Xüsusi
Janna Darkın yerinə kimi yandırıblar? - TARİXİN İNANILMAZ GİZLİNLƏRİ
Janna Darkın adı bizə ən azı tarix dərsliklərindən məlumdur. Onun şücaətli mübarizəsinə, odda yandırılıb, edam edilməsinə onlarla film həsr edilib, əsər qələmə alınıb. Bütün bunlara baxmayaraq, orleanlı qızın taleyi haqda qaranlıq qalan, çözülməmiş bir çox məqam var.
Orleanlı qız
Rəsmi mənbələrə əsaslansaq, Janna Dark 1412-ci ildə Fransanın Domremi adlı balaca kəndində əkinçi ailəsində doğulub. Digər versiyaya görə isə zadəgan nəslindən olub. Onun uşaqlığı müharibə illərinə təsadüf edib. Fransa və İngiltərə arasında gedən odlu savaş hər iki xalqın nümayəndələrini cana yığmışdı. Mənbələrə inansaq, Janna hələ uşaq ikən qulağına qəribə səslər gəlir, onu mübarizəyə səsləyirdi.
Yeniyetməlik illərində isə Fransanın gələcək kralına yaxından kömək edərək, mərdliklə savaşmış, Orleanın səmasını alan qara buludları dağıtmışdı. Məhs buna görə də "Orleanlı döyüşçü" şərəfinə layiq görülmüşdü. Budan sonra savadsız, kəndli qızcığaz böyük bir ordunun başına keçir. Onun qəhrəmanlığı haqda dastanlar dildən-dilə yayılırdı.
Vətənin işıqlı gələcəyi üçün savaşan Jannanın edamına səbəb xəyanət olur. O əsir düşüb, qatı düşmənlərinə - ingilislərə təhvil verilir. Jannanın edamı hələ də tarixin ən müəmmalı hadisələrindən biri olaraq qalır. Bir sıra tarixçilər onun yandırılmasını düşünülmüş səhnəcik olduğunu bildirirlər.
Şübhələr və faktlar
Qəhrəman Jannanın faciəvi sonu haqda günü bu gün də sonsuz sayda fərziyyə və əfsanələr dolaşır. Orleanlı qızın əsl siması, edam səbəbi heç bir mənbədə tam açıqlanmır. Hələlik ən çox danışılan versiya budur ki, Jannanın yerinə digər qadın yandırlıb, edam edilib. Bəs bu fikir nə dərəcədə gerçəyə uyğundur?
Məsələyə psixoloji cəhətdən yanaşsaq, burada qəribə heç nə yoxdur. Xalq öz qəhrəmanının cismani ölümü ilə barışmaq istəmir. Axı bu tendensiya günümüzdə davam edir. Məsələn, Elvis Preslinin, Maykl Ceksonun milyonlarla pərəstişkarı öz kumirlərinin həyatda olduğu haqda müxtəlif hekayələr uydurur, hələ də onlarla müxtəlif ölkələrdə rastlaşdıqlarını iddia edirlər.
Bu insanın istənilən halda və yaşda möcüzəyə inamının təzahürüdür. Möcüzəni çox gözləyəndə isə mütləq baş verir. Lakin bu məqamda mərhumların cildinə girib, insanlarda çaşqınlıq yaradan dələduzların da adlarını mütləq qeyd etmək lazımdır.
Jannanın mövludu
Yazılı mənbələrə görə, ocaqda yandırılan Janna 4 il sonra doğmalarının yanına geri dönür. Ən qəribəsi odur ki, qardaşları və silahdaşları Jannanı qəbul edirlər. Yenidən peyda olan Orlean gözəli əvvəlki kimi kişi libası geyinir, atın belində gəzirdi. Bir müddət sonra Janna Rober dez Armuaz adlı zadəgana ərə gedir. Armuaz cütlüyünün iki oğlu dünyaya gəlir. Hələ də bu qadının Janna olub-olmadığına dair şübhələr səngimir. Çünki hələ ölümündən əvvəl də Jannaya bənzər bir dələduz daim onun yerini tutmaq istəyi ilə alışıb-yanırdı. Hətta 4 il ərzində harada gizləndiyi barədə də məlumat yox idi.
Yeni Jannanı ifşa edən səbəblərdən biri də o idi ki, əsl Dark dəfələrlə tibii yoxlanışdan keçmiş və cinsi yaxınlıq üçün yararsız olduğu sübut edilmişdi. Bu durumda onun ailə qurub, övlad sahibi olmağı da olduqca qəribədir.
Lakin çox keçmir ki, dələduz qadın Parisə çağırılıb, məsuliyyətə cəlb olunur. Nəticədə Janna olmadığı sübut edilir.
Beləcə orleanlı qızın taleyi müəmma olaraq qalır.
Leyla Sarabi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək