bu illər ərzində müxtəlif ölkələrdə müvəqqəti yaşayıb, İtaniyanın “La Stampa” jurnalı üçün hekayələr yazır. Moravia bu illəri belə xatırlayacaqdı:

”1933-1943-cü illər həyatımın ən ağır onilliyi olub. Hələ də o dövrü xatırlayanda ürəyim göynəyir. Yalanın, riakarlığın, vəhşətin hökm sürdüyü İtaliya mühitindən qaçmaq üçün çoxlu səyahət edirdim”.

Səyyah Moravia

Yazıçının ilk dayanacağı Yunanıstan sonra isə Çin olur. Ardından ABŞ-a köçən Alberto uzun müddət burada yaşayır. Kolumbiya Universitetinin nəzdindəki “İtaliya evi” adlı mədəniyyət mərkəzinə rəhbərlik edir. Bu illəri Moravia yaradıcılığının ən məhsuldar dövrü saymaq olar. “Riyakarlıq” ("L’imbroglio"), “Maskarad” ("La mascherata") kimi romanlar buna bariz nümunədir.

1941-ci ildə Alberto İtaliyaya dönür, həmkarı Elza Morante ilə ailə qurur. Elza əri qədər məşhur olmasa da, romanlar yazır, jurnallarda hekəyələr çap etdirirdi. 1943-cü ildə yazıçı cütlük hakim qüvvələrin qəzəbinə görə Fondi şəhərciyində gizlənməli olurlar. Burada o, başqa təxəllüslə “Çoçara” ("La Ciociara"), "Ümid, yoxsa Xristianlıq və Kommunizm” ("La Speranza, ovvero Cristianesimo e Comunismo") romanlarına həyat verir.

İtaliya azad edildikdən sonra Moravia ailəsi Romaya dönür. Alberto nəinki ədəbiyyat, eləcə də jurnalistika sahəsində qızğın fəaliyyətə başlayır. O, jurnalistlik fəaliyyətini ömrünün sonunadək davam etdirir.

Картинки по запросу alberto moravia nobel prize

Nobelin 1 addımlığında

Alberto Moravia yaradıcılığının çiçəklənmə dövrü müharibədən sonrakı illərə təsadüf edir. “Romalı qız” ("La romana"), “İtaətsizlik” ("La disubbidienza"), "Ər-arvad məhəbbəti və digər hekayələr" ("L’amore coniugale e altri racconti") və s. romanlarını bu illərdə yazır. Moravia əsərləri xarici dillərə tərcümə edilib, ssenarisi əsasında ən çox film çəkilən yazıçılar siyahısındadır. Nəinki İtaliyanın, eləcə də beynəlxalq səviyyəli mükafatların laureatıdır.

1958-ci ildə dünya şöhrəti qazanmış Alberto yaradıcılığı Nobel mükafatının bir addımlığında idi. Boris Pasternak, Karen Bliksenlə son üçlüyə qalan yazıçı mükafata layiq görüləcəyinə tam ümidli ikən hadisələrin gedişatı dəyişir. Böyük oxucu kütləsinin marağına səbəb olmadığı iddia olunan sovet yazıçısı Posternak mükafata layiq görülür. Səbəb isə sonradan bəlli olur. Posternak 1946-cı ildə “Doktor Jivalqo” adlı romanına görə Nobel mükafatına artıq bir dəfə namizəd olmuşdu. Lakin bu əsəri postsovet ölkələrində qadağan edilmişdi. Avropa oxucusunun da marağını kəsb etməyən “Doktor Jivalqo” öz sahibinə Nobel gətirməmişdi. Və budur, düz 12 il sonra yenidən eyni əsər dünyasöhrətli Moravianın yaradıcılığını kölgədə qoyub, Nobel qazanır. Məlum olur ki, bu əsərə sovet məkanında qadağa qoyulandan sonra İtaliya nəşr evlərinin biri romanı gizlincə italyancaya tərcümə edib. Odur ki İsveç Akasemiyasının daimi katibi Anders Esterlinq romanı oxuduğunu və dünya ədəbiyyatı üçün böyük töhfə olduğunu bildirir. Beləcə Posternak 12 il sonra eyniadlı əsərinə görə ədəbiyyat sahəsinin ən mötəbər mükafatı "Nobel"ə layiq görülür.

Картинки по запросу moravia books

Ədəbiyyatın Tanrısı

Bu uğursuzluğa baxmayaraq, Moravia yenə İtaliyanın ən nüfuzlu yazıçısı olaraq qalırdı. “Yeni Roma hekayələri” ("Nuovi racconti romani"), “Sıxıntı” ("La noia") kimi romanları işıq üzü görürdü. Bir vaxtlar vətənindən qaçaq düşən Alberto çağdaş İtaliya ədəbiyyat məktəbinin tanrısı sayılırdı.

1962-ci ildə Alberto və Elza rəsmən boşanırlar. Moravianın yeni ilham pərisi Daça Maraini adlı gənc yazıçı olur. Elə bu illərdə gənc məşuqəsindən ruhlanıb, “Hindistan haqda fikir” ("Un’idea dell’India") , “Cənnət” ("Il paradiso"), “Qüruba bənzər insan və digər esselər” ("L’uomo come fine e altri saggi") romanlarına can verir.

1972-ci ildə Afrikaya uzun müddətli səyahət edən Moravia “Hansı qəbilədənsən?” romanını yazır.

Deputat Moravia və ispan gözəlinin eşq macərası

1983-cü ildə yazıçının özündən 47 yaş kiçik ispan sevgilisinə həsr etdiyi “Əşya” ("La cosa") əsərini ərsəyə gətirir. 3 il sonra isə cütlüyün sevgi macərası nikah masasında rəsmiləşir.

1984-cü ildə Moravia İtaliya Kommunist Partiyasından Avropa Parlamentinə deputat seçilir. Jurnalistlik fəaliyyətini də davam etdirən yazıçı Strazburq Parlamentində baş verən yeniliklər haqda İtaliya KİV-nə məqalələr, süjetlər hazırlayır. Parlamentdəki fəaliyyəti dövründə ömür yolundan bəhs edən “Moravianın həyatı” ("Vita di Moravia") adlı avtobioqrafik əsərini çap etdirir.

XX əsr ədəbiyyatının qüdrətli nümayəndəsi, İtaliya mədəniyyətinin parlaq siması Alberto Moravia 1990-cı il 26 sentyabr tarixində Romadakı evində dünyasını dəyişir. Ölümündən sonra “İtmiş hekayələr” ("Racconti dispersi") kitabı nəşr olunur.

İtaliya ədəbiyyatının Günəşi

Tənqidçilər onu əbəs yerə "İtaliya ədəbiyyatının parlaq günəşi" adlandırmırlar. Moravia marksizm, freydizm cərəyanlarından əlavə, neorealizm mövzusunda da bir çox əsərlər yazıb. İtaliya nəsri üçün Alberto Moravia adı öz prinsiplərinə sadiq qalan, hakim qüvvələrə baş əyməyən, sıravi vətəndaş mövqeyini qoruyan şəxsiyyət kimi həkk olundu. Onu dünyaya tanıdan da məhz bu inadkarlığıdır.

Əsərlərində bəzən tənqidə, bəzən psixoloji sosial problemlərə, ara-sıra sürrelalizmə belə yer verən qələm ustası daim oxucunun maraq dairəsindədir, onu təəccübləndirməyi, təfəkkürünü aydınlatmağı çox gözəl bacarır. Hadisələri, mühiti ifrat təsvir etməkdənsə, poetik dinamikaya üstünlük verir. Bununla belə əsərlər öz dərin mənasını itirmir, yazıçı oxucuya ötürmək istədiyi hiss və həyəcanı məharətlə çatdırır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm