Mirkamil Kamilov: “Küsülü olduğum insana demək istəyirəm ki…” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Mirkamil Kamilov: “Küsülü olduğum insana demək istəyirəm ki…” - MÜSAHİBƏ

Müğənni Mirkamil Kamilov Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarını cavablandırıb.

İfaçının cavablarını təqdim edirik.

- İndiki ağlım olsaydı...

- Yaşadığım heç nəyə görə peşman deyiləm.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Mənlik deyil.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Sevginin nə qədər möhkəm olmasından asılıdır. Sevgi sözünün altında bir çox məsələlər yatır. Hesab edirəm ki, kişilər həqiqətən sevdiyi və hörmət etdiyi qadını başqasına dəyişməz. Mənə gəldikdə həyatımda sevdiyim biri yoxdur.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Hər bir qadın sevməyə, sevilməyə və xoşbəxt olmağa layiqdir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Məncə, ürəkli qadınlar yaşını gizlətmir.

- Qadına qarşı şiddət...

- Doğru deyil! Əgər xanım səhvə yol veribsə, qarşı tərəf ona bunu təklikdə və sözlə izah etməlidir. Şiddət heç bir halda yolverilməzdir.

- Təəssüf edirəm ki...

- İnsanlar bir-birini anlamaq istəmir, yola getmirlər. Münasibətlərdə mehribançılığın azalması məni təəssüfləndirir. Xarakterim sakitdir, lakin bəzən elə vəziyyət yaranır ki, hövsələdən çıxıb əsəb nümayiş etdirəsən. Onlar özləri məcbur edirlər ki, söz qaytarasan.

- Vanqa nənə ilə görüşsəydim...

- Ona məsləhətlər verərdim. Gələcəyi və hər şeyi görən ancaq Tanrıdır.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Məni bağışlasın. Çünki bağışlamaq özüyçün savabdır.

- Ən böyük səhvim o olub ki...

- Peyğəmbərlərin də səhvi olub, səhvsiz insan yoxdur. Çalışıram ki, böyük səhvlərə yol verməyim, amma olubsa, üzr istəməyi də bacarıram.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Xeyr, mənim üçün tənhalıq ən gözəl andır.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Özümü inanmış kimi göstərirəm, yalanını üzünə vurmuram.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Allahın bildiyi işdir, heç nə deyə bilmərəm.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Sadəcə dua edirəm.

- Günahlarım yadıma düşəndə...

- Şükür edirəm və bağışlanmağım üçün Allaha dua edirəm.

- Dostlarıma ən çox onu məsləhət görürəm ki…

- Məsləhəti böyüklər verir, istənilən məsələdə həmişə onların fikirlərini öyrənirəm. Həyat təcrübəsi baxımdan yaşlı insanlar daha zəngindir, onlar bizim keçdiyimiz yolu çoxdan keçib. Odur ki, böyüklərdən məsləhət istəmək daha məntiqlidir.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Heç zaman.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Xoşlamıram ki, kimsə üstümə gəlsin. Onlar üstümə gəldikcə mən uzaqlaşıram.

- O zaman düşünmədən riskə gedirəm ki...

- Risk həmişə mənimlədir.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Allahın mənə verdiyi ağılla yaranmış problemi həll edirəm.

- Yaxşı gündə, pis gündə...

- Yaxşı gündə də, pis gündə də şükürlə yaşamaq lazımdır.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

- Minnətdaram.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm