Məşhur aparıcı: Küsülü olduğum insana demək istəyirəm ki… -MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Məşhur aparıcı: Küsülü olduğum insana demək istəyirəm ki… -MÜSAHİBƏ

Xəbərlər proqramının məşhur aparıcısı Vüsalə Səidi Publika.az-ın “Üç nöqtə” layihəsi çərçivəsində yarım qalmış cümlələri tamamlayıb.

Oğlanların saç stilinə malik, mavi gözləri və səlis danışıq tərzi ilə yaddaqalan aparıcı maraqlı cavablar verib.

- İndiki ağlım olsaydı...

- Heç nəyi dəyişməzdim, dərin peşmançılıq hissi keçirdiyim hansısa hadisə yoxdur.

- Zəmanət verə bilərəm ki...

- Hər şey yaxşı olacaq.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Çalışardım ki, hər bir insan mərd olsun və düzgünlüyə üstünlük versin.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Sevilməyin birinci şərti ondan ibarətdir ki, qadın ailəsinə dəyər versin, eyni zamanda baxımlı olsun.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Daima onu dəstəkləyir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Mən yaşımı gizlətmədiyim üçün bu mövzu haqqında fikir deyə bilməyəcəm.

- Qadına qarşı şiddət...

- Əlbəttə ki, qarşıyam və bununla hər zaman mübarizə aparıram.

- Vicdanıma and olsun ki...

- Heç vaxt dəyişməyəcəm.

- Təəssüf edirəm ki...

- Bu qədər sadəlövh olduğum üçün təəssüf edirəm.

- Vanqa nənə ilə görüşsəydim...

- Öncəgörücülərə inanmıram.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Məni incitməsin, özü bilir kimi deyirəm.

- Ən böyük səhvim o olub ki...

- Böyük səhvim olmayıb.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Bəzən insanın öz seçimidir.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Dərhal anlayıram, amma üzünə vurmuram.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Həyatı tarazlaşdırmaq üçün. Fizika və riziyyatda da müsbət və mənfi var.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Fikirləşmək istəmirəm, çünki sonu yoxdur.

- Günahlarım yadıma düşəndə...

- Kaş ki, etməzdim deyirəm.

- Övladlarıma ən çox onu məsləhət görürəm ki…

- Yalan danışmasın, oğurluq etməsin.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Ədalətə və Allaha inancım böyükdür. Çox şükür ki, inancımı heç vaxt itirməmişəm.

- Heç vaxt icazə vermirəm ki...

- Kiminsə qəlbini qırım.

- O halda riskə gedirəm ki...

- Hər zaman riskə gedirəm.

- Çıxılmaz vəziyyətə düşəndə...

- Allahıma əl açıb dua edirəm.

- Yaxşı gündə, pis gündə...

- Əzizlərimin yanımda olmasını arzu edirəm.

- Təşəkkür edirəm, sizə ancaq yaxşı günlər arzu edirik.

- Minnətdaram.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm